F U L L

    Our poll

    Rate my site
    Total of answers: 32

    Statistika


    Cəmi: 1
    Qonaq: 1
    İstifadəçi: 0

    Login form

    E-mail:
    şifrə:

    Kataloq

    Main » Files » YADDAŞ

    TƏBRİZ
    2010-10-11, 10:11 AM
    Təbriz (farsca: تبریز) - Azərbaycan coğrafi ərazisinin ən böyük şəhərlərindən biri və tarixi paytaxtı.
    2006-cı ildə aparılmış siyahıya almaya əsasən 1.398.060 nəfər əhalisi vardır [1]. Və əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir. Şəhər Eynəli dağının cənubunda, Səhənd vulkanik qalxımından şimalda yerləşir
     
    Tarixi

    Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olan Təbriz qədim dövrlərdən etibarən strateji mövqeyinə və əlverişli iqlim şəraitinə görə qədim Şərqdə şöhrət qazanmışdır.Ən qədim dövrlərdən mühüm ticarət yolları Cənubi Qafqaz, İberiya və Qafqaz Albaniyasından Cənuba doğru – Beynəlnəhreyn və Hindistana gedən ticarət yolları bu şəhərdən keçib getmişdir.

    Qərbdən uzanan ticarət yolları da Kiçik Asiyanı keçərək Təbriz şəhərində Beynəlnəhreyn və Hindistandan gələn yollarla birləşmişdir. Beləliklə Təbriz şəhərinin inkişaf etməsinə təsir göstərən mühüm amillərdən biri ticarət yolları olmuşdur.

    Hələ Manna dövləti dövründə bu şəhər mühüm mərkəzlərdən biri olmuşdur. Assur mixi yazılarında şəhərin adı Tavreş kimi çəkilir və burada nəhəng qalanın olması qeyd edilir. Təbriz şəhəri Polibi, Diodor və Ptolomeyə görə Ovront dağının (Səhənd)ətəyində yerləşir.

    Şəhər qırmızı rəngli torpağa sahib olan Eynal-Zeynal və yaxud Surxab yüksəkliyinin Cənubunda yerləşir. Bu ovalığın səviyyəsi Urmiya gölünün Şimal-Şərq bucağına tərəf getdikcə azalır. Eynal-Zeynal yüksəkliyi dəniz səviyyəsindən 1800 m hündürlükdə yerləşməklə bərabər, şəhərin Şimal-Qərbindən başlayaraq Qaradağ silsiləsini Səhənd dağı ilə birləşdirir.

    Şəhərin Cənubunda dəniz səviyyəsindən 3547 m hündürlüyə malik olub, zirvəsi daim qarla örtülü olan Səhənd dağı ilə şəhər arasında təxminən 50 km məsafə var. Bu dağ qədim Assur mənblərində Uauş dağı adlandırılır.Dağın şimalında və şəhərin cənubunda yerləşən Yanıq adlanan təpələr, dəniz səviyyəsindən 500-600 m hündürdə yerləşir. Şərq tərəfdən şəhəri çox yüksək olmayan Sarı dağ (farslar bu dağı Zərdüguh adlandırır) əhatə edir. Şəhərin ərazisi dəniz səviyyəsindən 1350-1500 mm-ə qədər yeksəklikdə yerləşir. Beləliklə Təbriz şəhərinin ətrafında olan dağlar onu üzük qaşı kimi əhatə etmişdir.

    Şəhər və onun ətrafının əlverişli təbii-coğrafi şəraiti, orada insan məskənlərinin hələ qədim dövrlərdən yaranmasına səbəb olmuşdur. Təbriz şəhəri və onun ətrafında olan əkin sahələri, habelə bağlar su ehtiyyatı az olan kiçik dağ çayları və arxlar vasitəsiylə suvarılır.

    Lakin elə çaylar da vardır ki, onlardan yalnız ilin müəyyən dövrlərində istifadə etmək olur. Qalan dövrlərdə isə suyun tərkibində duz məhlulları çox olduğundan suvarılma işi çətinləşir. Belə çaylardan biri də Acıçay çayıdır. Bu çay Savalan dağının Şərq ətəklərindən başlanğıcını alaraq, Sərab mahalını suvardıqdan sonra Xanımrud mahalında İskəndərçayla birləşir və Təbriz şəhərinin Şimalından keçir. Acıçay Mayan, Axola, Baranlı, Satınlı və Şora kəndlərinin ərazisindən keçərək Urmiya gölünə tökülür.

