F U L L

    Our poll

    Rate my site
    Total of answers: 32

    Statistika


    Cəmi: 1
    Qonaq: 1
    İstifadəçi: 0

    Login form

    E-mail:
    şifrə:
    Main » 2010 » İyul » 22 » Hüquqşünas Zaur Tağıyevin Paritet qəzetinə müsahibəsi
    5:04 PM
    Hüquqşünas Zaur Tağıyevin Paritet qəzetinə müsahibəsi
    Ermənilərin cinayətləri beynəlxalq hüquq çərçivəsində işıqlandırılmalıdır
     
            Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqların zəbti ilə müşayiət olunub. İki əsr davam edən soyqırımı gələcək nəsillərə olduğu kimi çatdırmalıyıq. Bu faciənin günahkarı "Böyük Ermənistan” yaradılması kimi sərsəm bir ideyanı həyata keçirmək üçün hər bir iyrənc vasitədən istifadə edən erməni şovinizmidir. Müsahibim gənc hüquqşünas Zaur Tağıyevlə Qarabağ münaqişəsinin beynəlxaq aləmdə yeri barədə söhbət etdik.
    -1802-ci ildə çar I Aleksandr H.D.Sisianova yolladığı məktubunda yazırdı: "Nə olur-olsun ermənilər Azərbaycanın ... bu və ya digər xanlıqlarında istifadə olunmalıdır”. IV-XIX əsrlər ərzində öz dövlətlərinə malik olmayan ermənilər dövlətlərini yaratmaq məqsədinə çatmaq üçün Rusiyanın imperiya siyasətinin həyata keçirilməsində alət rolunu oynadılar. 1813-1828-ci illər Rusiya ilə İran arasında gedən iki müharibənin (1804-1813, 1826-1828) sonunda imzalanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri Azərbaycan xalqının tarixində faciəvi rol oynadı və Azərbaycanın parçalanmasına gətirib çıxartdı. Azərbaycanın şimalı Rusiyanın, cənubu isə İranın idarəçiliyinə keçdi. Türkmənçay müqaviləsinin XV bəndinə əsasən İrandan ermənilərin İrəvan, Qarabağ və Naxçıvana kütləvi şəkildə köçürülməsinə başlanılır. Bunun da nəticəsində həmin ərazilərdə məskunlaşmış azərbaycanlılar öz yurd-yuvalarından məhrum edilir.
            Ümumiyyətlə, "Böyük Ermənistan” yaradılmasını qarşıya məqsəd qoyan ermənilər Azərbaycan torpaqlarını işğal etdiyi dövrdən etibarən beynəlxalq hüququn hamılıqla qəbul olunmuş rəhbər prinsiplərini pozub.
          -Ermənistan tərəfi bu işğalçılıq siyasətini pərdələmək məqsədilə "xalqların öz müqəddaratını təyin etmək hüququ”ndan istifadə edir. Bu barədə nə deyə bilərsiniz?
            -Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzə haqq qazandırmaq üçün istinad etdiyi - xalqların hüquq bərabərliyi və millətlərin öz müqaddaratını təyin etmə prinsipi ilə bağlı bir sıra məqamlara diqqət yetirmək zərurəti yaranır. Millətlərin öz müqəddaratını təyin etmək hüququ dedikdə, hər bir millətin onun iqtisadi, sosial, siyasi, mədəni baxımdan tam inkişafını təmin edə biləcək sabit bir şəraitdə yaşamaq hüququna malik olması başa düşülür. Öz müqəddəratını müəyyən etmək hüququ BMT nizamnaməsinin 2.1 və 55-ci maddələrində öz əksini tapıb. Bu maddələr dövlətləri öz müqəddaratını müəyyən etmək hüququna hörmətlə yanaşmağa dəvət edərək bu hüququn realizəsini diskriminasiyaya yol vermədən insan hüquq və azadlıqlarına hörməti mümkün edən sabit şəraitin mövcudluğu ilə xarakterizə edir.
