F U L L

    Our poll

    Rate my site
    Total of answers: 32

    Statistika


    Cəmi: 1
    Qonaq: 1
    İstifadəçi: 0

    Login form

    E-mail:
    şifrə:

    Kataloq

    Main » Files » YADDAŞ

    QAFQAZ ALBANIYASI
    [ Download from this server (89.7 Kb) ] 2010-10-15, 9:21 PM

    Albaniya və ya Qafqaz Albaniyası[2] (lat. Albānia, erm. Աղուանք , fars. اران , yun. Αλβανεια, Ağvan[3], Arran[4] və ya Alban çarlığı) — tarixi Azərbaycan ərazisində[5] [6], müasir Azərbaycan, Ermənistan və Gürcüstanın bir hissəsi, həmçinin Cənubi Dağıstan ərazilərində mövcud olmuş tarixi dövlət. Eramızdan əvvəl təqribən IV-III əsrlərdə formalaşmış, eramızın VIII əsrində Ərəb xilafəti tərəfindən işğal edilmişdir. Paytaxtı əvvəlcə Qəbələ, sonra isə Bərdə şəhərləri olmuşdur. Eramızın IV əsrində xristian dinini rəsmi dövlət dini elan edən Alban dövləti mövcudluğunun sonuna qədər bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olmuşdur.

    Görkəmli qafqazşünas tarixçi Yevgeni İqnatyeviç Krupnov yazırdı:

    ”Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər. Lakin bir şey də məlumdur: Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar."[

    Adı

    Yerli əhalinin Qafqaz Albaniyasını necə adlandırması məsələsi dövrümüzə gəlib çatmamışdır[8]. Bu və ya digər dərəcədə ünsiyyətdə olduğu xalqlar isə ölkəni müxtəlif şəkildə adlandırmışlar. Məsələn, yunanlar ölkənin adına Αλβανεια, latınlar isə Albānia demişlər. Qafqaz Albaniyasının adı qrabar dilli mənbələrdə Աղուանք - Aluank, aşxarabar dilli mənbələrdə Աղվանք - Agvank, fars dilli mənbələrdə Arran, ərəb dilli mənbələrdə isə Ər-Ran[9] şəklində qeyd edilmişdir.

    Erməni müəllifi M. Çamçyan Ağvan sözünü qədim erməni dilində (qrabar) "ağu" xoşxasiyyət, mehriban sözündən törədiyini və "Mehriban insanlar ölkəsi" anlamına gəldiyini qeyd etmişdir[10]. Lakin Q. Qeybullayev qeyd edir ki, "ağu" sözü qədim erməni dilinə qədim türk dilindən keçmişdir və bu söz hazırda da bir çox türk xalqlarının dilində işlənməkdədir[11]. Moisey Kalankatlı isə ölkənin Aranilər sülaləsindən olan ilk yarıəfsanəvi hökmdar Arranın adı ilə bu cür adlandırıldığını qeyd etmişdir
    Əhalisi

    Strabonun məlumatına görə Albaniya əhalisi 26 dildə danışan tayfalardan ibarət idi[13]. Qaynaqlarda Albaniyada yaşayan xalq və tayfalar sırasında utilər, qarqarlar və amazonkalar, sovdelər, kaspilər, maqlar, sisaklar, mardlar və amardlar, ariaklar və anariaklar, qellər və leqlərin adları çəkilir. Bu tayfaların ən qədimləri Qafqaz və türk dillərində danışan avtoxton etnoslar olmuşlar. Eramızın ilk əsrlərindən başlayaraq Sasani şahlarının göstərişi ilə Albaniyaya bir sıra irandilli tayfalar köçürülmüşdür, III-IV əsrlərdən başlayaraq isə şimaldan, Dərbənd keçidindən yeni türk tayfalarının, o cümlədən hunların, subarların, xəzərlərin, barsillərin və s. Qafqaz Albaniyasına axını başlamışdır. Xüsusən də subar tayfaları Albaniyanın qədim paytaxtı Qəbələ ətrafında məskunlaşmışdılar. Buna görə də erkən orta əsr mənbələri Qəbələni bəzən Qəbələ-Subar adlandırırlar. Ərəblərin gəlişinə qədər Albaniya əhalisi üç hissədən – qafqazdilli, türkdilli və irandilli əhalidən ibarət idi.

