F U L L

    Our poll

    Rate my site
    Total of answers: 32

    Statistika


    Cəmi: 1
    Qonaq: 1
    İstifadəçi: 0

    Login form

    E-mail:
    şifrə:
    Main » 2010 » Dekabr » 7 » Alqış Həsənoğlu: “Müxalif partiyaların daxili ab-havası həbsxanadakı vəziyyətdən qat-qat acınacaqlıdır”
    0:30 AM
    Alqış Həsənoğlu: “Müxalif partiyaların daxili ab-havası həbsxanadakı vəziyyətdən qat-qat acınacaqlıdır”
     
     
     
     
    Alqış Həsənoğlunun "Qafqazinfo”ya müsahibəsi
     
     
     
     
     
     
     
    Yeni Azərbaycan” qəzetinin sabiq baş redaktoru Alqış Həsənoğlunun "Qafqazinfo”ya müsahibəsi
    – Xoş gördük, Alqış bəy. Necəsiniz, nə işlə məşğulsunuz, necə yaşayırsınız?
    – Çox sağ olun, təşəkkür edirəm. Sualınızın belə qoyuluşunda bir həmkar yanğısı və münasibəti duyulur. Gərək inciməyəsiniz, mən heç vaxt necə yaşamağım, necə dolanmağım barədə sualları yaxına buraxmadım və belə mövzuları müzakirə etməyi özümə rəva bilmədim. Amma suala görə minnətdaram.
    – Onda mətbuatla bağlı soruşaq. Məsələn, Eynulla Fətullayev barədə...
    – Bu barədə dövlət rəsmiləri açıqlama verib və haqlı olaraq bu, hüquqi məsələ kimi dəyərləndirilir. Mən də bu şərhə heç bir əlavə etmək istəməzdim.
    – Bəs, bloggerlərin həbsi və azad edilməsi haqda necə?
    – Çox, çox təəssüf ki, Azərbaycanda söz və ifadə azadlığının vəziyyətindən söhbət düşərkən, bizimkilərdən tutmuş, düz ABŞ prezidenti Barak Obamaya qədər hamı Eynulla Fətullayevi və bloggerləri nümunə göstərir. Amma mən belə deməzdim. Bu gün cəmiyyətimizdə söz və ifadə azadlığına yönəlik daha ciddi və daha utancverici hadisələr baş verir.
    – Məsələn?
    – Məsələn, Tapdıq Abbbas.
    – Ona nə olub?
    – Mən onu yaxından tanımıram, həyatda bir dəfə də rastlaşıb eləməmişik. Onu bilirəm ki, "Paralel” qəzetinin baş redaktorudur, parlament seçkilərindən öncəyə qədər Müsavat Partiyasının üzvü idi, ara-sıra yazılarını oxuyuram. Gördünüz, onun başına nə oyun gətirdilər?
    – İndi o qədər oyun var ki... Siz hansından danışırsınız?
    – O, həm də Mətbuat Şurasının rəhbərliyində təmsil olunur. Bu il mətbuat günü münasibətilə öz həmkarları ilə birlikdə Fəxri Xiyabana gedib, Heydər Əliyevin məzarını ziyarət etmişdi. Və elə hər şey də ordan başladı. Onun bu hərəkətini Müsavat Partiyasının ali məclisində müzakirəyə çıxardılar və belə qərara gəldilər ki, onun millət vəkilliyinə namizədliyi partiya siyahısından çıxarılsın, amma hələlik partiya üzvü olaraq qalsın. Nə üçün hələlik? Bu o demək deyil ki, divan üzvlərinin içərisində müdriklik hissi baş qaldırıb, nəhayət, başa düşüblər ki, bu qədər ağ etmək olmaz. Yox, qətiyyən belə deyil. Sadəcə olaraq, həmin adamların əllərində səlahiyyət və imkan yoxdur. Əgər belə bir imkanları olsaydı, mənim