F U L L

    Our poll

    Rate my site
    Total of answers: 32

    Statistika


    Cəmi: 1
    Qonaq: 1
    İstifadəçi: 0

    Login form

    E-mail:
    şifrə:
    Main » 2010 » Noyabr » 10 » .........:::::::::: AXMAQ SEYRAN:::::::::.........
    0:28 AM
    .........:::::::::: AXMAQ SEYRAN:::::::::.........

         
     
          Əvvəlcə mövzunun adının niyə məhz bu formada adlandırdığıma izah verim ki, yazımın əhval-ruhiyyəsi sizə məlum olsun. Ermənistan Respublikası ilə Rusiya Federasiyası arasında bağlanan sonuncu hərbi əməkdaşlıq sazişi Ermənistan Respublikasının "suverlen”liyini bir daha təsdiqlədi. Ermənistanın Müdafiə naziri Seyran Ohanyanın absurd və cəfəngiyyatdan ibarət olan bəyanatlarını izləyərkən onun nəinki bir hərbiçi kimi, hətta müstəqil dövlətin müdafiə naziri kimi də hansı təcrübəyə malik olduğunu təsəvvür eləmək çətin deyil. Ohanyan Seyranın fəaliyyəti və eyni zamanda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə olan münasibətlərindən onun yalnız ayağının deyil, hətta, ağlının da ağsaq olduğunu anlamaq zənnimcə çətin deyil.
    Bəlkə də, çoxlarınız tarixi izləmirsiniz. Amma heç olmazsa televiziya ekranlarında az da(axi bizim bəzi televiziya məkanlarımız Vətənpərvərlik verlişləri ilə reytinq qazana bilmədiklərindən, bu qəbildən ibarət proqramlara az və ya demək olar ki, heç yer vermirlər.) olsa rast gəldiyimiz tarixi verlişlərdən Axsaq Seyran adını eşitmisiniz. Eşitməmisinizsə deyim....
             Axsaq Seyran adı eşidəndə ilk öncə Xocalıda kəsilmiş körpələrin başları, qarınları yırtılan hamilə qadınlar, yaxın qohumları qarşısında müxtəlif cür əxlaqsız hərəkətlərə məruz qalan günahsız qadınlar, diri-diri yandırılan şəxslərin məsum cəsədlərini xatırlayırm. Axsaq Seyran adı eşidəndə türk övladlarının qanını içməyə hazır olan və bunu vaxtı ilə etdiyi üçün daim fəxarətlə danışan erməni yadıma düşür. O erməni ki, adı səslənəndə günahsız körpələrin öldürülməsi, hamilə qadınların üzərində işgəncələr edilməsi, qeyrətli türk qızlarının başlarına dözülməz vəhşiliklərin və əxlaq normalarına qəti sığmayan hərəkətlərin məcmusu mənasında başa düşülməlidir. Axsaq Seyran əsl ermənidir. Bunu onun 366-cı motoatıcı alayın tərkibində Xocalıda həyata keçirdiyi vəhşiliklərlə, köməksiz şəxslərə verdiyi dözülməz işgəncələrlə, qocalara verdiyi iztirablarla sübut eləmək çətin deyil.
                 Axsaq Seyran 1962-ci il iyul ayının 1-də Şuşa şəhərində anadan olub. Sovetlər dövründə yüksək vəzifələrdə çalışmışdır. Qondarma Dağlıq Qarabağ Milli Azadlıq hərəkatının fəal üzvlərindən biri olmuşdur. Heç təsadüfü deyil ki, türklərə qarşı göstərdiyi "rəşadətlərinə” görə hazırda dövlətin müdafiə naziri vəzifəsinə kimi yüksələ bilmişdir. Ermənistan Respublikası Müdafiə naziri......çox qəribə səslənsə də, müdafiə....
                Görəsən Ermənistan Respublikasının Müdafiə naziri Axmaq Seyran Azərbaycan Respublikası Milli Qəhrəmanı Mübariz İbrahimovu taniyandan sonra öz fikrində dəyişiklik edib? Axmaq Seyranın axmaqlığı ondadır ki, O, hələ də dərk etmir ki, işğal etdiyi torpaqları məhz Azərbaycanın Mübariz kimi oğlanlarının gücü ilə çox yaxın zamanda azad edəcəyik. Əslində axmaq Seyran Azərbaycan oğullarını çox yaxşı tanıyır. Azərbaycan qəhraman oğullarının işğalçı qüvvələrə göstərdiyi müqavimət nəticəsində ayağından güllə yarası almış və nəticədə axsaq qalmışdır. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətininin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlunun Ermənistann müdafiə naziri Seyran Ohanyana yazdığı açıq məktubunda qeyd edildiyi kimi Axmaq Seyran axsaq ayağının üstündə çox hoppanıb düşməsin. Heç olmazsa onun bu cür sərt danışmasında rolu olmuş şəxslərə dərin təşəkkür etməyi yadından çıxarmasın. Ermənilərin belə bir adətlərinin olduğunu nəzərə alaraq havadarlarına təşəkkür etməyi unutmalarını anlamaq heç də çətin deyil. Adı üstündə erməni....
                Azərbaycan Xalqı sülh sevər xalqdır. Azərbaycan xalqının yekdilliklə seçdiyi Prezidenti xalqın həmrəy fikrinə söykənərək hələki bu problemi sülh yolu ilə həll etmək üçün diplomatik vasitələrdən istifadə edir. Bizim Mübariz İbrahimov kimi övladlarımız çoxdur. Onun valideynləri kimi milyonlarla valideynlər var ki, övladını torpaqlarının azadlığı uğrunda qurban verməyə hər an hazırdır. Düşmənin hamisi kim olur olsun. Millət yalnız onu yaratmış tanrıdan qorxmalıdır. Azərbaycan xalqı yalnız islami dəyərlərə söykənərək Allahdan qorxur.
          P.S. Axsaq Səyran I Qarabağ müharibəsində ayağından yara alması bahasına olsa da, canını qurtara bilmişdir. Mən Axmaq Seyrana yalnız məsləhət görə bilərəm ki, gələn dəfə başından ehtiyyatlı olsun.



    29.08.2010                                                                  Zaur Tağıyev
                                                                                         Hüquqşünas

    Category: Məqalə | Views: 2254 | Added by: LaZa | Tags: Hüquqşünas Zaur Tağıyev Axsaq Səyra | Rating: 4.6/5
    Total comments: 1
    0  
    1 $Ad$   (2012-05-19 11:33 PM) [Daxil]
    halaldi qardas

    Only registered users can add comments.
    [ Registration | Login ]

    Axtar

    Təqvim

    «  Noyabr 2010  »
    BazarBeÇaÇerCaCŞn
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930

    Arxiv

    Dostlarımız