    Özündə iyirmidən artıq tayfanı birləşdirən alban tayfa ittifaqının aborigen etnik massivi Qafqaz Albaniyasının ərazisində əsas, üstün massiv olmuşdur. Çox zaman albanların özləri ilə eyniləşdirilən ən iri alban tayfalarından biri utilər idi. Qədim Albaniya etnik tərkibinə görə kifayət qədər rəngarəng ölkə idi. Lakin, albanlar bu massivdə daha iri tayfa idi[14]. Buna görə də bütün ölkə Albaniya adlanmağa başlanmışdı. Lakin bu da tamamilə mümkündür ki, bu tayfanın özü adını ölkənin adından almışdır. "Albaniya" adının yozulması sahəsindəki bir çox cəhdlərə baxmayaraq, hələlik bir nəticə hasil olunmamışdır.[15]

    Alban adını türkdilli tayfalarla bağlamaq daha uyğun variantdır[16]. Çünki hal-hazırda Orta Asiyada konkret olaraq Qazaxıstanda alban adlı türkdilli qəbilə yaşayır. Bundan başqa çuvaşların öz yaranışları haqqında dastanda çuvaşların yaranması haqqında danışılarkən bildirilir ki, onların ulu əcdadları Qafqaz dağlarının o tərəfindən gəlmiş alpanlar olmuşdur[17]. Son dövrlərdə aparılan sanballı elmi tədqiqatlar[18][19][20][21][22][23][24] nəticəsində Qafqaz albanlarının türk mənşəli və türkdilli tayfa olması birmənalı şəkildə sübut edilmişdir.

    Orta əsrlər
    Böyük Səlcuq İmperiyası 1037–1194
    Atabəylər dövləti 1135–1191
    Elxanilər dövləti 1256–1335
    Qaraqoyunlular 1375–1468
    Ağqoyunlular 1378–1508
    Şirvanşahlar 1206–1413
    Səfəvilər 1501–1722
    Qacarlar 1794–1925
    Azərbaycan xanlıqları 1736–1828

    Müasir tarix
    Azərbaycan Xalq Cümhuriyyəti 1918–1920
    Azadıstan 1920
    Azərbaycan SSR 1920–1991
    Azərbaycan Milli Hökuməti 1945–1946
    Azərbaycan Respublikası 1991-dən

    Anatoli Petroviç Novoseltsev belə hesab edir ki, erkən orta əsrlərdə Qafqaz Albaniyasının əhatə etdiyi əraziyə, əsasən indiki Azərbaycanın, eləcə də Ermənistanın, Dağıstanın və Şərqi Gürcüstanın ərazisi daxil idi.

    Erməni iddialarına görə, qədim dövrlərdə və erkən orta əsrlərdə Azərbaycan ərazisi Kür çayının yalnız şimalında (Kürün sol sahilində) yerləşmişdi, yəni bu ənənəyə görə Kür və Araz çayları arasındakı ərazi guya əvvəllər ermənilərin olub. Yalnız 387-ci ildən sonra həmin torpaqlar Albaniyanın tərkibinə keçmiş, lakin etnik, siyasi və mədəni cəhətdən əvvəlki kimi Böyük Ermənistanın Şərq əyalətləri olmuşdur.[25][26][27][28].