    Orta əsr müəllifi Həmdullah Qəzviniyə görə vaxtilə Təbriz şəhərinin ətrafında 600-ə qədər kəhriz mövcud olmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycanda kəhriz suvarma sisteminin tarixi çox qədimdir.

    Təbriz ərazisi kontinental əraziyə malikdir. Burada qışda tempratur -28, yayda isə +25/30 dərəcə olur.

    Təbrizdə ən güclü zəlzələ 858 və 1042-ci illərdə baş vermiş və şəhəri yerlə-yeksan etmişdir. Mənbələrin verdiyi məlumta görə Təbrizdə 858-ci ildə baş vermiş zəlzələ nəticəsində şəhərdə 40 min nəfər adam həlak olmuşdur. Təbrizdə yerin xəfif tərpənməsini həmişə hiss etmək mümkündür. Bəzi alimlərə görə yerin belə tərpənməsinə səbəb vaxtilə Səhənd dağının vulkanik olmasıdır. Lakin Xanıkov bunu yer təbəqələrinin dəyişməsi ilə sübut etməyə çalışır.

    Azərbaycanın təbii və coğrafi şəraitinin əlverişli olması bu ərazidə yaşayan əhalinin yaşaması üçün qədim zamanlardan gözəl imkan yaratmışdır.

    Müasir Təbriz, Mərənd və Xoy şəhərlərinin yerləşdiyi ərazi Manna dövründə Sanqbitu adlanırdı. Bu ərazi Urmiya gölünün Şimal və Şimal-Qərb ərazisini əhatə edirdi. Xəzər dənizi ilə Urmiya gölü arasndakı ərazi – Təbriz və Miyanə rayonları Zikirtu adlanırdı. Sanqbitu və Zikirtu rayonları öz dövrlərinə görə inkişaf etmiş rayonlar idi. Bunu arxeoloji qazıntılar və yazılı məlumatlar da təsdiqləyir. Belə ki, Assur hökmdarı II Sarqonun Urartu dövlətinə yürüşü zamanı bu ərazi onun ordusunu un və şərabla, habelə yük və minik heyvanı ilə təmin etmişdi.

    Bu ərazidə əkinçilik və maldarlıqla yanaşı sənətkarlq da inkişaf etmişdi. Ziviyə, Həsənli və Yanıqtəpədən əldə edilən arxeoloji materiallar bu ərazidə sənətkarlığı yüksək inkişaf etdiyini göstərir.

    Təbriz şəhərinin tarixinin öyrənilməsi üçün Assur hömdarı II Sarqonun (e.ə. 722-701) eramızdan əvvəl 714-cü ildə Manna ərazisinə soyğunçu hücumunun və onun bu hücum haqqında verdiyi məlumatların böyük əhəmiyyəti vardır. Bu hücum zamanı yazılmış II Sarqonun kitabəsi, Manna və habelə Təbriz şəhərinin tarixinin öyrənilməsinə dair ən qiymətli sənəddir. Həmin kitabədə deyilir: ”Tarmakisdə əhəmiyyətli istehkamlar vardır. Burada yaradılan səddlər möhkəmdir. Həmin səddlər böyük xəndəklər vasitəsi ilə dövrəyə alınmışdır. Dövlət qoşunlarının əlavə qüvvəsi də burada saxlanılır. Eyni zamanda onların atları da burada bəslənilir. Ətraf rayonların əhalisi mənim qorxumdan buraya toplanmışdı. Mən bura hücum edən zaman əhali buranı tərk edərək susuz çöllərə qaçmağa məcbur oldu (susuz çöl dedikdə Muğan nəzərdə tutulur). Mən bu mahalı ələ keçirdim. Müdafiə istehkamı halına salınmış yaşayış yerləri arasında döyüşlərə başladım. Daxildə olan yaşayış yerlərinə od vurdum, qala sakinlərinin külli miqdarda olan ərzaqlarını yandırıb məhv etdim. Bundan başqa həmin qala ətrafında olan 30 kəndi də yandırdım.”