heç şübhəm yoxdur ki, Tapdıq Abbası of demədən dar ağacından asardılar. Mənim anlamımda, şəxsin ifadə azadlığına qarşı müstəqillik əldə etdiyimiz son 18 ildə belə rüsvayçı təcavüz aktı qeydə alınmayıb. Nəticədə bu nə deməkdir: deməli, müxalif partiyaların daxili ab-havası, hökumətin həbsxanasındakı vəziyyətdən qat-qat acınacaqlı və dözülməzdir. Axı iqtidarı tənqid etməyə nə var, bu ən sadə və asan yoldu, amma çıxış yolu deyil. İctimai-siyasi proseslərdən baş çıxaran istənilən şəxs bilir ki, cəmiyyətin demokratikləşməsi iqtidarın atdığı addımlar, həyata keçirdiyi islahatlarla bərabər, mövcud siyasi institutların, daha çox müxalifyönlü siyasi partiyaların daxili demokratiyası ilə birbaşa əlaqəlidir. Diqqət yetirin, adam nə cinayət törədib ki? Fəxri Xiyabana gedib, özünü ifadə edib və partiyadaşları bu hərəkətinə görə onu asıb-kəsməyə başladılar. Onu peşman etdilər və o da başını götürüb partiyadan qaçdı. Belə çıxır ki, məhbus Eynulla Fətullayev azadlıqdakı müsavatçı Tapdıq Abbasa baxmış, kifayət qədər azad və müstəqildir. Deyim ki, bu çox ciddi və təhlükəli bir haldır. Müsavat Partiyası hakimiyyətə iddialıdır. Təsəvvür edin, bu cür revanşist və qisasçı ideologiya ilə silahlanmış adamlar səlahiyyət sahibi olsalar, ölkədə nələr baş verər. Əslində sərgilənən bu rüsvayçı münasibət, müxalif düşərgə ilə bağlı bir çox ciddi suallara aydınlıq gətirmiş olur.
    Hansı sualları nəzərdə tutursunuz?
    – Müxalifət bir siyasi güc mərkəzi olaraq günü-gündən zəifləməkdə və bir siyasi struktur olaraq əriməkdədir. Bunu hamı qeyd edir və müxalif liderlər də bu həqiqəti etiraf etmək məcburiyyətindədirlər. Elə beynəlxalq təşkilatlar da hesabatlarında bu məqamı-siyasi müxalifətin çox zəif olmasını xüsusilə vurğulayırlar. Amma səbəbi dəqiq göstərmirlər, ya da göstərmək istəmirlər. Əsas kimi, müxalifətin şəhərin mərkəzi yerlərində mitinq keçirmə istəyinə qoyulan qadağalar gündəmə gətirilir. Ancaq reallıq başqa nəticə çıxarmağı tələb edir. Qəzet redaktorunun Fəxri Xiyabana getməyini həzm edə bilməyən zehniyyətə, düşüncəyə, əxlaqa, mədəniyyətə malik olan müxalifət cəmiyyət tərəfindən alternativ və demokratik inkişaf modeli kimi qəbul edilə bilməz. Və belə qüsurlu düşüncəyə malik müxalifət şəhərin mərkəzində yox, lap Prezident Aparatının içərisində mitinq keçirsə belə, onların sosial bazalarını genişləndirib, hakimiyyətə gəlmək şansını heç bir sağlam düşüncəsi olan Azərbaycan vətəndaşı tanımayacaq.
    – Beynəlxalq təşkilatlar müxalifətin zəifliyini qeyd etməklə bərabər, iqtidarı da tənqid edirlər və son vaxtlar bu təşkilatların ölkəmizə yönəlik bəyanatları get-gedə sərtləşir.
    – Gəlin bir az konkretləşdirək...
    – Bir neçə müddət öncə Beynəlxalq Böhran Qrupunun hesabatı açıqlanmışdı. Kifayət qədər sərt idi.
