F U L L

    Our poll

    Rate my site
    Total of answers: 32

    Statistika


    Cəmi: 1
    Qonaq: 1
    İstifadəçi: 0

    Login form

    E-mail:
    şifrə:
    Main » 2010 » Oktyabr » 17 » İlham Əliyev: "Mən göstəriş verdim, şəxsən!.. Sökülsün.., dağıdılsın!"
    0:58 AM
    İlham Əliyev: "Mən göstəriş verdim, şəxsən!.. Sökülsün.., dağıdılsın!"
     
     
     
     
     
     
    İlham Əliyev: "Mən göstəriş verdim, şəxsən!.. Sökülsün.., dağıdılsın!"
     
     
     
     
     
    "Azərbaycanda bu günkü uşaq 10 ildən, 20 ildən sonra necə vətəndaş olacaq, Vətəni necə sevəcək, Vətən uğrunda necə vuruşacaq, Vətən üçün nə edəcək – bax, bütün bunların təməli məktəblərdə qoyulur. Ona görə təhsilə diqqət ölkə üçün həlledici məna daşıyan bir siyasətdir. Əgər təhsillə bağlı məsələlər düzgün həll olunmasa, bu siyasət, bizim bütün başqa uğurlarımız heç bir səmərə verməz”.
    Qaynar.info "Azərtac"a istinadən xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Yevlax şəhərində orta məktəbin açlışı zamanı etdiyi çıxışında bildirib.
    İlham Əliyev: "...Ali təhsil haqqında diplomun olması heç nəyi göstərmir”
    Prezident qeyd edib ki, həm infrastruktur, həm təhsilin səviyyəsi – bax, bu iki vacib amil Azərbaycanda yüksək səviyyədə olmalıdır. "Gözəl məktəb tikmək olar. Ancaq bu məktəbdə gərək təhsilin səviyyəsi yüksək olsun. Burada oxuyan uşaqlar anlamalıdırlar ki, həyatda layiqli yer tutmaq üçün mütləq bilikli olmalıdırlar”.
    İ.Əliyev vurğulayıb ki, əvvəlki dövrlərdə bəzən gənclərin bir hissəsi daha çox diplom əldə etmək üçün çalışııb. Çünki diplom o vaxt bütün qapıları açırdı. Sovet İttifaqı zamanında hər bir insan işlə təmin olunurdu.
    "Ancaq biz indi bazar iqtisadiyyatı, açıq rəqabət şəraitində yaşayırıq. Ona görə diplomun olması heç nəyi göstərmir, bilik, peşəkarlıq olmalıdır. Ona görə məktəb tikintisi, peşə məktəblərinin, uşaq bağçalarının yaradılması - bütün bunlar təhsil sistemimizi gücləndirir”.
    Prezident həmçinin vətənpərvərlik tərbiyəsi ilə bağlı bu məsələlərə Azərbaycanda çox böyük diqqət göstəridiyini deyib.
    "Ancaq bu hissləri, bu vətənpərvərlik duyğularını uşaqlara gündəlik olaraq müəllimlər aşılayırlar. Ona görə müəllimlərdən çox şey asılıdır”.
    "Ölkəni inkişaf etdirən insanlardır. Yəni bilikdir, fikirdir, iradədir, qabiliyyətdir. Mən çox istəyirəm vətəndaşlarımız bilikli, savadlı, yaxşı vətəndaş, vətənpərvər olsunlar, Vətəni sevsinlər. Bunu etmək üçün biz güclü dövlət qurmalıyıq. Uşaqlarımız tariximizi yaxşı bilməlidirlər. Çünki sovet dövründə uzun illər biz tarixin bir hissəsini bilirdik, amma digər hissəsini bilmirdik. Bəzi hallarda bizə qəhrəman kimi təqdim olunan insanlar, əslində, Azərbaycan xalqına qarşı cinayətlər törətmişlər. Bu tarixi biz yaxşı bilirik. Biz real tarixi sonradan öyrənməyə, dərk etməyə başladıq”-deyə prezident vurğulayıb..
    İlham Əliyev : "26-lar” abidəsinin dağıdılmasına mən göstəriş verdim”
    İlham Əliyev sovet tarixşunaslığının ən mübahisəli məsələsi olan "26 Bakı Komissarı” mifinə münasibətini açıqlayıb. Prezident bildirib ki, Azərbaycan xalqının qanını axıdan Şaumyanlar və onun kimi qəddar erməni cinayətkarlar Azərbaycanda qəhrəmanlar kimi təqdim olunurdu.
