Yeni Azərbaycan Partiyası - 14 October 2010 - Azərbaycan milli internet məkanı
F U L L

    Our poll

    Rate my site
    Total of answers: 29

    Statistika


    Cəmi: 1
    Qonaq: 1
    İstifadəçi: 0

    Login form

    E-mail:
    şifrə:
    Main » 2010 » Oktyabr » 14 » Yeni Azərbaycan Partiyası
    2:47 AM
    Yeni Azərbaycan Partiyası
    Yeni Azərbaycan Partiyası
     
     
    Yeni Azərbaycan Partiyası siyasi səhnəyə XX əsrin 90-cı illərin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə gəlmişdir. Bu illər ərzində tez-tez hakimiyyət dəyişiklikləri və daxili siyasi qarşıdurmanın dərinləşməsi sayəsində ölkədə böhran vəziyyəti qorxulu həddə çatmışdı. Cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Belə ümummilli lider yalnız dünya səviyyəli siyasətçi və dövlət xadimi, 1969-cu ildən 1982-ci ilə qədər Azərbaycana başçılıq edən, keçmiş SSR-nin rəhbərlərindən biri olan, o dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsində çalışan ümumxalq sevgisinə və hörmətinə malik olan Heydər Əliyev ola bilərdi. Bu səbəbdən də Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında ziyalılar mətbuatda ona müraciət ünvanladılar. Partiyanın təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirildi və Heydər Əliyev YAP-ın sədri seçildi. Konfransda Azərbaycanın əksər rayonlarından cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndə iştirak edirdi. Beləliklə, Azərbaycanın ictimai-siyasi səhnəsinə cəmiyyətdəki qüvvələr nisbətini və bundan sonra ölkədə baş verəcək hadisələrin axarını köklü və konstruktiv surətdə dəyişən partiya meydana çıxdı. Yeni Azərbaycan Partiyası qısa bir müddətə geniş şöhrət qazanaraq cəmiyyətin bütün təbəqə və kateqoriyalarından olan sağlam qüvvələri öz ətrafında birləşdirə bilmiş, ümumxalq partiyası olmaq istiqamətində uğurlu addımlar atmışdı. 1993-cü ildə YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, iqtidar partiyasına çevrilərək ölkənin siyasi həyatında tutduğu mövqeyini möhkəmləndirmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. 1995-ci ildə keçirilən Parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilmiş, ona olan ümumxalq inamı bir daha təsdiq edilmişdir. 1999-cu ildə keçirilən bələdiyyə seçkiləri də YAP-ın inamlı zəfəri ilə başa çatmış, partiyanın yerlərdəki nüfuzundan xəbər verən ən obyektiv göstərici rolunu oynamışdır. 2000-ci ildə MM-ə keçirilən seçkilərdə YAP yenidən qalib gəlməklə 124 deputat yerindən 75-ni tutmuş, cəmiyyətdəki nüfuzunu və təsir gücünü daha da artırmışdır. Yeni Azərbaycan Partiyasının 1999-cu ilin dekabrında və 2001-ci ilin noyabrında keçirilən I və II qurultayları təşkilatın həyatında taleyüklü qərarlar qəbul etmişdir. YAP-ın II qurutayında partiyanın nizamnaməsinə dəyişikliklər edilmiş və yeni təsis olunan sədrin birinci müavini vəzifəsinə yekdilliklə İlham Əliyev seçilmişdir. Qurultay partiyanın rəhbər orqanlarını – 108 nəfərdən ibarət Siyasi Şura üzvlərini və onların arasından 26 nəfərdən ibarət İdarə Heyətini seçmişdir. Yeni Azərbaycan Partiyası parlament tipli sağ mərkəzçi siyasi partiyadır. Azərbaycan Respublikası Konstitusiyasının çərçivəsində öz Proqram və Nizamnaməsinə uyğun fəaliyyət göstərən YAP hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ideyalarını həyata keçirmək, ölkədə sivil dəyərlər, demokratik prinsiplər əsasında hərtərəfli inkişafa nail olmaq insan hüquq və azadlıqlarının təminatı, liberal dəyərlərə söykənən güclü və sosial yönümlü iqtisadiyyat, sosial ədalət və hər bir Azərbaycan vətəndaşının təminatlı rifahı uğrunda mübarizə aparır. Yeni Azərbaycan Partiyasının tarixində vacib və əlamətdar hadisələr
    16 oktyabr 1992-ci Yeni Azərbaycan Partiyasını yaratmaq münasibətilə Azərbaycan ziyalılarının Heydər Əliyevə müraciəti
    24 oktyabr 1992-ci il Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin ziyalıların müraciətinə cavabı
    21 noyabr 1992-ci il Yeni Azərbaycan Partiyasının təsis konfransı, Heydər Əliyevin partiya sədri seçilməsi
