F U L L

    Our poll

    Rate my site
    Total of answers: 32

    Statistika


    Cəmi: 1
    Qonaq: 1
    İstifadəçi: 0

    Login form

    E-mail:
    şifrə:
    Main » 2012 » İyul » 20 » ...::: TİTANİK:::...
    4:54 PM
    ...::: TİTANİK:::...

    T  İ  T  A  N  İ  K

    Titanik (ing. RMS Titanic) — "Uayt Star Layn" (ing. White Star Line) şirkətinə məxsus buxar gəmisi. Transatlantik səyahətlər üçün tikilmiş "Olimpik" tipinə aid olan üç ekiz-gəmidən biri. Suya buraxıldığı zaman dövrünün ən böyük sərnişin gəmisi. İlk səyahəti zamanı 14 aprel 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra batmışdır. Göyərtəsindəki 1.316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilmiş, 1.514 nəfər həlak olmuşdur.

    Titanikin batması nəticəsində insan itkisinin bu qədər böyük olmasına illər boyu müxtəlif səbəblər göstərildi. Ancaq ən əsas səbəb kimi gəmidə olan qayıqların sərnişinlərin sayına hesablanmaması idi. Titanikdə sərnişin tutumunun 3.547 olmasına baxmayaraq gəmidə 1.178 insanı xilas etdəcək sayda qayıq vardı. Qəza nəticəsində qadınların və uşaqların qayıqlara öncə mindirilməsi, ölənlər arasında kişilərin böyük bir üstünlük təşkil etməsinə səbəb olmuşdur. Titanikin hazırlanmasında dövrünə görə ən muasir texnologiyadan istifadə edilmişdir.

    Bir çoxları Titaniki batmaz gəmi adlandırırdı. Bu səbəbədən gəminin xarici görünüşü pozulmasın deyə qayıqlar sərnişinlərin sayına uyğun qoyulmamışdır. Gəminin batması bütün dünyada rezonans yaratdı. Peşəkar gəmi heyyəti, muasir teknika və güclü buxar mühərikkləri ilə təmin olunmuş gəminin batmasını hec kim ehtimal etmirdi. ABŞ dəniz donanmasının istehfada olan dənizçisi Robert Balardın 1985-ci ildə Atlantik okeanı 4.000 metr dərinliyində gəminin qalıqlarını tapması, uzun illərdən sonra dünya mediyasını yenidən hadisə ətrafında cəmlədi.

    Titanik Uayt Star Layn şirkətinə məxsus Harland və Volf gəmi tərsanəsində hazırlanmağa başlamışdır. Gəmi Uayt Star Laynın ən güçlü rəqibi olan Kunard Layn gəmi şirkətinin RMS Lusitania və RMS Mauretania gəmiləri ilə rəqabət aparmalı idi. Titanik olimpik tipinə aid üç gəmidən biri idi. Digər iki gəmi Titanikin əkiz qardaşları hesab olunan RMS Olimpik və RMS Britanik gəmiləri Titanik qədər məhşurluq əldə etməmişdir. Olimpik sinifinə aid olan gəmilərin hazırlanması işi ilə Uayt Star Layn şirkətinin mühəndisləri məşğul olurdu.

    Şirkətin rəhbəri Uliyam Piyeri, iş icracısı və dizayn məsələlələri üzrə mütəxəsisi Aleksandr Karlays və baş mühəndis Tomas Andreu şirkətin ən tanınan üzvülərindən idi. Titanik hazırlanmasında bir çox xərcləri Amerikalı sahibkar və biznesmen Con Pierpont Morqan ödəmişdir. RMS Titanik gəmisinin inşası 31 mart 1909-cu ildə Belfast şəhərində yerləşən gəmi tərsanəsində başlamış və inşaat işləri 26 ay davam etmişdir. İnşaat işlərində 11.300 nəfər çalışmışdır. Gəmi 31 may 1911-ci ildə suya salınsada daxili sahədə işlər bitmədiyindən işlər 1 il daha uzanmışdır. 2 aprel 1912-ci ildə gəminin hazırlanması tam yekunlaşmışdır.