    Tədqiqatçılar II Sarqonun kitabəsində qeyd edilən Tarmakis şəhərinin Təbriz olmasına şübhə etmirlər. Digər tərəfdən həmin kitabədə qeyd olunan Uşkaya qalasının müasir Üsküyə toponimi ilə bir mənşəli olması da diqqəti cəlb edən faktlardandır. Beləliklə II Sarqonun kitabəsi Təbrizin qədim dövr tarixi üzrə hələlik aşkar olunmuş yeganə mənbədir.

    Lakin İran tarixçiləri şəhəri xeyli gəncləşdirərək onun orta əsrlərdə Abbasilər sülaləsindən olan Harun ər-Rəşidin hakimiyyəti dövründə inşa edildiyini yazırlar. V.F.Minorski qədim erməni dilli mənbələrə istinad edərək Təbrizin Abbasilərin hakimiyyətindən çox-çox əvvəl yarandığını qeyd edir. İran tarixçilərindən Məhəmmədhəsən xan Zinət "Zinət əl məcalis” və "Təqvime buldan " adlı əsərlərinə istinad edərək Təbrizin Azərbaycanın böyük şəhərlərindən biri olduğunu və xalq arasında Toriz adı ilə məşhur olduğunu göstərir. Onun fikrincə qədim müəlliflər Azərbaycanın paytaxtının Kanza və yaxud Kanzak (Gəncək, Qazaka) olduğunu qeyd etmişlər. Qədim müəlliflər Təbriz şəhərini həm də Şahıstan adlandırırlar. Şahıstan iberdilli xalqlarda möhkəm, erməni dilində isə xəzinə deməkdir. Azərbaycanın qədim hökmdarları, sonra isə Sasani şahları öz xəzinələrini bu şəhərdə saxlayırmışlar.

    Erkən orta əsr erməni dilli mənbələrdə Təbriz şəhəri həm də Davrij adlandırılır. Bu sözün mənası qrabarca (qədim erməni dili) qisasçı deməkdir. Erməni dilli mənbələrdə göstərilir ki, Arşakilər sülaləsindən olan Ərdəvan Ermənistan hökmdarı Böyük Xosrov ilə bir nəsildən (Ermənistan, Qafqaz Albaniyası və Atropatenada Arşakilər sülaləsinin kiçik qolları hakimiyyətdə olmuşlar.Böyük Xosrov da Ermənistanı idarə edən Arşaki əsilli hökmdardır.Tarixşünaslıqda Arşakilərin türk və parf mənşəli olması haqqında fikirlər var. Ayrıca parfların da türk mənşəli olması haqqında təkzibedilməz faktlar var.) və dost olduğuna görə biri digərinin müttəfiqi imiş. Sasani sülaləsinin banisi Ərdəşir əvvəl Ərdəvanın vəziri imiş. Lakin çox keçmədən o, Ərdəvana xəyanət edib onu öldürmüş, taxt-taca özü sahib olmuşdur. Bu xəbəri eşidən Ərdəvanın dostu və müttəfiqi Böyük Xosrov Ərdəşirdən qisas almaq üçün onunla on il müharibə etmişdir. Bu müharibədə bəzi hallarda Ərdəşirin üstün gəlməsinə baxmayaraq nəticədə Böyük Xosrov onu məğlub edərək Hindistana qədər qovmuşdur. Bu hadisədən sonra Böyük Xosrov eramızın 253-cü ilində Azərbaycanda bir şəhər salaraq onun adını Davrij qoymuşdur. Hər halda bu məlumat yarıməfsanəvi olsa da hələ Sasanilər dövründə Təbrizin bir şəhər kimi varlığını göstərir.

    Orta əsr müəlliflərndən Yaqut Həməvi və Həmdullah Mustofi Qəzvini Təbriz şəhərinin əsasının qoyulması tarixini Abbasilər sülaləsindən olan Harun ər-Rəşidin bacısı Zübeydə xatunun adı ilə əlaqələndirirlər. Zübeydə xatun isitmə xəstəliyinə tutulmuş, guya Təbrizə gəldikdən sonra sağalmış və bununla əlaqədar olaraq o, bu yerdə şəhər salmaq əmrini vermişdir. ”Təb” fars dilində isitmə, ”riz” isə rixtən felindən olub tökmək deməkdir. Deməli, fars müəlliflərinin iddialarına görə Təbrizin lüğəti mənası isitməni müalicə edən deməkdir. Lakin bütün tarixi faktlar birmənalı şəkildə bu fikri rədd edir. Ən azından Təbriz bu sözün ilkin forması deyil.