           Helsinki Yekun Aktında (1975) öz müqəddəratını təyin etmə ayrılma kimi deyil, xalqların bərabərliyinə, dövlətlərin ərazi bütövlüyünə hörmət məzmununda və demokratik dövlət formasında insan hüquqlarına nail olmaq kimi başa düşülür. Dövlətin demokratik forması demokratik rejimi (əhalinin dövlət quruculuğunda birbaşa iştirakını), idarəçilyi (hakimiyyətlərin bölgüsünü), milli, etnik və digər azlıqların yerli özünüidarə hakimiyyətini də ehtiva edən inzibati ərazi quruluşunu nəzərdə tutur. Bütövlükdə siyasi rejimi də formalaşdıran dövlət rejiminin demokratik olması hər hansı bir əlamətdən asılı olmayaraq hər bir şəxsin hüquq və əsas azadlıqlarının maddi və prosessual hüquqi təminatıdır.
          1990-cı il 21 noyabr tarixində Parisdə ATƏT çərçivəsində qəbul edilmiş yekun sənəddə millətlərin öz müqəddəratını həll etmək hüququna baxış keçirilərək bu hüquq BMT nizamnaməsinə və orada təsbit edilmiş prinsiplərə, xüsusilə ərazi toxunulmazlığı prinsipinə uyğun şəkildə bir daha təsdiq edilib. Yekun sənəd millətlərin öz müqəddəratını həll etmək hüququnun 2 aspektini: 1-cisi millətlərin öz müqəddəratını həll etmək hüququnun realizəsi zamanı bu hüququn ayrılma hüququ ilə eyniləşdirilməsinin yolverilməzliyi; 2-cisi öz müqəddəratını təyin etmənin ərazi bütövlüyü prinsipi ilə birlikdə qəbul edilməsi zərurətini bir daha təsdiqləmiş olur. Amerika hüquqşünası və diplomatı Maks M.Kalpelman haqlı olaraq qeyd edir ki, millətlərin öz müqəddəratını təyin etməsi hüququ bir çox beynəlxalq hüquqi sənədlərdə təsbit edildiyi halda, ayrılma hüququ beynəlxalq hüquqa əsasən, ümumiyyətlə, hüquq kimi müəyyən edilməyib.
            Öz müqəddaratını təyin etmək hüququnun realizəsi zamanı digər millətlərin hüquqlarının tapdalanmasının yolverilməzliyi nəzərə alınmalıdır. İngilis beynəlxalq hüquq məktəbinin sayılan nümayəndələrindən İ.Brounlinin dediyi kimi, beynəlxalq hüququn ümumtanınmış normalarının, yəni "jus cogens” normalarının pozulması faktı baş verdiyi öz müqəddəratını təyin etməsinin sonradan beynəlxalq ictimaiyyət tərəfindən tanınmasını qeyri-mümkün edir. Beynəlxalq hüquq birmənalı olaraq etnik qrupları bu hüququn subyekti qəbul etmir. Azlıqların müdafiəsi və diskriminasiyanın qarşısının alınması üzrə BMT alt komissiyasının üzvü A.Eyde belə bir nəticəyə gəlib ki, millətlərin öz müqəddəratını həll etmək hüququ ilk növbədə müstəmləkələrə münasibətdə formulə edilib. Bu hüququn sonradan digər hallara tətbiqi eyni aspektdən baxışı istisna edir. A.Eyde bildirib ki, millətlərin öz müqəddəratını həll etmək hüququ BMT Nizamnaməsinin qəbul edilməsindən sonra işğal edilmiş ərazidə yaşayan xalqlara şamil edilə bilər. Başqa sözlə, müvafiq hüquq təcavüz altında olan xalqlara şamil edilir. Beynəlxalq birliyin qəbul etdiyi sənədlər də ermənilərin bu iddiasının əleyhinədir.
           -BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının işğalı faktını etiraf edib.Lakin qətnamənin mənfi cəhəti və eyni zamanda qəribəliyi onda idi ki, bu əraziləri kimin işğal etməsi aydın göstərilməyib. Zaur müəllim, bu barədə nə deyə bilərsiniz?