    Titanik 269 metr uzunluğunda, 28.2 metr enində, 66.000 qros ton ağırlığında olan dövrünə görə ən böyük sərnişin gəmisi idi. Gəminin hərəkətə gəlməsinə 3 böyük pərvanə kömək edirdi. Gəminin qazanxanasında yerləşən 4 ədəd buxar mərkəzi gəminin əsas hərəkət verici qüvvəsi hesab olunurdu. Buxar mərkəzlərində 159 ədəd kömür sobası yerləşirdi. Fəhlələr tərəfindən münətəzəm şəkildə kömür atılan sobalar təziqi gəminin alt tərəfində yerləşən pərlərə ötürür və bununlada 43 km/s saat sürəti əldə edilirdi. Dövrünə görə Titanik kimi böyük bir gəmi üçün bu sürət maksimum hesab olunurdu. Titanikdə olan dörd bacadan yalnız üçü işləyirdi. Digər sonuncu baca isə sırf dizayn məqsədi ilə əlavə olunmuşdu. Gəmi ümumi şəkildə 3.547 sərnişin daşımaq imkanına sahib idi. Titanik təkcə sərnişin daşımaq üçün hazırlanmamışdı. Gəminin fəaliyyət sahələrindən biridə bağlama və məktubların daşınması üzrə idi. Titanikin gövdə hissəsində gəminin adının yazıldığı yerin yağınığında (ing. RMS - Royal Mail Steamer) sözləri yazılmışdır.
    Gəminin hazırlandığı dövrdə lüks gəmilər sırasında ilk yeri Titanik tuturdu. Gəmidə digər lüks gəmilərdə olduğu kimi hovuz, idman salonu, türk hamam, həm birinci həm də ikinci sinif sərnişinlər üçün kitabxana, tennis kortu vardı.[1]. Birinci sinifə məxsus otaqlarda xüsusi mebellər, bahalı divanlar və digər dekorativ əşyalar yerləşdirilmişdi.[2] Bununla yanaşı Café Parisien adlı kafedə birinci sinifdən olan müştərilərə səhər yeməyi xidməti göstərilirdi. Titanikdə bərbərxana və mərkəzi telefon stanstiyası belə fəaliyyət göstərirdi.[3]

    Gəmi dövrünə görə muasir texniki vasitələr ilə təmin olunmuşdu. Buxar maşınlarının yardımı ilə işləyən geniş elektirik şəbəkəsi vardı. Gəmidə olan bütün elektirik lampaları və enerji ilə işləyən bütün cihazlara elektirik vahid mərkəzdən ötürülürdü. Titanikdə dövrünə görə ən yeni radio sistem olan Markoni radio sistemlərindən iki ədəd quraşdırılmışdır. Növbəli şəkildə fəaliyyət göstərən operatorlar 1.500 vat enerjinin sayəsində istənilən məlumatı qısa zamanda digər bir məntəqəyə ötürə bilirdi.
    Titanikin hazırlanması zamanı dizayner Karlisie gəmiyə yerləşdiriləcək qayıqların daha geniş olmasını təklif etmişdir. Belə olan halda, Titanik 48 qayıq daşıyacaq və hər hansısa hadisə zamanı gəmidə olan bütün sərnişinlər olmasada, sərnişinləri və şəxsi heyyətin ən azı 90% xilas ediləcəkdi. Uayt Star Layn şirkəti qayıqların tutumunun artırılması ilə razılaşdı. Ancaq nəzərdə tutulduğu kimi 48 yox, 16 ədəd böyük tutumlu qayıq 4 ədəd isə kiçik tutumlu qayıq yerləşdirdi. Qanunlara əsasən bu rəqəm ən minumum hesab olunurdu və bununla ümumi gəmidə olan sərnişinlərin yarısını xilas etmək mümkün idi.

    Ticarət nazirliyindən həmin dövrdə iri həcimli sərnişin gəmilərində 16 qayıq yerləşdirilməsi əmri verilmişdi. Titanikdə qayıqların sayının az olmasının ən böyük səbəbi, qayıqların gəminin xarici görünüşünü korlaması iddası idi. 20 dən çox qayıq kənardan aydın şəkildə müşahidə olunurdu və Uayt Star Layn şirkətinin rəhbərləridə belə olan halda gəminin xarici görünüşünün ciddi şəkildə pozulduğunu iddia edirdilər. Digər tərəfdən 20 ədəd qayıqda gəmiyə məcburi şəkildə yerləşdirilmişdi. Ticarət nazirliyinin bu tələbi olmasa idi, Uayt Star Layn şirkətinin 10 ədəd qayıq yerləşdirmək fikri vardı. İnsanlarda formalaşan fikirlərə əsasən qayıqlar formal xarakter daşıyırdı, gəminin ilk səfərdəcə batmaq ehtimalı olmadığından qayıqlar məsələsi ən az diqqət ayrılan sahə olmuşdur.