    "Məni bir Prezident və vətəndaş kimi ən çox hiddətləndirən o deyil ki, misal üçün biz bilmirdik 1918-ci ildə nələr baş verirdi, 26 komissar qəhrəman kimi təqdim olunurdu, əslində isə, onlar azərbaycanlılara qarşı amansız qəddarlıq törətmişdilər. Yəni, məsələ onda deyil ki, biz bunları bilmirdik, indi bilirik. Məsələ ondadır ki, biz onların qəhrəman olduqlarına inanırdıq. Yəni belə tərbiyə almışdıq. Azərbaycan xalqının qanını axıdan şaumyanlar və onun kimi qəddar erməni cinayətkarlar Azərbaycanda qəhrəmanlar kimi təqdim olunurdu. Onların şərəfinə abidələr ucaldılırdı. Siz bilirsiniz ki, Bakının mərkəzində 26 Bakı komissarının şərəfinə abidə ucaldılmışdı. Mən göstəriş verdim ki, o abidə sökülsün, dağıdılsın. Mən göstəriş verdim, şəxsən! Ancaq necə?! Göstəriş verdim ki, Elmlər Akademiyasının, Səhiyyə Nazirliyinin nümayəndələri, din xadimləri orada basdırılmış cəsədlərin başqa yerə köçürülməsi ilə bağlı tədbirlər görsünlər. Halbuki vaxtilə orada basdırılmış adamlar azərbaycanlılara qarşı qəddarlıq törətmişdilər. Biz yenə Azərbaycan xalqına xas olan dözümlülük, mədəniyyət, tolerantlıq nümayiş etdirdik və orada basdırılmış cəsədləri başqa yerə hörmətlə köçürdük. Ancaq o tarix daha Azərbaycanda olmamalıdır. Uşaqlarımız sual verməməlidir ki, bu kimdir? Nə üçün bunun abidəsi burada ucaldılıb? Bu, Azərbaycan xalqı üçün nə edib? Yəni, məni, necə deyərlər, ən çox darıxdıran məhz odur ki, vaxtilə biz bilməmişik ki, nə olub, sonradan bilmişik.
    Bizim uşaqlar xoşbəxtdirlər. Onlar müstəqil ölkədə yaşayırlar. Bu gün taleyimiz öz əlimizdədir. Azərbaycan xalqı öz taleyinin sahibidir və uşaqlarımız tariximizi, keçmişimizi, bugünkü reallıqları yaxşı bilməlidirlər. Mən o görüşdə söyləmişdim ki, Azərbaycan xalqı öz torpaqlarını heç vaxt unutmayacaq. Mən dəfələrlə söyləmişdim ki, bugünkü Ermənistan – xəritədə Ermənistan Respublikası adlandırılan ərazi əzəli Azərbaycan torpağıdır. Bu, həqiqətdir. Əlbəttə, Zəngəzur, İrəvan xanlığı bizim torpaqlardır! Orada azərbaycanlılar əsrlər boyu yaşamışlar. Ermənilər müəyyən bölgələrdə olublar. Amma onlar XIX əsrdə kütləvi şəkildə köçürülmüşlər. Necə ola bilər ki, 1918-ci ildə İrəvanın Ermənistanın paytaxtı elan olunması Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə baş verib?! Əgər o bölgələr dırnaqarası "Böyük Ermənistan”a aid idisə, onda nə üçün bizdən icazə alırdılar?!”.
    İlham Əliyev həmçinin bildirib ki, ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək. "Qarabağ əzəli Azərbaycan torpağıdır. Erməni dilində "Qarabağ” sözü var? Yoxdur! Qarabağın Xankəndi şəhərinə Stepanakert adını o vaxt Sovet İttifaqı verib. Nədir Stepanakert?! Bu ad Stepan Şaumyanın adından götürülüb. Əgər bu şəhərin ermənilərlə bağlı tarixi bir keçmişi olsaydı, o adı qoyardılar?! Onun tarixi adı Xankəndidir. Budur reallıq. Yəni bizim uşaqlar bütün bunları bilməlidirlər ki, bugünkü Ermənistan əzəli Azərbaycan torpaqlarında yerləşir. Bu az imiş, hələ istəyirlər bizim ərazimizdə ikinci dövləti yaratsınlar. Tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaratmaq istəyirlər. Heç vaxt buna razılıq verə bilmərik və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. İstənilən yolla! Mən buna şübhə etmirəm!”-deyə prezident vurğulayıb.
     