    Gürcü alimlərinin qənaətinə (köhnə) görə Kürün sol sahilindəki Albaniya ərazisinin Qərb hissəsi Gürcüstanın olmuşdur. Yeni gürcü elmi təsdiqinə görə isə (müəllifi D.L.Musxelişvili) erməni tədqiqatçılarının "səxavətlə pay verdikləri" sol sahil Albaniyasının ərazisi, eləcə də Kürün sol sahlindəki Azərbaycan ərazisinin qərb hissəsi, ayrı-ayrı dövrlərdə isə hamısı Gürcüstanın ərazisi olmuşdur[29][30][31][32]

    İnzibati bölgü baxımından Albaniya vilayətlərə (havarlara) və əyalətlərə (nahanqlara) bölünmüşdü[33]. Bir neçə havar nahanq təşkil edirdi. VII əsr Ermənistan coğrafiyasında göstərildiyinə görə Albaniyanın solsahil ərazisi 11 vilayətdən ibarət idi[34]. Alban mənbələri bunlardan dördü haqqında məlumat verir: Qəbələ, Şəki, Kambisena və Əcəri.

    Bunlardan ən böyük və siyasi cəhətdən ən əhəmiyyətliləri vilayətlər sayılırdı. Üç vilayət (Qəbələ, Şəki, Kambisena) həm də inzibati-kilsə vahidləri, yepiskopluq idilər ki, bunların da nümayəndələri (yepiskoplar) bütün alban kilsə məclislərində iştirak edirdilər. Solsahil Albaniyasına adları çəkilən havarlardan başqa, iki ölkə - Lpina və Çola da daxil idi[35]. Fəridə Məmmədova belə hesab edir ki, Çola (Çor, Çol) adı İran mənşəli sözdən yaranıb. Lakin Q. Qeybullayev qeyd edir ki, Çola sözü türk mənşəli "çul" sözündən törəmişdir.[36]
    [redaktə / تحریر]
    Vilayətləri

    Çola – Bu vilayət Çola (Dərbənd) keçidindən Cənuba doğru, təxminən Beşbarmaq dağınadək Xəzər sahili zolağı əhatə edirdi. Vilayətin iri şəhərləri Çola (məsqət (massaget, maskut) Arşakilərinin paytaxtı) və Dərbənd idi. V əsrin birinci yarısında Sasani şahı II Yezdəgirdin hakimiyyəti dövründə Çolada güclü müdafiə qurğuları, məşhur Dərbənd səddi ucaldılmışdı. Moisey Kalankatlı Çolanın strateji əhəmiyyətindən başqa, bütün Qafqazda ilk xristianlıq ocaqlarından biri kimi ideoloji cəhətdən mühüm əhəmiyyəti barədə də məlumat verir.
    "Apostol Müqəddəs Yelisey Ermənistandan yan keçərək maskutların arasına gedir və orada moizəyə başlayır."

    — Kalankatlı, I, 6

    Bu sətirlər I əsrdə xəbər verir. Alban ənənələri bu hadisə ilə Çolanın VI əsrə qədər patriarxlıq mərkəzi olaraq qaldığını və orada IX əsrin axırlarına qədər Şərq katolikosuna məxsus sarayın yerləşdiyini təsdiq edirlər.