    Olimpik (solda) və tərsanədən dənizə çəkilən Titanik (sağda)

    Titanik gəmisinin dizaynerlərindən olan və gəmidə olan qayıqların hazırlanması və yerləşdirilməsi ilə məşğul olan Karlisie Uayt Star Layn şirkətinin sahiblərindən Brüs İsmey ilə təhlükəsizlik mövzusunda mübahisə etmişdir. Ehtimala əsasən mübahisə zamanı Karlisie Brüs İsmey ilə qayıqların az olmasına öz etirazını bildirmişdir. Brüs İsmey isə qayıqların artırılmasına şiddətlə qarşı çıxmışdır. Titanikin batmasından sonra təşkil olunmuş məhkəmədə Brüs İsmey Karlisie ilə aralarında belə bir danışığın olmadığını bildirmişdir.
    Titanik ilk səfərini İngiltərənin Sauthempton limanından ABŞ-ın Nyu-York şəhərinə doğru gerçəkləşdirməli idi. Səfərin 1912-ci il 10 aprel tarixində başlanması nəzərdə tululmuş və elə həmin tarixdə də səfər başlamışdır. Həmin gün əvvəlcə gəminin şəxsi heyyəti gəmiyə daxil olmağa başladı. Yerli vaxtla saat 9:30 isə sərnişinlərin gəmiyə daxil olmasına icazə verildi. Gəmi Sauthempton limanından günorta saatlarda yola düşdü. Yola düşmənin ilk anlarından etibarən gəminin idarəsi kapitan Edvard Smitin əlində idi. Nyu-York istiqamətinə hərəkət etməzdən əvvəl gəminin La Manş boğazı vasitəsi ilə Fransanın Kerburq limanında lövbər salması və burada yeni sərnişinlər alması nəzərdə tutulmuşdur. Kerburqdan sonra Böyük Britaniyanın Quintoun liman şəhərində lövbər salınmış və buradan əsasən kübar cəmiyyətdən olan sərnişinlər gəmiyə minmişdilər.

    Titanik hərəkətə başlayandan bir neçə saat sonra, hərəkətində olduğu cənub yolunun üzərində böyük buz parcalarının olması barədə xəbərdarlıq almağa başladı. Həmin xəbərdarlıq məlumatları əvvəlcə gəmilərin idarə edilməsi mərkəzinə göndərilirdi. Ehtimala görə alınan ilk siqnallar Titanikə göndərilməmişdir. Buz parcaları barədə olan xəbərdarlıqlar gün ərzində gəlməyə davam edirdi. Ancaq belə xəbərdarlıqların alınması ilin bu fəsilində tam normal idi və bir növ formal xarakter daşıyırdı. Səfərin ilk günündə saat 21:30 da Mesaba adlı gəmi Titanikin hərəkət istiqamətində irəliləyirdi. Mesabanın Titanikdə bir neçə yüz kilometr öndə olmasının səbəbi qarşıda yarana biləcək təhlükə barədə öncədən xəbər vermək idi. Mesaba hərəkət yolunun üzərində geniş və hündür buz parcalarının olması barəsində Titanikə bir neçə dəfə siqnal göndərdi. Markoni radio otağında olan Cek Fillips və Harold Brayd siqnalı qəbul etsələlərdə məlum olmayan səbəbdən bu barədə kapitan kabininə məlum verməmişdilər.[4]