    – Hə, xatırladım. Amma bəri başdan qeyd edim ki, həmin və buna bənzər hesabatlar heç də bəzi nəşrlərin (müxalifyönlü mətbuatı nəzərdə tuturam) təqdim etdiyi kimi iqtidarı "darmadağın” edə biləcək gücə və ifşaedici məntiqə malik deyil.
    – Amma müxalif liderlər bu tipli hesabatları iqtidara yönəlmiş ardıcıl və sarsıdıcı zərbələr kimi dəyərləndirirlər.
    – Belə fikirlər səslənir. Bu da ki, təsadüfi deyil. Gəlin, xatırlayaq: müxalifət bir neçə il bundan əvvələ qədər öz təbliğatını daxili səbəblər üzərində qurmağa çalışırdı. Məsələn, uzun müddət "X günü” istiqamətində iş aparılırdı. Bu mövzu demək olar ki, bütövlükdə siyasi gündəmi işğal etmişdi. Guya ki, həmin gün yerlə göy bir-birinə qovuşacaq, camaat küçələrə axışacaq, kütlə müxalif liderləri öz çiyinləri üzərinə götürüb hakimiyyətə gətirəcək. Deyim ki, belə çağırışlar müəyyən qrup adamlarda çox cüzi olsa da bir ümid yarada bilmişdi. Sonradan tarix sübut etdi ki, həmin gözləntilər ciddi sosial əsas və siyasi perspektivdən məhrum imiş. Bir müddət isə iqtisadi amillərdən bəhrələnməyə üstünlük verildi. Təbliğ olunurdu ki, əhalinin güzəranı gərginləşəcək, narazılıq artacaq və bu da nəticədə cəmiyyətin siyasi baxımdan aktivləşməsi üçün zəmin yaradacaq. Son qlobal maliyyə böhranını müxalifət özü üçün avantaj hesab edirdi. Heç gizlətmədən açıq-aşkar deyirdilər ki, insanların maddi durumu ağırlaşacaq, vəziyyət pisləşdikcə bizim də mübarizə imkanlarımız yaxşılaşacaq. Bu ehtimal da özünü doğrultmadı. İndi belə şeylərə heç kim inanmır. Əlbəttə ki, artıq onlar daxili bəhanələrin heç cür işə yaramadığının fərqindədirlər. Buna görə də müxalifət son vaxtlar özünün təbliğat tezislərini beynəlxalq təşkilatların rəyləri, hesabatları, ayrı-ayrı xarici diplomatların Azərbaycan hökuməti haqda mənfi və ya tənqidi fikirləri üzərində qurur. Belə demək mümkünsə, müxalifət daxili nağılları bir kənara qoyub, tərəfdarlarına, camaata xarici nağıllar danışmağa başlayıb. Məsələn, Obama ABŞ prezidenti olan kimi vəziyyət dəyişəcək, Klinton Bakıya gəlib gedəcək işlər yoluna qoyulacaq, Amerika İranı vuracaq, ara qarışacaq, "Vaşinqton Post”da məqalə çıxacaq, hamı təşvişə düşəcək və s. Göründüyü kimi böhran qrupunun hesabatı da onların bu istiqamətdəki fəaliyyətinə yarayırdı və bu hesabatdan da təbliğat məqsədilə maksimum istifadə üçün cəhd etdilər. İndi yəqin ki, hərəkətə keçmək üçün beynəlxalq təşkilatların növbəti rəyini səbirsizliklə gözləyirlər.
    Axı belə hesabatlar çox ciddi araşdırmaların nəticəsi olaraq meydana çıxır.