    Qafqaz Albaniyası dövlətinin ilkin yarandığı və əhatə etdiyi ərazi

    Lpina – Çolanın Şimal-Qərbində, Çola ilə Şəki arasında yerləşən vilayət. Bu ərazi demək olar ki, başdan-başa fındıq, qoz ağacları ilə zəngin meşələrlə örtülmüşdü. Çola və Lpina vilayətlərinin müəyyən mənada muxtariyyətə malik olması, separatçılıq meylləri Moisey Kalankatlınun "Albaniya, Lpina və Çola" adlı triadasında öz əksini tapmışdır. Hələ I-II əsrlərdə, Müqəddəs Yeliseyin apostolluq dövründə o üç ölkənin - Çola, Lpina və Albaniyanın müqəddəsi adlandırılmışdı.[37] Bu triada ilə 626-630-cu illərin siyasi hadisələrində, bütün Albaniyanın, o cümlədən Çolanın xəzərlər tərəfindən işğal edildiyi dövrdə də rastlaşırıq. Xaqan oğlu Şat deyirdi ki, onun atası üç ölkəni - Albaniya, Lpina və Çolanı əbədi hakimiyyət altına almışdır. Həmin mülahizəyə əsaslanan K.V.Trever belə bir qənaətə gəlir ki, VII əsrdə "Albaniyanın tərkibində olan Lpina və Çola vilayətləri müəyyən daxili müstəqilliyə malik idilər və görünür elə bu Albaniyadan sonra həmin yerlərin adının sadalanmasına səbəb olurdu".[38] Tarixi gerçəkliklərin öyrənilməsi göstərir ki, bu triada dini-simvolik mahiyyət daşımaqla yanaşı, mühüm bir fakt kimi də qiymətlidir. Strateji periferiya vilayətləri olan Lpina və Çola ölkədə mərkəzləşmiş hakimiyyət olmadığı dövrlərdə müstəqil dövlətə çevrilirdilər (551-630-cu illər). Cavanşirin və Varaz Trdatın hakimiyyəti dövründə isə Lpina və Çola yenidən Albaniyanın ayrılmaz strateji vilayətləri olmuşdular.

    Kambisena – Yunan müəlliflərində Kambisna, erməni müəlliflərində isə Kambeçan adlanan ərazi Albaniyanın Şimal - Qərbində, İberiya sərhəddində yerləşmişdi. Kambisena Şimal - Qərbdə Alazan və İori çaylarının orta axarlarından, Cənubda Kür çayınadək, Şərqdə isə Alazan, Kür və İori çaylarının qovşağınadək ərazini əhatə edirdi. Daş-kəsəli Şirak yaylasının da yarısı bu əraziyə daxil idi.

    Əcəri – yaxud Həcəri adlanan vilayət Qəbələ vilayətinin Cənubunda Qarasu və Girdman çaylarının arasında yerləşmişdi və Cənubda Kür çayına söykənirdi. Burada əhali əsasən əkinçiliklə məşğul idi. VII əsr erməni coğrafiyasında Əcəri həm də Dəşt-i-Bizkan adlandırılır. Bu vilayət haqqında Moisey Kalankatlının qeydləri qanunsuz olaraq qarışıq nigahlara yol verilməsi ilə əlaqədardır. Bu cür nigahlar Arşakaşen və Əcəri vilayətlərində təsadüf olunurdu.

    Qəbələ – (yunanca: Kabalaka) bu vilayət Lpinadan Cənubda, tarixi Əcəri vilayətindən Şimalda, Şəki və Çola vilayətləri arasındakı ərazini əhatə edirdi. Bu vilayətdə Albaniyanın paytaxtı Qəbələ şəhəri yerləşirdi ki, bu barədə ilk dəfə eramızın I əsrində Böyük Plini xəbər verir. Qəbələ antik dövrdən erkən orta əsrlərə - V əsrə qədər Albaniyanın paytaxtı, Alban Arşakilərinin iqamətgahı və alban arxiyepiskopunun qərargahı olmuşdur. 510-cu ildə Alban Arşakiləri öz hakimiyyətini başa vurduqdan sonra Qəbələ Sasanilərin təyin etdikləri mərzbanların qərargahına çevrilir və bununla əlaqədar Qəbələ həm də Vostan-i-mərzban da adlandırılır. Qəbələ vilayəti siyasi - inzibati və kilsə - inzibati vahid - yepiskopluq idi. V əsr Aluen kilsə məclisi və VIII əsr Partav ( Bərdə) kilsə məclisi cədvəllərində Qəbələ yepiskoplarından Manase (V əsr) və İohannın (VIII əsr) adları da var. Bir çox başçılar kimi yepiskop İohann da xalkidonçu alban katolikosu Nerses-Bakurdan üz döndərmişdi. Qəbələ vilayətinin dini-ideoloji baxımdan əhəmiyyətini belə bir fakt da sübut edir ki, Aluen (488-ci il) və Partav (705-ci il) kilsə qurultayları iştirkçılarının siyahısında arxiyepiskopun imzasından sonra Qəbələ yepiskopunun imzası durur. VIII-IX əsrlərdə Qəbələ yepiskopları alban kilsəsinin patriarxları olurdular.