    Qeyd edək ki, Təbriz şəhəri yaxınlığında qazılmış qədim kəhriz indi də Zübeydə kəhrizi adlanır. Ola nilsin ki, Zübeydə xatunun əmri ilə bu şəhərdə bir sıra binalar tikilmiş və abadlıq işləri aparılmışdır və orta əsr müəllifləri də Təbrizin Zübeydə xatunun əmri ilə bina edilməsini qeyd edərkən qədim şəhərin bərpa edilməsini nəzərdə tutmuşlar. Lakin İran tarixçiləri əzəmətli şəhərin tarixini saxtalaşdırmaq üçün mənbələrin yalnış şərhindən istifadə etmişlər.

    Təbriz qədim dövrlərdən Azərbaycanın paytaxtı olmaqla yanaşı, həm də atəşpərəstliyin mərkəzlərindən biri olmuşdur. Hazırda Təbriz yaxınlığında Allahu-əkbər dağı üstündə (Baba dağı yaxınlığında) möhkəm daş divarlara malik olan atəşgah binasının qalıqları saxlanlır. Bu atəşgah xalq arasında Zərdüşt peyğəmbər atəşgahı adı ilə məşhurdur.

    Mənbələr və arxeoloji faktlar göstərir ki, Təbriz bir şəhər kimi heç də İran tarixçilərinin iddia etdiyi kimi orta əsrlərdə yox, eramızdan əvvəl birinci minillikdən etibarən yaşayış məntəqəsi kimi formalaşmışdır və bu şəhər haqqında ilk dəfə məlumat verən mənbələr qədim Assur mənbələridir. Bu mənbələrdə şəhərin adı Tarui və ya Tarmakis kimi qeyd edilir.

    Tarui sözü isə qədim türk dilində ikiqat qala kimi açıqlanır. Tədqiqatçılar qeyd edirlər ki, bu ikiqat qala müasir Təbriz şəhərinin yerində olmuşdur. E.A.Qrantovskiyə görə müasir Təbriz sözünün tələffüzü özü-özlüyündə müəyyənləşdirir ki, bu ad göstərilən Tarui sözündən əmələ gəlmişdir.
    XII—XIII əsr — Atabəylər dövlətinin paytaxtı olmuşdur.
    1375—1468 — Qaraqoyunlular dövlətinin paytaxtı olmuşdur.
    1469—1501 — Ağqoyunlular dövlətinin paytaxtı olmuşdur.
    1501—1548 — Səfəvilər dövlətinin paytaxtı olmuşdur.

    Daha sonralar Qacar sülaləsi dövründə İran vəliəhdinin qərargah şəhəri, 1905-1906 illərdə isə İran Konstitusiya İnqilabının mərkəzi olmuşdur.
    [redaktə / تحریر]
    Mədəniyyəti
    [redaktə / تحریر]
    Dil

    Şəhərdə danışılan dil Azərbaycan dilidir.Şəhərdə yaşayanların çoxu Fars dilini başa düşür və bir qism əhali isə bu dildə danışır.
    [redaktə / تحریر]
    Ədəbiyyat
    [redaktə / تحریر]
    Xalçaçılıq

    Təbriz şöhrətli olan İran xalçasına birinci mərkəzdir. Bu günlərdə Təbriz xalçası dünya bazarlarında çox istənilənlərdəndir və Avropadan ABŞ-a kimi çox sayda müştəriləri vardir. Modern Təbriz xalçaları çeşidli dizayn və boyalarda olur.
    [redaktə / تحریر]
    Musiqi
    [redaktə / تحریر]
    Yemək və şirnilər

    Təbriz küftəsi bir özəl yeməkdir ki Təbrizdə bişirilir. Restoranların bəzisində ancaq Təbriz küftəsi təklif edirlər.
    [redaktə / تحریر]
    Birincilər İranda