     //QayNar
     
    P.S. Mövzu ilə əlaqədar qaynar.info saytında yerləşən forumda gedən müzakirələri də mövzuya əlavə edirəm.
     
     
    16.10.2010 08:50:22
    Dronqo

    Ali tehsil haqda diplom hec neyi gostermir beli cenab Preziden.Ancaq bugun azerbaycan gencinden pul alinaraq olkesini qorumaq tapwirilirsa evezinde sizce o bu Veteni qoruyar yoxsa verdiyi pulu cixarmaq haqda duwuner.Menim bu vetene canim qurban.Ancaq bele ayriseckiliyi gorende bu olkenin vetendawi olmaqdan utaniram.
     
     
    16.10.2010 16:47:46
    Taqiyev Zaur Nadir

    Mən tam səmimi olaraq aşağıdakı fikirlərimi bildirirəm.
    Mən bu materialı oxuyarkən çox kövrəldim. Ölkə başçısının bu cür səmimi və əlamətdar çıxışı həqiqətən məni çox sevindirdi. Ölkə rəhbəri cənab Prezident ölkəmizin, dövlətimizin inkişafı üçün atdığı addımları kölgə altına salmaq bizim qeyrətimizə və şərəfimizə yaraşmaz. Cənab Prezidentin xalqımızın rifahını yüksəltmək üçün gördüyü tədbirləri anlamaq üçün sadə bir məntiq kifayətdir. Mən şəxsən gənc bir hüquqşünas kimi cənab Prezidentimizi dəsrəklədiyim üçün və seçkilərdə ona səs verdiyim üçün çox şadam.Və fəxr edirəm ki, məhz bu cür prezidenti olan bir dövlətin vətəndaşıyam.
    Mənə elə bir dövlət göstərə bilərsinizmi ki, müstəqilliyinin 20 ilində Azərbaycanda olan inkişaf kimi inkişaf etmiş olsun. Dünyanın demokratiyasının beşiyi sayılan ABŞ tarixinə nəzər yetirin,onun hansı tarixi dövlər keçdiyini analiz edin. Bu inkişafı yalnız xalqını sevən dövlətçilik anlayışı olan şəxs edə bilərdi. Bəli Mən tam fəxr edirəm ki, Heydər Əliyev siyasətini görmüşəm, onunla bir dövrdə yaşamışam.
    Bəli mən razıyam ölkəmizdə bir çox problemli sahələr var. Yalnız biz bir xalq olaraq daim Prezidentimizin ətrafında olacaq və birlikdə bu problemləri həll edəciyik.
    P.S. Cənab Prezident haqqında dediklərimlə razılaşmayanlarla faktlar əsasında fikir mübadiləsi aparmağa hazıram.