    Şəki – (erməni mənbələrində Şako, gürcü mənbələrində Şake, Nuxpato) vilayəti Qafqazın dağətəyi rayonlarında, Qəbələnin Şimal - Qərbindəki ərazini tutur. Qərbdə və Cənub - Qərbdə tarixi Kambisena vilayəti ilə Şimal - Qərbdə Lpina vilayəti ilə, Cənub - Şərqdə Qəbələ ilə həmsərəd idi. III-VIII əsrlərin toxuculuq mərkzlərindən biri idi.

    Paytakaran – (erməni mənbələrində Kaspk, Kazbk, Moisey Kalankatlıda Balasikan, fars və ərəb mənbələrində Balasakan) bu vilayət Azərbaycan Respublikasınınnın Cənub-Şərq hissəsində yerləşərək, Xəzər dənizinin sahillərinə qədər uzanırdı. Mil və Muğan düzlərinin bir hissəsini əhatə edirdi. Ehtimal ki, Paytakaran ayrı-ayrı vaxtlarda vilayətin Cənubunda yerləşən Atropatenanın Şimal - Şərq torpaqlarını da özündə birləşdirmişdir. Paytakaran e.ə. II yüzillikdə erməni çarı I Artaşes (türkcəsi - Ərtəş) tərəfindən işğal olunmuş və e.ə. 55-ci ilə qədər Ermənistanın tərkibində qalmışdır. Paytakaran siyasi cəhətdən gah Albaniyaya, gah da Atropatenaya meyl edib və ayrı-ayrı dövrlərdə onun tərkibinə daxil olmuşdur. IV əsrin II yarısında Paytakaran birdəfəlik Albaniyanın tərkibinə qatılmışdır. Vilayətin mərkəzi eyniadlı şəhər - Paytakaran idi.

    Üstündə alban əlifbası ilə yazılar olan bu daş, qazıntılar zamanı Mingəçevir şəhərindən tapılmışdır.[39]

    Uti – (ermənicə Utik, yunanca Otena) tarixi əyalət sayılan Uti Paytakaran kimi Kürün sağ sahilində yerləşirdi. Şərqə Paytakaranla, Cənubda Artsakla həmsərhəd idi. Şimalda Kür çayı ilə əhatə olunmuşdu, Qərbdə isə Albaniya və İberiya sərhəddinə kimi uzanırdı. Antik şəhərlərdən Ayniyana, Xani, Anariaka, Xalxal, Soqarn, eləcə də Moisey Kalankatlının yazdığına görə Albaniyann V əsrdə inşa edilmiş paytaxtı Bərdə (Partav) bu vilayətdə idi. Bərdə 551-ci ildən alban katolikosunun daimi yaşayış yerinə, 630-cu ildən isə Mehranilər sülaləsindən olan böyük alban knyazları Varaz Qriqorun, Cavanşirin və başqalarının iqamətgahına çevrilir. Uti vilayəti (nahanqı) öz növbəsində ayrı-ayrı inzibati vahidlərə (havarlara) bölünmüşdü ki, bunlardan da ən əsasları Sakaşena (yunan müəlliflərində Sakasen, erməni müəlliflərində Şakaşen) və Girdman idi.