    İlk dönə olaraq İranda Təbriz şəhərində birinci çap evi, birinci asfalt olunan xiyavan, birinci telfon, birinci yeni məktəb və ... qurulubdur. Bunun üçün İranda Təbrizə birincilər şəhəri diyərlər. Bu barədə rəhmətlik Dr Səməd Sərdariniya bir kitab Fars dilində yazib تبريز شهر اولين ها (Təbriz-şəhre-əvvəlinha , Təbriz birincilər şəhəri).
    Çap və çap evi

    Birinci çap evi, Ərəb əlifbasıla, Mirzə Zeynəlabidin Təbrizi vasitəsile, 1233 hicri qəməri ilində, Təbrizdə qurulub. Birinci kitab ki bu çap evinde çap olunub Mirza İsa xan Qaimməqamın Cəhadiyyə risaləsidir. Bu çap evi 1245 hicri qəməri ilində bağlandı. O zamanlar çap kələməsi işlənmirdi və oraya Basmaxana, mətbəə, daroltəb və daroltebae diyərdilər.
    Kitabxana

    Tərbiyət kitabxanası İranın birinci umumi kitabxanasıdır ki 1300 günəş ilində Məhəmmədəli Tərbiyət vasitəsilə Təbrizdə qurulub. Bu kitabxana evvəlcə "Məarif umumi kitabxna və qəratxana" adlanmışdı ama sonralar onu yaradanın ehtiramına Tərbiyət adı verildi. 1335 günəş ilində Təbrizin milli kitabxanası quruldu və inqilabdan sonra Tərbiyət kitabxanasının xətti nüsxələri oraya aparıldı. Rəb rəşidi vəqfnaməsi ki İranın birinci səbt olunmuş əsəridir bu kitabxanada saxlanılır.
    Kinoteatrları

    İranın birinci umumi sinemasi Təbriz şəhərində qurulub, 1279 günəş ilində Fransalılar tərəfindən onların kilisalarının yanında qurulub. 4 il sonra Tehranda birinci umumi sinema salonu mirza İbrahım xan səhhaf başı vasitəsilə quruldu.
    Təhsil

    İranın birinci yeni məktəbi Mirzə Həsən Rüşdiyyə vasitəsilə Təbrizin Şeşgilan məhəlləsinde qurulub. Mirzə Həsən Rüşdiyyə cəvanlığında Beyruta gedib orda mədrəsələrdə dərs vermək yollarını araşdırıb sonra İstanbula getdi. Sonra Misrə gedib, Təbrizə qayıdandan sonra bir yeni mədrəsə qurdu. Memoriyal mədrəsəsidə Təbrizin qədim mədrəsələrindənidi ki AMrilalılar tərəfindən idarə olunurdu.
    Yeni ədəbiyyat

    Mirzə Əbdulrəhim Nəccarzadə Təbrizi, (Mirzə Əbdulrəhim Talibov) yeni inşa ya ədəbiyyat başlayanı tanılır. O zamanının ağır kələmələrini qırağa qoymağınan sadə kələmələr işlətməğə başladı ədəbiyyatda. Mirzə Fətəli Axundov numayiş yazmağın atasıdır İranda. Mirzə Ağa Təbrizi de birinci kəsdir li farsca numayişnamə yazmağa başlayıb İranda.
    Uşaq bağçası və kar və lallar məktəbi

    İranın birinci Uşaqlar baxcası və birinci kar və lallar mədrəsəsidə Təbrizdə qurulub. Cabbar bağçaban Təbrizdə bir uşaqlar baxcası "Bağçeye ətfal" adında qurdu.
    Pul vahidi
    Ticarət otağı

    İranda birinci Ticarət otağı 1285 günəş ilində Təbrizdə qurulub. Tehranın ticarət otağı Təbrizin ticarət otağından sonra qurulub.
    Bələdiyyə
    Rabitə

    İranın brinci telfon mərkəzi 1280 qəməri ilində Qasım xan vali vasitəsilə Təbrizdə quruldu. Qasım xan vali neçə il sonra Təbrizin birinci bələdiyyə başçılığına seçildi.
    Enerji

    Qasım xan Vali 1281 qəməri ilində eliyə bildi ki İranın birinci elektrik fabrikinin imtiyazını ələ keçirtsin. O eliyə bildi ki Məcidiyyə xiyavanının qıraxların işiqlandırsın.
    Şəhər içi avtobus kredit kartı

    Təbriz birinci şəhərdir İranda ki orda avtobuslar kağız biletinin yerinə kredit kart işlədirlər.