    Xəbərdarlıqların alınmasına baxmayaraq, kapitan kabini hərəkət istiqamətini dəyişməyə hec bir ehtiyac görmürdü. Titanik gəmisində müşahidəçi adlanan üç qrup fəaliyyət göstərirdi. Hər bir qrup iki matrosdan təşkil olunmuşdu. Qruplar iki saatdan bir yerlərini dəyişdirirdilər. Müşahidəçilərin işi gəminin göyərtəsində yerləşən hündür qüllədən qarşı tərəfi müşahidə etməkdən ibarət idi. Hadisə baş verdiyi gecədən əvvəl istənilən təhlükə rahat şəkildə müşahidə edilə bilirdi. Ancaq həmin gün bir çox səbəblər görmə məsafəni kəskin şəkildə azaltmışdır. Ayın görünməməsi, küləkin əsməməsi və havanın dumanlı olması aysberqin görünməməsinə səbəb olan əsas amillərdən hesab olunurdu. Gəminin batmasından sonra təşkil olunmuş məhkəmədə şəxsi heyyətin üzvülərindən biri bu barədə belə demişdir: Həmin gecə, sanki hər şey bizim əlehimizə idi.[5]
    Müşahidəçi Fletin aysberqi qarşıda dayanması haqqında kapitan kabininə xəbər verdikdən sonra toqquşmaya 37 saniyə qaldığı ehtimal olunur. Gəminin sağ tərəfi aysberqin zərbəsindən deşilmişdir. Gəmini saxlayan əsas dayaqlar zərbə nəticəsində əyilmişdir. Alt hissədən suyun daxil olması gəminin sağ tərəfinin deşilməsi səbəbindən sürətlənmişdir. Ümümi hesablamalara əsasən aysberqin Titanikə vurduğu təsir 10 saniyə davam etmişdir. Qazanxanada yerləşən su nasosları zirzəmilərə sürətlə daxil olan yüksək təziqli suyu geri vura biliridi. Qazanxana dairəsinin suyla dolması nasosların işini mümkünsüz edirdi. Qısa müddətdə digər zirzəmilərədə su daxil olmağa başladı. Zirzəmilər arasında olan qapıların bağlanmasına baxmayaraq, suyun qarşısını almaq mümkün olmurdu.

    Kapitan Edvard Smit toqquşma anında kapitan kabinində olmamışdır. Toqquşma anında bir neçə dəqiqə sonra kabinə daxil olan Smit gəmidə bütün hərəkətin dayanmasını əmr etdi. Toqquşmadan 10 dəqiqə sonra 4 metr hündürlüyündə olan bütün zirzəmilər su ilə dolmuşdu. Titanikin texniklərindən olan Hutkinson və Tomas Andreu B göyərtəsində yerləşən teleqraf otağında gəminin vəziyyəti barədə birlikdə araşdırma apardılar. Aparılan araşdırma tez bir zamanda yekunlaşdı və ümumi qərar qəbul olundu. Titanik yaxın 2 saat ərzində bataçaqdı. Titanik aysberqlə saat 23:40 da toqquşmuşdur.

    Gecə yarısından əvvəl üçüncü sinif sərnişinlərin kabinləri suyla dolmağa başladı. Toqquşmadan 25 dəqiqə sonra saat 01:05 də Kapitan Edvard Smit sərnişinlərə xilas edici jiletlərin paylanmasını və qayıqların üzərində olan örtüklərin açılmasını əmr etdi. Saat 01:10 da Edvard Smit qayıqların yerlərindən çıxardılmasını, saat 01:25 də isə qadın və uşaqların qayıqlara mindirilməsinə göstəriş verdi. Saat 01:50 də dördüncü zabit Yozef Boksel ilk kömək fişəngini yandırdı. Fişəng ağ rəngində işıq saçırdı. Həmin dövrdə gəmilərdə yardım fişəngləri qırmızı rəngdə olurdu. Qırmızı rəng dənizçilikdə təhlükə rəngi olduğundan bu rəngdə olan fişənglərə ətrafda yerləşən gəmilər tez reaksiya verdilər.