    Qafqaz Albaniyası və Ermənistan Krallığının sərhəddləri

    VII - VIII əsrlərin sinxron mənbələrinin [47][48] yazdıqlarına görə eramızın I əsrində Albaniyanın Cənub sərhəddi Araz çayı boyunca keçirdi. Moisey Kalankatlı qeyd edir ki, Albaniyanın hüdudları eramızın VII - VIII əsrinə kimi dəyişməmişdir.[49]

    Məlum olduğu kimi elmdə belə bir mülahizə mövcuddur ki, guya 387-ci ilə qədər Albaniyanın Cənub sərhəddləri Kür çayı boyunca keçirdi, başqa sözlə desək Kürün sağ sahilindəki Artsak, Uti və Paytakaran əyalətləri Ermənistana məxsus olub və yalnız 387-ci ildən sonra Albaniyaya qatılıb. Bu ideya mxitarist M.Çamçyana məxsusdur və o həmin mülahizəni hələ 1787-ci ildə irəli sürmüşdü[50]. Sonralar həmin mülahizəni əsaslandırmaq üçün daha bir neçə cəhd edilmişdir. Bir mülahizəyə görə üç alban vilayətindən (Uti, Artsak, Paytakaran) yalnız Paytakaran e.ə.II əsrdə erməni (ərmən) çarı I Artaşes tərəfindən işğal edilmiş və 388-ci ilə qədər Ermənistanın tərkibində olmuş, yalnız bundan sonra Albaniyaya qaytarılmışdır. Kürün sağ sahilindəki Artsak və Uti vilayətləri isə yalnız 387-ci ildən sonra erməni işğalından azad olunaraq Albaniyaya qaytarılmışdır. Bu mülahizə 1963-cü ildə irəli sürülmüşdür və onun müəllifi S.T.Yeremyan 1951-1952-ci illərdə "Erməni xalqının tarixi” kitabının atlasında[51] bizim eradan əvvəl II əsrdə Kürün həm sağ, həm də sol sahilinin Albaniyaya məxsus olduğunu göstərir. Bu atlasa görə sağ sahildə Sakasena, Otena (Uti), Kaspiana (Paytakaran) və Orxistena (Artsak) Albaniya torpaqları olmuşdur. Atlasda göstərilir ki, e.ə. I əsrdə II Tiqran Kürün bütün sağ sahilini zəbt etmiş və II Tiqranla Pompey arasında e.ə. 66-cı ildə bağlanmış müqviləyə əsasən həmin ərazilər Ermənistanın tərkibində qalmışdır. Digər mülahizəyə görə Artsak və Uti vilayətləri hələ e.ə. I əsrdə II Tiqran tərəfindən işğal olunub Ermənistana qatılmış, 387-ci il müqaviləsinə görə isə Sasanilər və Bizans arasında bölüşdürülərək onların hakimiyyəti altına keçmişdir. Burada Paytakaran haqqında bir kəlmə də danışılmır. Üçüncü mülahizəyə görə (K.V.Trever tərəfindən irəli sürülüb) Artsak, Uti, Paytakaran və Sakaşena vilayətləri e.ə.II əsrdə erməni (Ərmən) çarı I Artaşes tərəfindən zəbt olunmuş və 387-ci ilə qədər Ermənistanın tərkibində qalmış və yalnız 387-ci ldən sonra Albaniyaya qaytarılmışdır. Deməli bu torpaqlar hətta erməni çarları tərəfindən işğal edilmiş olsa belə lap əvvəllər Albaniyaya məxsus olmuşdur.

    Hər üç konsepsiyanın müəllifləri başlıca olaraq Strabonun "Coğafiya”sına, erməni müəllifi Favstos Buzanda və "VII əsr erməni coğrafiyası”na əsaslanmışlar. Fəridə Məmmədova qeyd edir ki, Strabona görə I Artaşes tərəfindən alban torpaqlarından yalnız Paytakaran işğal olunmuşdur.[52]

    Strabon yazır:
    ”...əvvəlcə Ermənistan kiçik idi,lakin o sonralar Artaksi (Artaşes) və Zariadrın müharibələri nəticəsində genişləndirildi. Onlar öz səltənətinin hüdudlarını qonşu xalqlardan qopardıqları torpaqlar - Midiyanın Kaspiana, Favnitida, Basoropeda vilayətləri, İberiyanın Pariadra dağ yamacları, Xorzena, Kürün o biri tərəfində yerləşən Qoqarena vilayətləri hesabına genişləndirdilər...”