    Təbriz bələdiyyə binası
    [redaktə / تحریر]
    Turizm
    [redaktə / تحریر]
    Abidələr

    Təbriz tarixi boyu dəfələrlə (858, 1041 və 1721-ci illərdə) zəlzələlərlə viran olub. Bu zəlzələlər tarixi abidələrin çoxunu məhv edib. Bu zəlzələlərdən salamat çıxan ən önəmli abidələr Ərk qalası və Göy məsciddir.
    Ərk qalası
    Göy məscid
    Təbriz bazarı
    Əmir Nizam evi
    Kəmal parkı (2-Kəmal məzarı)
    Şairlər məzarı
    Xaqani parkı
    Gülüstan bağı
    Bağlar bağı
    Behnam evi
    Qarı körpüsü
    Cümə məscidi
    Nubər hamamı
    [redaktə / تحریر]
    Muzeyler

    Təbrizdə səggizdən çox böyük muzey var:
    Azərbaycan muzeyi Xomeyni xiyabanında
    Ölçü muzeyi
    Məşrutiyyə muzeyi bazarda
    Şəhriyar muzeyi (rəhmətlik şair ustad Şəhriyarın evi) Məqsudiyyə məhəlləsində
    Ustad Bohtuni muzeyi Lekler məhəlləsinde
    Qacar muzeyi Şeşgilan məhəlləsində
    Təbiət muzeyi Azadi xiyabanında, Abresanda
    Bələdiyyə muzeyi saat (bələdiyyə) bürcunda
    [redaktə / تحریر]
    Mayor və böyük Otellər
    Pars oteli
    Şəhriyar oteli
    Qostəreş oteli
    Təbriz beynəlxalq oteli
    Azərbaycan oteli
    Ərk oteli
    Dərya oteli
    Park oteli
    Negin oteli
    Sina oteli
    Mərmər oteli
    [redaktə / تحریر]
    Yaxın kəndlərAxmaqəyə
    Basmınc
    Barınc
    Bavil
    Ravasan Qaraməlik
    Pinəşalvar
    Şahgölü
    Liqvan
    Herbi Berə
    İsfəhlan
    Kərgə
    Seydava
    Əmənd Mayan
    Pətava

    [redaktə / تحریر]
    Nəqliyyat
    Beynəlxalq nəqliyyat

    İndilikdə Təbriz Sento yolu, İran dəmir yolu və Təbrizin beynəlxalq aeroport (hava limanı) vasitəsile dünyanın ayrı ölkələrine bağlanib.
    Şəhər içi

    Təbrizin ümumi taksi və avtobus şəbəkəsi var. neçə xüsusi quruplarda vardılar ki taksi xidməti verirlərç
    Metro şəbəkəsi(Şəhərə aid olan yeraltı qatar şəbəkəsi )

    Bu saat Təbrizin təkmil olunmuş qatar şəbəkəsi yoxdur ancaq devlvt işlərinə davam edir.
    [redaktə / تحریر]
    Təbrizin məhəllələriAxuni
    Əmrə qız
    Əngəc
    Əmi zinəddin
    Bağmeşə Barınc
    Bağşimal
    Bilankuh
    Sırxab
    Sıncıran Yanıq
    Qaraməlik
    Qara-ağac
    Qonqabaşi
    Küçəbağ Hökmavar
    Kücüvar
    Nobar
    Rastaküçə
    Çaharmənar Şamğazan
    Dəvəçi
    Maralan
    Vicuyə
    Şişgilan Xəlatpuşan
    Xiyavan
    Çustduzan
    Çərəndab
    .