    – Düzdür, araşdırma aparılır. Amma aparılan təhlillər ilə yekun nəticə arasında çox böyük ziddiyyət və uyğunsuzluq var. Böhran Qrupu Azərbaycandakı vəziyyəti həssas sabitlik kimi dəyərləndirir və vurğulayır ki, İlham Əliyevin hakimiyyəti ölkə həyatının sabitləşməsi kimi yadda qalıb. Burada pis nə var ki? Bu, axı İlham Əliyevin idarəçilik üslubuna, liderlik keyfiyyətinə zərrə qədər xələl gətirmir. Böhran və digər çoxsaylı Qruplara və təşkilatlara nə lazımdır, o aydın deyil. Bizə isə yenicə müstəqillik əldə etmiş bir cəmiyyət olaraq məhz bir çox hallarda beynəlxalq təşkilatların bəyənmədiyi, ağız büzdüyü həmin stabillik lazımdır. Çünki Azərbaycanın bir dövlət kimi inkişafı sabitlik faktoru ilə birbaşa bağlıdır. Azərbaycan Prezidenti də bu faktora təminat verməyi və onun arxasında dayanmağı çox məharətlə bacarır. Əslində beynəlxalq təşkilatların belə yanaşması İlham Əliyev faktorunun ölkəmiz, o cümlədən, region üçün xüsusi önəm daşımasının etirafıdır. Və bu etirafdan sonra böhran və digər qrupların etdiyi və bundan sonra da edəcəyi təhlillərin, verəcəyi tövsiyələrin heç bir əhəmiyyəti və mənası qalmır
    – Alqış bəy, axı söhbət də elə stabilliyin çox həssas, yəni davamlı və dayanaqlı olmamasından gedir.
    – Qoy lap həssas olsun. Əgər bu həssaslıq qüsurdursa belə, bu qüsur, yürüdülən daxili və xarici siyasət xəttindən, Azərbaycan dövlətinin, hökumətinin xarakterindən yox, ölkəmizin yerləşdiyi coğrafiyanın xarakterindən irəli gəlir. Daha dəqiq desək, bu qüsur bizim ölkəmizin yox, bölgəmizin ümumi qüsurudur. Fakt budur ki, yerləşdiyimiz məkan həddindən artıq həssas bir regiondur, bunu hamı görür, başa düşür, etiraf edir və bu barədə müxtəlif fikirlər söylənilir. Mən hesab edirəm ki, bu fikirlərin ən mükəmməli ABŞ senatının xarici əlaqələr komitəsinin sədri senator Riçard Luqara məxsusdur. Senator deyirdi: "Azərbaycan dünyanın çətin və təhdid dolu bir məkanında yerləşir”. Əlavə izahata yer qalmır. Sual olunur ki, çətinliklər və təhdid dolu bir mühitdə mövcud olmasına və eyni zamanda erməni işğalına məruz qalmasına baxmayaraq mustəqilliyini qoruyub saxlamağı bacaran, yaşayan və inkişaf edən bir dövlət dayanaqlı, əbədi stabilliyə necə nail ola bilər? Həssas bir regionda olan dövlət, regionun fövqündə qeyri-həssas sabitliyi yarada bilərmi? Əlbəttə ki, yox. İnkar edilməz həqiqət ondan ibarətdir ki, bütovlükdə regiona, eyni zamanda Azərbaycana etibarlı və uzunmüddətli sabitliyi yalnız Qarabağ probleminin ədalətli həlli gətirə və bərqərar edə bilər.
    – Elə bir sira beynəlxalq təşkilatlar da onu deyirlər ki, Azərbaycan iqtidarı Qarabağ problemindən bəhanə kimi istifadə edir.