    — Strabon, 71, f.14, 5, c.528

    Strabonun qeydlərinə əsaslanan K.V.Trever bir az da irəli gedərək yazır:
    "E.ə. II əsrdə erməni çarı I Artaşes (189 - 170) bir sıra qonşu vilayətləri, o cümlədən Şəki, Uti və Qarqar adlı alban tayfalarının yaşadığı Kürün sağ sahilini Ermənistana birləşdirdi... Elə o vaxtdan antik müəlliflər Kürü Albaniya ilə Ermənistan arasında sərhədd kimi tanıdılar."

    Albaniyanın Cənub sərhədlərinin Kür çayından keçməsi barədə ehtimallar başlıca olaraq yunan - Roma [57][58][59][60] və V-VII əsr erməni müəlliflərinin məlumatlarına, doğruluğu müəyyən edilməyən, yalnız kortəbii inama görə etibarlı sayılan mənbələrə, o cümlədən VII-VIII əsr alban tarixçisi Moisey Kalankatlının məlumatlarını təkzib edən erməni tarixçilərinin ənənəvi xronologiyasına əsaslanır. Qeyd etmək lazımdır ki, Strabonun Sakaşenanı Ermənistna aid etməsi[61] onun digər fikirləri ilə, məsələn, Kürün Albaniyanın ortasından axdığını bildirən[62] qeydi ilə ziddiyyət təşkil edir. Çünki, bu hər iki sahilin Albaniya torpağı olduğunu təsdiq etməkdir. Belə ziddiyyətlər isə Strabonda çoxdur.

    Bu isə onunla əlaqədardır ki, Strabon bir-birinə zidd olan müxtəlif mənbələrdən istifadə etmiş, Albaniyada çox az olduqlarına görə məlumatları kasad olan şəxslərin qeydlərinə qeyri-tənqidi yanaşmışdır.[63] Strabonun mənbələri isə əsasən Feofan Mitilenski, Delli və başqalarıdır. Plininin[64], Appianın[65], Dion Kassinin[66], Plutarxın[67] qeydlərinin müəyyən hissəsinə, yəni Albaniyanın Cənub sərhəddinin Kür çayındam keçməsi barədə məlumatlara gəlidikdə isə, nəzərə almaq lazımdır ki, bu antik müəlliflərin özləri də Qafqazı çox az tanıyan Patrokla və Erotosfenə, eləcə də Qafqaza bu yerləri öyrənmək üçün gəlməyən, sadəcə olaraq Roma imperiyasının yürüçlərinin iştirakçısı kimi Pontiya çarı Mitridatı təqib edə-edə Kür boyuna gəlib çıxmış şəxslərə istinad etmişlər. Özü də bu qeydlər e.ə. I əsrə və yeni eranın II əsrinə aiddir. Haqqında bəhs edilən dövr isə e.ə. II və yeni eranın IV əsrlərini əhatə edir.[68][69]

    V.V.Bartold antik ədəbiyyat mənbələrinə qiymət verərək yazır:

    ”Bədbəxtlik ondadır ki, yunan orijinalları bizə çox gec, işləndikdən, əl gəzdirildikdən sonra gəlib çatıb; bunlar çox vaxt müqayisə edilən edilən məlumatları heç bir tənqidə məruz qalmayan sadəcə kompilyasiya şəklindədir və buna görə də bu mənbələrə son dərəcə ehtiyyatla yanaşmaq lazımdır.”