    [redaktə / تحریر]
    Təhsil və elmi tədqiqat
    [redaktə / تحریر]
    Universitetlər və elm mərkəzləri
    Təbriz Universiteti
    Səhənd Texniki Universiteti
    Tərbiyət Müəllim Universiteti
    Serac Universiteti
    Rüşdiyyə Universiteti
    Nəbi Əkrəm Universiteti
    [redaktə / تحریر]
    Kitabxanalar
    Təbriz Milli Kitabxanası
    Tərbiyət kitabxanası
    [redaktə / تحریر]
    Məşhur şəxsiyyətləri
    [redaktə / تحریر]
    Sufilər
    Tərizli Şəms
    [redaktə / تحریر]
    Siyasətçilər
    Səttar Xan
    Bağır Xan
    Şeyx Məhəmməd Xiyabani
    Seyid Həsən Tağızadə
    Əhməd Kəsrəvi
    İrəc Mirzə
    Mirzə Əbdürrəhim Talıbov
    Əli Süheyli
    Mirzə İbrahim xan Həkimi
    Mahmud Cəm
    Əli Sədri
    Fərəh Pəhləvi
    [redaktə / تحریر]
    Şair və yazıçılar
    Qətran Təbrizi
    Hümam Təbrizi
    Pərvin Etisami
    Məhəmməd Hüseyn Şəhriyar
    Nəsir Payqozar
    Səməd Sərdariniya
    Məhəmmədəli Tərbiyət
    Mirzə Tağıxan Rafət Təbrizi
    İrəc Mirzə
    Yədulla Məftun Əmini
    Təbrizli Əbulməcd
    Səməd Behrəngi
    Fərhad Nami və Fərzad Nami
    Rza Bərahəni
    Qulamhüseyn Səidi
    Nasir Merqati
    Fəriba Vafi
    [redaktə / تحریر]
    Alimlər
    Möhsün Həştrudi (Həştrudlu Möhsün)
    Cavad Təbatəbayi
    [redaktə / تحریر]
    Məzhəbi şəxsiyyətlər
    Məhəmməd Hüseyn Təbatəbayi
    Məhəmməd Tağı Cəfəri
    [redaktə / تحریر]
    İncəsənət xadimləri
    Ustad Behtuni
    Fərhad Fəxrəddini
    Kamal Təbrizi
    Təhminə Milani
    Behruz Cəmali
    [redaktə / تحریر]
    Digərləri
    Kərim Baqiri
    Sirus Dinməhəmmədi
    Əziz Əsli Məneş
    Rəsul Xətibi
    Səttar Həmədani
    Firidun Cəm
    Qadir Mizbani
    Əhəd Kazimi
    [redaktə / تحریر]
    Sənaye
    [redaktə / تحریر]
    Ağır sənaye

    Təbriz İranın ən mühüm sənaye şəhərlərindəndir. Bu şəhərin məhsullarından sement, maşın alətləri, nəqliyyat vasitələri, petrokimyasal və çoxlu ayrı məhsulları ad aparmaq olar. Böyük sənaye komplekslərinden neçəsin aşağıda görə bilərsiniz:
    Təbrizin maşın düzəldən fabriki, Maşın alətləri düzəldən fabrik.
    İranın traktor düzəldən şirkəti, Çeşidli nəqliyyat vasitələri düzəldən şirkət.
    Təbrizin petrokimyasal kompleksi, Ölkənin baş petrokimyasal komplekslərindən biri.
    Təbrizin neft saflaşdırma zavodu
    Təbrizin İran xodro şirkəti
    Təbrizin rəxş xodro dizel şirkəti
    Təbrizin Motojen şirkəti
    [[ ]]
    Böyük şokolad fabrikləri

    Təbrizin yemek sənayeləri, özəllikle şokolad düzəltməkdə, tanınmış və məşhürdürlar. Bünün üçün şəhərə İranın şokolad şəhəridə deyərlər.Böyük şokolad fabriklərinin bəzilərini aşağıda görə bilərsiniz:
    Aydın
    Anata
    Şirin əsəl
    Çiçək
    Aysuda
    Şokomad
    [redaktə / تحریر]
    Qardaşlaşmış şəhərlər
    Bakı Azərbaycan
    İstanbul Türkiyə
    İzmir Türkiyə
    Konya Türkiyə
    Kazan Rusiya
    Vyana Avstriya
    Vuhan Çin
    Ho Şi Min Vyetnam

    MƏNBƏ: WIKIPEDIA.ORG

    Category: YADDAŞ | Added by: roppi
    Views: 1681 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Axtar

    Dostlarımız