           -Ərazi toxunulmazlığı prinsipi 1945-ci il BMT Nizamnaməsi Beynəlxalq hüququn prinsipləri barədə 1970-ci il Bəyannaməsi ilə öz təsdiqini tapıb. Bu prinsipin məqsədini dövlət ərazisinin istənilən növ təcavüzdən qorunması, beynəlxalq sülh və təhlükəsizliyin təminatı təşkil edir. Qeyd etdiyimiz beynəlxalq hüquq qaydasına baxmayaraq Ermənistan tərəfindən Dağlıq Qarabağın erməni icmasının "milli azadlıq mübarizəsini” müdafiə etmək adı altında Azərbaycan Respublikasının 20%-ə yaxın ərazisini işğal edib və bununla da mövcud sərhədləri dəyişdirib. SSRİ-nin dağıdılmasından sonra bu ittifaqın tərkibinə daxil olan 15 respublika beynəlxalq ictimaiyyət tərəfindən "de jure” tanınır. Azlıqların müdafiəsi və diskriminasiyanın qarşısının alınması üzrə BMT alt komissiyasının üzvü A.Eyde qeyd edir ki, keçmiş SSRİ-yə daxil olan müttəfiq respublikaların "uti possidetis juris” (latınca - nəyə, necə və hansı həcmdə maliksənsə) prinsipi əsasında müəyyənləşdirməsi barədə BMT çərçivəsində konsensus əldə olunub. Bu isə o deməkdir ki, yeni yaranmış müstəqil respublikaların sərhədləri keçmiş ittifaq respublikaların sərhədləri əsasında müəyyənləşdirilməlidir. Müstəqillik əldə etdiyi andan etibarən keçmiş Azərbaycan SSR-in sərhədləri yeni respublikanın sərhədləri qismində beynəlxalq hüquqa uyğun olaraq tanınıb və beynəlxalq hüquq sisteminin müdafiəsi altına düşüb.
           BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri böyük əhəmiyyət kəsb edən sənəddir. Lakin işğalçı dövlətin adının çəkilməməsi dəvsiyasi iradənin təzahürüdür. Digər məsələyə münasibət bildirmək istərdim. BMT qoşunlarının Azərbaycan-Ermənistan sərhədlərində yerləşdirilməsi məsələsi müzakirə olunan zaman mərhum Prezident Ümummilli Lider Heydər Əliyev birmənalı şəkildə bu məsələnin əleyhinə çıxdı. Əlbəttə ki, bu çox duzgün və yerində atılmış uzaqgörən strateji bir addım idi. BMT qoşunlarının Azərbaycan-Ermənistan sərhədlərində və münaqişə zonasında yerləşdirilməsinin aşağıdakı nəticələri ola bilərdi. Əvvəla, atəş kəsilər, problem dondurular, mövcud "status-kvo”qəbul olunardı.
          Qondarma "Dağlıq Qarabağ Respublikası” subyektə çevrilə bilər və Ermənistan və digər dövlətlər tərəfindən tanına bilərdi. Qarabağ məsələsi Azərbaycan üçün Kipr məsələsinə çevrilə bilərdi. Bütün bunları hesablayan mərhum Prezidentimiz Ümumilli Lider Heydər Əliyev bu məsələnin danışıqlar mövzusundan çıxarılmasına nail oldu.
     
     
     MURAD
    Paritet qəzeti   20-21.07.2010
     
    Category: Məqalə | Views: 1422 | Added by: full | Tags: Azərbaycanın XIX-XX əsrlərdə baş ve | Rating: 4.7/3
    Total comments: 2
    0  
    2 $Ad$   (2010-08-31 2:35 AM) [Daxil]
    Mence Qarabaq haqqinda yazilmis her bir sey alqislanmalidir

    0  
    1 $Nik$   (2010-07-22 5:12 PM) [Daxil]
    Bu məsələlərin işıqlandırılması ürəkaçandır
    applause

    Only registered users can add comments.
    [ Registration | Login ]

    Axtar

    Təqvim

    «  İyul 2010  »
    BazarBeÇaÇerCaCŞn
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031

    Arxiv

    Dostlarımız