    – Doğrusu, burada da mən elə bir məntiq görmürəm. Əgər o bəhanəni zərərsizləşdirib, iqtidarın əlindən almaq istəyirlərsə, bunun çox sadə yolu məlumdur, torpaqlarımızın işğaldan azad olunmasına, ərazi bütövlüyünün bərpasına dəstək versinlər, bu problem öz ədalətli həllini tapsın və heç kim də ondan bəhanə kimi istifadə edə bilməsin. Çox maraqlıdır, nədənsə son vaxtlar xarici ekspertlərin Azərbaycana yönəlik açıqlamalarında bir sistemsizlik, öz-özünü təkzib etmə hökm sürür. Bir neçə ay bundan əvvəl ABŞ dövlət katibinin insan haqları üzrə sabiq müavini Devid Kramerin müsahibəsini oxudum. Cənab Kramer Azərbaycanda gedən prosesləri tənqid edir və sonda deyir: "Bəli, biz qəbul və etiraf edirik ki, Azərbaycanın özünəməxsus inkişaf tendensiyası və inkişaf yolu var. O, Fransa və ABŞ-ın yolunu heç vaxt təqlid etməyəcək”. Elə bizim yerli ekspertlər də, politoloqlar da bunu deyir. Mövcud modelin, Azərbaycanın davamlı və alternativsiz inkişaf yolu olduğunu vurğulayırlar. Yaxşı, bəs onda cənab Kramer və bir sıra xarici diplomatlar nə istəyirlər?
    – Alqış bəy, xarici diplomatlardan söhbət düşmüşkən, Turqut Ərin Heydər Əliyev haqqında olan kitabından ayrı-ayrı parçalar yerli mətbuatda dərc olunur. Bu haqda nə deyə bilərsiniz?
    – Deyim ki, Türkiyənin özündə də Türk Cümhuriyyətinin qurucusu Mustafa Kamala da qarşı həmişə belə hücumlar olur. Ona sui-qəsd etmək istəyiblər, böhtan atıblar. Bu cür kampaniyalar indi də davam edir. Ancaq heç bir halda Atatürkü inkar etmək mümkün deyil və bu ölkədəki inkişaf və milli birlik Atatürk adı ilə bağlıdır.
    – Bəzən Heydər Əliyevi Mustafa Kamal Atatürklə müqayisə edirlər.
    – Mənim Mustafa Kamal ilə bağlı mövqeyim bəllidir və onu bir daha izah etdim. Müqayisəyə gəldikdə isə mən Heydər Əliyevi heç kimlə müqayisə etmək istəməzdim. Mustafa Kamal tamam fərqli bir dövrdə və dönəmdə yaşayıb. Onun öz potensialını bir qurucu və qurtuluşçu kimi təsdiqləməsi üçün, belə demək mümkündürsə, daha münbit şərait var idi. Onda dünya bu qədər bir-birinin içinə girməmişdi. Amma Heydər Əliyev başqa, həm də çox ziddiyyətli və mürəkkəb dövrdə yetişən və formalaşan bir dövlət adamı, qurucu və qurtuluşçudur. Onun həyata keçirdiyi missiya daha çətin idi. Bir dəfə bu barədə demişəm, təsəvvür edin, bizim qarşımızda, hərəkət bir an dayanmayan körpü üzərində ev tikməyi tapşırıq kimi qoyurlar. Və biz bu evi elə tikməliyik ki, körpü üzərində gediş-gəlişə mane olmasın və bu evin içərisində sən firavan və rahat yaşaya biləsən. Heydər Əliyev də belə bir çətin, nəzəri və praktiki cəhətdən mümkün olmayanı gerçəkləşdirə bildi. Şərq və Qərb arasındakı körpü üzərində gənc və müstəqil Azərbaycan Dövlətinin fundamental əsaslarını yaratmağı bacardı. Heydər Əliyev Azərbaycan tarixinin, son 5 əsrdəki heç kimlə müqayisə olunmayan nəhəng tarixi-siyasi simasıdır.
    Views: 2262 | Added by: LaZa | Tags: gerçəkləşdirə bildi. Şərq və Qərb a | Rating: 4.5/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Axtar

    Təqvim

    «  Dekabr 2010  »
    BazarBeÇaÇerCaCŞn
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031

    Arxiv

    Dostlarımız