    Ancaq Titanikə əyləncə şənliklərində istifadə olunan ağ rəngli fişənglər verilmişdi. Bunun səbəb kimi Titanikin batmasını hec kimin ehtimal etməməsi və bu fişənglərində gəmini hazırlayan üçün bir növ formal xarakter daşıması idi. Ağ rəngli fişənglər ətrafda olan bir neçə gəmi tərəfindən müşahidə olundu. Təhlükə rəngi olmayan ağ rəngdən fişəng atılmasını tam olaraq anlamayan digər gəmilər bununun əyləncə məqsədi ilə olduğunu düşündülər. Digər gəmilərin ağ rəngli fişənglərə ciddi əhəmiyyət verməməsi Titanikdə baş verən itkilərin daha böyük olmasına səbəb olmuşdur. Titanikin batmazdan əvvəl sol tərəfinin şaxə qalxaraq, iki yerə parcalanması barədə olan fikirlər sübut olunmuşdur. Gəminin iki yerə parcalanmasının səbəbi sağ tərəfə yüksək həcmli suyun toplanması və gəmini birləşdirən dayaqların möhkmək olmaması idi.
    Titanikin batması bütün dünyada şok effekti yaratdı. Siravi insanlar Titanik kimi muasir bir gəminin bir neçə saat ərzində batmasına inanmırdılar. Titanik batdığdan sonra onun batdığı yer uzun müddət məlum olmamışdır. Gəminin qalıqlar hadisədən 73 il sonra ABŞ dəniz donanmasının istehfada olan dənizçisi Robert Balard tərəfindən 1985-ci ildə 4.000 metr dərinlikdə aşkarlanmışdır. Titanik 3.657 metr dərinliyə düşmüşdü. Belə bir dərinliyə sualtı qayıqların düşməsi mümkün deyil, 3.000 metrdən çox olan dərinliklərdə təziq ən yüksək səviyyədə olur və belə bir şəraitdə fəaliyyət göstərmək mümkünsüzdür. Bu gün həmin dərinliyə insansız xüsusi sualtı aparatlarla 2.5 saat müddətində enilir.
     
    Aparılan ilk araşdırmalarda gəminin qalıqları iki ayrı-ayrı hissələrdə aşkarlanmışdır. Bu fakt gəmi batmazdan az əvvəl ikiyə bölünməsini sübut edir. Hadisə şahidləri iki bölünən sol hissəsinin yenidən parcalanmasını iddia etmişdilər. Ancaq okeanın dibində gəminin sol hissəsi bütöv şəkildə tapılmışdır. Robert Balard gəminin batmasından sonra ilk şəkilini çəkməyə nail oldu. Araşdırmalarda əsas hədəflərdən biri kompüter vasitəsi ilə idarə olunan robotun Titanikin məhşur əsas zalına daxil olması idi. Bir neçə cəhtdən sonra sualtı robot, zalın yuxarı hissəsində yaranmış dəlikdən zala daxil oldu. Əsas zal taamilə çökmüş vəziyyətdə idi. Robert Balard hadisə nəticəsində həlak olan 1.800 nəfərin xatirəsini əziz tutmaq üçün gəmidə sərnişinlərə məxsus heç bir şəxsi əşyanı çıxartmamağa qərar verdi. İlk araşdırmalar zamanı gəmidən Titanikin hazırlanmasında istifadə olunmuş dəmir pərcimlərdən nümünələr götürüldü. Həmin nümunələr əsasında aparılan araşdırmalarda məlum oldu ki, pərcimlər gəminin ağırlığına hesablanmayıb.

    Gəminin kabinlərində olan bir çox əşya dəyişilməmiş vəziyyətdə qalmışdı. Heç bir əşyanın çıxarılmaması barədə qərar qəbul olunsada, Titanikə olan marağın yenidən artması, tapılan bir çox şəxsi əşyanın cıxarılmasına səbəb olmuşdur. Titanik aşkarlanandan sonra bir neçə dəfə yüksək təziqə davamlı sualtı qayıqlarla, gəminin yaxınlığına enmişdilər. Belə enişlərin sayı günü-gündən artırdı. Bəzi hallarda Titanik ilə sualtı qayıqların toqquşması, yararsız vəziyyətdə olan gəmini daha tez dağılmasına səbəb olurdu. Robert Balardın gəminin mövcud vəziyyətinin qorunması barədə tələblər irəli süməsindən sonra, Böyük Britaniya və ABŞ arasında ümumi razılıq əldə olundu. Razılığa əsasən Titanikin yerləşdiyi dərinliyə enməzdən əvvəl, hər iki dövlətdən icazə alınmalı idi.

    Son illərdə aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, Titanikin qalıqları sürətli şəkildə çürüyür. Suyun 4 km dərinliyində yaşayan və Halomonas titanike adı verilən bakteriyalarda Titanikin çürüməsinin əsas səbəblərindəndir. Bu bakteriyalar yalnız pas ilə qidalanır. Halomonas titanike bakteriyasının 80 il ərzində Titanikdə olan 50 min ton dəmiri yediyi məlum olmuşdur. Prosesin bu şəkildə davam edəcəyi halda yaxın 20 il ərzində Titanikə məxsus olan qalıqların tamamilə yox olacaq. Seviliya Universitetində aparılan araşdırmalar zamanı Titanikin gövdə hissəsində 27 növ bakteriya aşkarlanmışdır. Gəminin cürüməsinə bu bakteriyalardan yalnız Halomonas titanike bakteriyası səbəb olur.