    18 dekabr 1992-ci il Yeni Azərbaycan Partiyasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi
    1992-1993 YAP rayon təşkilatlarının yaradılması
    fevral 1993-cü il YAP sədri Heydər Əliyevin Bakıda partiya fəalları ilə görüşü
    Aprel 1993-cü il «Yeni Azərbaycan» qəzetinin ilk sayının çapdan çıxması
    May-iyun 1993-cü il Ölkədə 1993-cü ilin ortasında baş vermiş vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılması üçün YAP-ın fəal ideoloji fəaliyyəti dövrü
    9 iyun 1993-cü il YAP sədri Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsi
    15 iyun 1993-cüil Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi
    3 oktyabr 1993-cü il YAP sədri Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi
    19 noyabr 1994-cü il YAP-ın iki illiyinə həsr olunmuş ümumrespublika müşavirəsi və müşavirədə YAP Sədri, ölkə prezidenti Heydər Əliyevin çıxışı
    12 noyabr 1995-ci il Çoxpartiyalı sistem əsasında ölkədə ilk dəfə keçirilən parlament seçkilərində YAP-ın qələbə çalması
    İyun 1995-ci il YAP Qadınlar Şurasının və Gənclər Birliyinin təsis olunmaıs
    Noyabr 1997-ci il YAP-ın yaranmasının 5 illiyinə həsr olunmuş ümumrespublika forumunun keçirilməsi
    2 fevral 1998-ci il YAP Gənclər Birliyinin ümumrespublika forumu. YAP sədrinin forumundakı nitqindən irəli gələn məsələlər Gənclər Birliyinin fəaliyyət proqramının əsasını təşkil etmşidir
    11 oktyabr 1998-ci il YAP Sədri Heydər Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi
    21 noyabr 1998-ci il YAP-ın yaranmasının 6 ilinə həsr olunmuş təntənəli yığıncağın kçeirilməsi
    21-22 dekabr 1999-cu il YAP-ın I qurultayı
    12 noyabr 2000-ci il arlamentə seçkilərdə YAP-ın qələbə çalması
    21 noyabr 2001-ci il YAP-ın II qurultayı
    26 noyabr 2002-ci il YAP-ın 10 illiyinə həsr olunmuş təntənələi yığıncağın keçirilməsi
    10 may 2003-cü il Heydər Əliyevin anadan olmasının 80 illiyi
    15 iyun 2003-cü il Qurtuluş bayramının 10 illiyi «Heydər Əliyevin hakimiyyətə qayıdışının 10 illiyi»
    2 avqust 2003-cü il İlham Əliyevin Azərbaycan Respublikasının Baş Naziri təyin edilməsi
    15 oktyabr 2003-cü il İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi
    12 dekabr 2003-cü il Heydər Əliyevin vəfat etməsi
    26 mart 2005-ci il YAP-ın III Qurultayı [redaktə / تحریر]
    Partiyanın simvolları Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının simvolunu ölkədə bəlkə də tanımayan az adam olar. Partiyanın simvolu dəfnə ağacının ortasında 8 guşəli ulduzdan ibarətdir. Ulduzun içərisinə isə "YAP” yazılıb. Partiyanın icra katibinin müavini Mübariz Qurbanlı bildirir ki, dəfnə ağacının simvol kimi seçilməsi təsadüfi deyil. Çünki dəfinə zənginlik, rifah, xoşbəxtlik, azadlıq kimi mənaları özündə ehtiva edir. İcra katibinin müavini bildirir ki, partiyanın emblemi partiyanın yaradıcıları tərəfindən hazırlanıb: "Bu partiyanın qurucusu ümummilli lider Heydər Əliyevdir, emblemi də o bəyənib və həmin vaxt qəbul olunub. Yəni bu simvol ümumi müzakirə nəticəsində hazırlanıb. Onun konkret müəllifi isə YAP-dır”[1]. YAP-ın bayrağı isə ağ rəngdədir. Ağ sülh rəmzidir. Bayrağın üzərində isə qeyd etdiyimiz simvol əks olunub[2 Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası hazırda Bülbül prospekti 13 ünvanındakı binada qərarlaşıb. Əvvəllər bu bina Ədliyyə Nazirliyinə məxsus olub. Buraya köçənə qədər isə YAP Ü.Hacıbəyov küçəsində hazırda "Yen Azərbaycan” və "Səs” qəzetlərinin redaksiyalarının yerləşdiyi binada fəaliyyət göstərib. YAP-ın hazırkı qərargahının geniş otaqları, iclas zalı var. Həmçinin bina texniki təchizat sistemi, sürətli internetlə təmin edilib. Bina polis əməkdaşları tərəfindən mühafizə edilir[3]. Mənbə
    Yeni Azərbaycan Partiyası MÜƏLLİF: ROPPİ R
    Category: Tarix | Views: 1048 | Added by: LaZa | Tags: Yeni Azərbaycan Partiyası siyasi sə | Rating: 1.3/7
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Axtar

    Təqvim

    «  Oktyabr 2010  »
    BazarBeÇaÇerCaCŞn
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31

    Arxiv

    Dostlarımız