Konstitusiya Məhkəməsinin hüquqi statusu-Tağıyev Zaur - 7 March 2011 - Azərbaycan milli internet məkanı
F U L L

    Our poll

    Rate my site
    Total of answers: 29

    Statistika


    Cəmi: 1
    Qonaq: 1
    İstifadəçi: 0

    Login form

    E-mail:
    şifrə:
    Main » 2011 » Mart » 7 » Konstitusiya Məhkəməsinin hüquqi statusu-Tağıyev Zaur
    0:53 AM
    Konstitusiya Məhkəməsinin hüquqi statusu-Tağıyev Zaur
       

       
                Azərbaycan Respublikası Konstitusiyasına görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi məhkəmə hakimiyyəti sisteminə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır.Məhkəmənin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək,hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.Konstitusiya Məhkəməsinin hüquqi statusunun əsasları və səlahiyyətləri AR Konstitusiya ilə,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimlərin statusu,Konstitusiya Məhkəməsində icraatın prinsipləri, icraatın əsasları isə 2003-cü il 23 dekabr tarixli "Konstitusiya Məhkəməsi haqqında ”AR qanunu ilə,Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə,Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsilə və digər qanunlarla tənzimlənir. AR Konstitusiya Məhkəməsi hər biri təkrarən bu vəzifəyə seçilməmək şərtilə 15 il müddətinə seçilmiş 9 hakimdən ibarətdir ("Konstitusiya Məhkəməsi haqqında ”AR qanunu.maddə 14).Konstitusiya Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.Konstitusiya Məhkəməsinin hakimləri müstəqildirlər, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər. Konstitusiya Məhkəməsi hakimlərinin müstəqilliyi onların səlahiyyət müddətində dəyişilməzliyi və toxunulmazlığı ilə, vəzifəyə təyin edilməsinin, məsuliyyətə cəlb edilməsinin, səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinin və vəzifədən kənarlaşdırılmasının xüsusi qaydası ilə, Konstitusiya Məhkəməsinə hörmətsizlik göstərilməsinin və ya onun fəaliyyətinə müdaxilə edilməsinin yolverilməzliyi ilə təmin olunur və onlara hakimlərin yüksək statusuna uyğun maddi və sosial təminatlar verilir.Bununla yanaşı Konstitusiya Məhkəməsinin hakimlərinin cinayət məsuliyyətinə cəlb olunması proseduru da məhz bu qanunla müəyyən olunur.Konstitusiya Məhkəməsi hakiminin yalnız cinayət başında yaxalanması zamanı cinayət məsuliyyətinə cəlb edilir.Əgər hakimin cinayət hadisəsi törətməsi sübüt olunarsa, Azərbaycan Respublikası Konstitusiyasının 128-ci maddəsinin IV və V hissələrində nəzərdə tutulmuş qaydada vəzifədən kənarlaşdırıla bilər.AR Konstitusiyasında qeyd olunur:
       "Maddə 128. Hakimlərin toxunulmazlığı
    IV. Hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsünü hakimlər cinayət törətdikdə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Ali Məhkəməsinin rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürə bilər. Müvafiq rəyi Azərbaycan Respublikasının Ali Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin sorğusundan sonra 30 gün müddətində təqdim etməlidir.
    V. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının apellyasiya məhkəmələri hakimlərinin işdən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikasının Milli Məclisində 83 səs çoxluğu ilə qəbul edilir; başqa hakimlərin işdən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikasının Milli Məclisində 63 səs çoxluğu ilə qəbul edilir.”