     
    17.10.2010 00:55:56
    555

    Zaur müəllim,sizin fikirlərinizin bəziləri ilə razılaşmaq olar.Həqiqətən də,prezident vətənpərvərlik haqqında gözəl sözlər deyir.Qarabağ münaqişəsinin həllində tutduğu prinsipial mövqe isə həqiqətən də təqdirəlayiqdir,əsl vətənpərvər mövqeyidir. Amma gələn razılaşaq ki,təhsilə belə diqqət yetirən prezidentin təhsil naziri Misir Mərdanovdur.Bu adam Azərbaycan təhsilinin ən pis səviyyəyə düşməsində 1-ci şəxsdir.Sən təhsildə hansı inkişafdan danışırsan?Ali məktəblərdə zaçot,imtahan pulnan,orta məktəblərdə attestat pulnan,əlavə də nə qədər istəsələr bəhanə tapıb pul yığrlar.düz deyirsən ki ölkəmiz çox gözəl inkişaf edir.Amma onu da unutma ki,ən yüksək sürətlə məhz RÜŞVƏT inkişaf edir.Bu cür gözəl inkişaf ola-ola,hər seçki öncəsi müəllimlərin,həkimlərin maaşına cəmi 10 manat artırlması hansı məntiqə uyğundur.Bir şeyi də diqqətinizə çatdırım ki,hər seçkidə sonra hansı sahədə istəsən baş gicəlləndirən qiymət artımı (sosial xidmətlər,nəqliyyat,meyvə-tərəvəz,benzin) məhz bizim ölkədə olur.Bu da sənə inkişaf.
     
    17.10.2010 06:45:22
    azad

    Siz hakimiyyətə xidmət edən xəbər portali təsiri bağişlayirsiniz. Müstəqil olmadiğiniz hiss olunur.

    17.10.2010 03.42.12
    Taqiyev Zaur Nadir
    Salam 555. Çox təəssüf ki, adınızı yazmamısınız.
    Düzdür təhsilimizin problemi böyükdür.Əslində mən həmişə dövlətimizdə təhsilimizin qənaetbəxş olmadığını bildirirəm. Rüşvət bir çox sahələrdə olduğu kimi təhsildə var. Amma sizə onu deyim ki, mən BDU-nun Hüquq fakültəsini bitirmişəm. Nə universitetə qəbul olan zaman , nə də ki tələbəlik illərimdə rüşvət verməmişəm(maraqlanıb öyrənə bilərsiniz, Azərbaycan balaca bir dövlətdir). Hətta rektorumuz həddindən çox obyektiv olan Abel Məhərrəmovun əmri ilə qrup nümayəndəsi olmuşam. Yeri gəlmişkən qeyd edim ki,Azad tələbə həmkarlar təşkilatının fəal üzvlərindən olduğum üçün Abel müəllimin necə ədalətli və obyektiv insan olduğunun şahidi olmuşam. Eyni zamanda gəlin təhsilimizi ən demokratik dövlət sayılan ABŞ təhsili ilə müqayisə edək.Əlbəttə ki, ABŞ-ın müstəqilliyinin ilk dövrləri ilə müqayisə etsək daha düzgün və məntiqli alınar. Təhsildə olan ayrı seçkilik-irqi ayrı seçkilik Sizə tarixdən məlumdurmu?!
    Mən yenə deyirəm ölkədə olan çatışmazlıqları mən də görürəm, əlbəttə ki, məni də çox narahat edir. Amma məsələyə real baxmaq lazımdır.Əgər 20 il müstəqillik qazanmış Azərbaycan məktəbliləri bugün beynəlxalq olimpiadaılarda qalib gəlirsə, bu artıq inkişafın rüşeymləridir. Təhsil elə bir sosial siferadır ki, bu sferada inkişaf gec görünür. Bugün Azərbaycan həkimlərinin peşəkarlığı ürəkaçandır.Düzdür bu sahədəki qiymətlər baha olduğu üçün həmvətənlərimiz digər dövlətlərə müraciət etməli olurlar. Düşünürəm ki, zaman keçdikcə bu məsələlərdə öz həllin tapacaq.
    Əsas odur ki, Xalq öz vətənpərvər və savadlı Prezidentlə həmrəy olsun. Necə ki, hazl-hazırda bu belədir.

    Category: Diqqət Diqqət Diqqət | Views: 2126 | Added by: LaZa | Tags: Qarabağ əzəli Azərbaycan torpağıdır | Rating: 4.0/3
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Axtar

    Təqvim

    «  Oktyabr 2010  »
    BazarBeÇaÇerCaCŞn
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31

    Arxiv

    Dostlarımız