    Titanikin qalıqlarının cıxarılmasına dair bir neçə dəfə cəhtlər ediləsədə, muasir texnologiya ilə belə bunu etmək mümkün deyil. Gəminin arxa hissəsi suyun dərinliklərində batmış vəziyyətdədir. Hal-hazırda olan qalıqların çəkisi isə 44.000 ton təşkil edir. Titanikin qalıqları bügun bütün dünya okeanlarında yerləşən ən böyük və ən dərində yerləşən gəmi qalığıdır. Yaxın 20 il ərzində sürətli çürümə və bakteriyalar səbəbindən qalıqların tam formasını dəyişərək, gəmiyə bənzəməyəcəyi ehtimal olunur.
    Category: Tarix | Views: 5908 | Added by: full | Tags: titanik atlantik okean batma sakit | Rating: 0.0/0
    Total comments: 6
    0  
    6 $Nik$   (2020-09-06 11:23 PM) [Daxil]
    Всем добра, друзяшки*! Как в теме разместить фото? Спасиб.

    0  
    5 $Nik$   (2017-02-13 8:40 PM) [Daxil]
    -

    0  
    4 $Nik$   (2016-12-18 5:05 PM) [Daxil]
    You get 120% out of every Euro per year no one has in the Bank,
    and the only what you need to do, is to look at the 10 ads per day

    http://zeneks.adpackpro.com

    0  
    3 $Nik$   (2016-12-02 4:35 PM) [Daxil]
    You get 120% out of every Euro per year no one has in the Bank,
    and the only what you need to do, is to look at the 10 ads per day

    http://zeneks.adpackpro.com

    0  
    2 $Nik$   (2016-12-01 4:01 PM) [Daxil]
    If you have to do decide get a WordPress, you'll find that there are certain great themes available a person. This allows you to build your own style to go with the type of business and items which you present you.
    They will have decided having looked at some from the posts using your blog that you can be place provide some content as well some products that could be just what they desire to have their online business off a floor.
    In the big event that you will find number of subjects in order to like, choose the one a person simply feel always be simplest that you simply should start with and then, once there help is made and making some revenue, you can start creating another web website online.
    Did I simply hear you snoring? That was one boring headline. "How A Conversation With The Dalai Lama Taught Me How To write Killer Copy". Ok, does that have you wondering, and say, Hmmm I need to see what's going on here? That's your agenda.
    I bet like me you have heard all about the new thing called web marketing. So what is that will? Well let's break it down, its marketing on the internet, sorry if that sounds like too dumb, but that's it. Where the complication can be bought is how it works.
    Chicken The Actual Planet Mirror Marketing And Advertising Mnemonics
    Okay, just what do materials are to conduct a successful postcard email campaign? Also, is there an benifit of using postcards with Internet Marketing as opposition doing straight Internet Marketing?
    Also regarding your site, try to avoid having a lot of affiliates in a single as it is going lower the efficiency of your site. In the same time, try so that you can packing in too many details in certain page.



    http://www.nature.com/protocolexchange/labgroups/333235
    http://krawlit.com/story.php?title=Direct-Sales-And-Services-Marketing-Online
    http://vlarus.kiev.ua/index.php?option=com_k2&view=itemlist&task=user&id=55295
    http://www.filedropper.com/whatjobstoofferonamicrojobsitetomakeyoumoneydjuta
    http://worldfcx.com/home.php?mod=space&uid=39039

    0  
    1 $Ad$   (2013-09-03 6:56 PM) [Daxil]
    Awesome blog! Do you have any recommendations for asipring writers? I’m hoping to start my own blog soon but I’m a little lost on everything. Would you suggest starting with a free platform like WordPress or go for a paid option? There are so many options out there that I’m totally overwhelmed .. Any ideas? Many thanks!

    Only registered users can add comments.
    [ Registration | Login ]

    Axtar

    Təqvim

    «  İyul 2012  »
    BazarBeÇaÇerCaCŞn
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031

    Arxiv

    Dostlarımız