           Konstitusiya Məhkəməsinin hüquqi statusu məsələsini aydınlaşdırarkən,Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasında konstitusiya nəzarətini həyata keçirən orqan olmasına,insan hüquq və azadlıqlarının həyata keçirilməsinin təmin edilməsinə nəzarət edən orqan olmasına,normativ-hüquqi aktların rəsmi şərh edilməsini həyata keçirən orqan olmasına xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə diqqət yetirsək görərik ki, Konstitusiya Məhkəməsi həm də dövlət orqanları arasında arbitr rolunda çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi konstitusiya nəzarətini həyata keçirən orqandır.Konstitusiya nəzarəti hakimiyyət bölgüsünün mövcud olduğu demokratik dövlətlərdə mümkündür.Çünki məhz bu dövlətlərdə konstitusiya məhkəmələrinin fəaliyyəti üçün sisteçli əsas olur.
           Konstitusiya nəzarəti institutunun əsasları orta əsrlərdən təşəkkül tapmağa başlamışdır.Lakin müasir dövrdə qəbul olunan bu anlayış hələ XIX-XX əsarlərə söykənir.1803-cü ildə ilk dəfə Marşalın rəhbərliyi ilə Ali Məhkəmə konstitusiya nəzarətinin əsaslarını formulə edən və məhkəmələrə konstitusiya nəzarətini həyata keçirməyə imkan verən qərar çıxardı.Konstitusiya nəzarəti Konstitusiya müddəalarının aliliyini təmin edən bir vasitə olaraq demokratik cəmiyyətin əlaməti kimi qiymətləndirilməlidir.Konstitusiya nəzarəti dedikdə,Konstitusiya Məhkəməsi konstitusion normaların düzgün tətbiq edilməsinə,Konstitusiya tələblərinə zidd olan hüquqi aktların aşkar edilməsi və aradan qaldırılması üçün tədbirlər,Konstitusiyanın mətninə ediləcək əlavə və dəyişikliklərin konstitusiyanın əsas mətninə zidd olub-olmamasını müəyyən etmək və aradan qaldırmaqla Konstitusiyanın aliliyini təmin etməkdən ibarət nəzarət başa düşülməlidir.Bu anlayışın arxasında bütün qanunvericilik sisteminə nəzarət,bu sistemi təftiş etmə,ali hakimiyyət orqanları arasında konfliktlərin həlli normalarının təfsiri vasitəsilə birbaşa praktikanı istiqamətləndirmə kimi əhəmiyyətli səlahiyyətlər vardır.Konstitusiya nəzarətini həyata keçirən orqanlar məhkəmə orqanları və kvaziməhkəmə orqanları olmaqla iki yerə təsnif olunur.Konstitusiya nəzarətinin məhkəmə orqanları məhkəmələrin iş üsullarından istifadə edirlər.Fəaliyyətləri dəqiq şəkildə tənzim olunur.Qəbul olunmuş qərarlar məcburi xarakter daşıyır.Kvaziməhkəmə orqanlarının fəaliyyəti isə qanunvericilkdə nisbətən səthi tənzim olunur.Bu orqanlar adətən işə məruzə əsasında baxırlar.
         Konstitusiya nəzarəti anlayışına həmçinin AR Konstitusiyasının 148-ci maddəsində öz əksini tapmış qanunvericilik sisteminə iyerarxik qaydada daxil olan normativ-hüquqi aktların de-lege prinsipinə uyğunluluğunun təmin edilməsi də daxildir.Qanunların Azərbaycan Respublikasının Konstitusiyasına,qanunqüvvəli aktların qanunlara uyğun olmasına nəzarət Konstitusiya nəzarəti anlayışı ilə ehtiva olunur.Konstitusiya Məhkəməsi konstitusiya nəzarətini ilkin və sonrakı nəzarət olmaqla da həyata keçirir.İlkin nəzarətə misal olaraq,AR Konstitusiyasının 153-cü maddəsinə əsasən referenduma çıxarılmış təkliflərin Konstitusiyaya zidd olub-olmaması məsələsinin Konstitusiya Məhkəməsi tərəfindən müəyyən olunmasını göstərmək olar.Sonrakı nəzarət dedikdə isə,normativ hüquqi aktların qəbul olunması,onların icrasının qanuna müvafiq həyata keçirilməsi və ona nəzarət başa düşülür.Sonrakı nəzarətin müsbət cəhəti ondan ibarətdir ki, aşkara çıxarılan ziddiyyət normalar sistemində artıq fəaliyyət göstərdiyi zaman aşkar olunur və nəyin nəyə zidd olması,ziddiyyətin səbəbləri daha dəqiq müəyyən olunur.
          Beləliklə, Konstitusiya Məhkəməsi geniş və yüksək səlahiyyətlərə malikdir və bu səlahiyyətlər çərçivəsində Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasında mərkəzləşdirilmiş qaydada konstitusiya nəzarətini həyata keçirir.1995-ci il 12 noyabr tarixli Azərbaycan Respublikası Konstitusiyasının keçid müddəasında-11-ci bənddə qeyd olunurdu ki,konstitusiya qüvvəyə mindiyi gündən bir il müddətinə Konstitusiya Məhkəməsi haqqında qanun qəbul olunmalıdır və Konstitusiya Məhkəməsi yaradılmalıdır.Konstitusiya Məhkəməsi yaradılana qədər onun səlahiyyətləri həyata keçirilmir.1997-ci il 21 oktyabr tarixdə qanun qəbul edildi və 1998-ci ildə isə müvafiq qurum yaradıldı. İctimai münasibətlərin inkişafı,hüquq sahəsində aparılan islahatlar nəticəsində 23 dekabr 2003-cü ildə dövrünün realliqlarını,ictimai münasibətlərini özündə əks etdirən yeni qanun yaradıldı.Lakin bu qanuna da müəyyən əlavə və dəyişikliklərin edilməsilə Konstitusiya Məhkəməsinin hüquqi statusunu,iş prinsiplərini müəyyən edən normalar daha da təkmilləşdirildi.

    25.06.2007                                                       Tağıyev Zaur Nadir oğlu
                                                                                                     Hüquqşünas
    Category: Məqalə | Views: 1193 | Added by: LaZa | Tags: Tağıyev Zaur Nadir oğlu | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Axtar

    Təqvim

    «  Mart 2011  »
    BazarBeÇaÇerCaCŞn
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031

    Arxiv

    Dostlarımız