    [70]

    Bu da şübhə doğurmur ki, Moisey Kalankatlı öz ölkəsinin tarixini və coğrafiyasını, Pontiya çarı üzərinə qısa yürüşlərdə iştirak etmiş romalı müəlliflərdən daha yaxşı bilirdi.[71] Moisey Kalankatlı eramızın I əsrində Albaniyanın Cənub sərhəddi haqqında belə məlumat verir:
    "...Sisakan nəslindən olan İafetin xələflərindən olan bir nəfərə (Arana) Erasx (Araz) çayından Xunan qalasınadək Alban dağları və çölləri miras qalmışdı."

    — Kalankatlı, I, 4

    Alban müəllifi ilə sinxron olan erməni müəllifi Movses Xorenlı də eramızın I əsri haqqında qeydlərində "Erasx çayından Xnarakert (Xunan qalası) qalasınadək dağlı - dərəli alban torpağına sahib olan Sisakan nəsli...”[72] haqqında məlumat verir.

    E. ə. III əsrdə Albaniyanın Şimal sərhəddləri Böyük Qafqaza, Samur sıra dağlarının Şimal ətəklərinə qədər, Şimal-Qərbdə İori və Alazan çaylarının yuxarı axarına, Şimal - Şərqdə isə müasir Dərbəndə qədər gedib çatırdı.[73][74][75] Ayrı-ayrı vaxtlarda isə bu sərhəddlər Sulak çayına və bir azda uzaqlara çatırdı.
    [redaktə / تحریر]
    Siyasi tarixi

    Ehtimal edilir ki, Albaniyanın siyasi konsolidasiya artıq Əhəməni imperiyasının son illərində və Makedoniyalı İsgəndərin işğalları dövründə başa çatmış, eramızadan əvvəl IV əsrin sonlarında isə Qafqaz Albaniyası vahid mərkəzləşmiş dövlətə çevrilmişdir.
    [redaktə / تحریر]
    Aranilər sülaləsi

    Qobustanda XII Roma legonuna məxsus kitabə

    Mənbələr Alban dövlətinin antik dövrdə yerli sülalənin nümayəndələri tərəfindən idarə olunduğu haqqında məlumat verir. Moisey Kalankatlı bu sülaləni Yafəsin şəcərəsinə bağlayıraq sülalənin ilk nümayəndəsinin Aran (Arran) adlı hökmdar olduğunu bildirir və Aranı Sisakan (Sünik) nəslinə aid edir.[76] İlk hökmdarının adı ilə bu sülalə tarixi ədəbiyyatda Aranilər (Arranilər) adlandırılır. Lakin bu sülalə haqında məlumatlar çox azdır. Aranın davamçılarının fəaliyyəti haqqında məlumatlar yox səviyyəsindədir. Kalankatlı yalnız onların adını sadalamaqla kifayətlənir. Lakin o bəllidir ki, Aranilər müxtəlif dövrlərdə güclü Parfiya dövlətinin təsiri altına düşmüş və yarımasılı vəziyyətdə ölkəni idarə etmişlər. Parfiya Arşakiləri hakimiyyətləri altında olan Qafqaz ölkələri barəsində siyasətlərində sabit və eyni olmamışlar. Tabeliklərində olan məmləkətlərin Parfiyanın mərkəzi hökümətindən asılılığı ayrı - ayrı dövrlərdə müxtəlif məmləkətlərdə müxtəlif səviyyədə olmuşdur.

    Aranilər sülaləsinin hakimiyyəti dövründə Albaniyaya erməni krallarının yürüşləri baş vermiş və Albaniyanın üç vilayəti - Artsak, utik və Paytakaran işğal edilmişdir. Lakin bu işğal uzun sürməmiş e.ə. 66 - cı ildə II Tiqran Romaa ordusu tərəfindən məğlub edildikdən sonra bütün işğal etdiyi əraziləri, o cümlədən Albaniya torpaqlarını tərk etməli olmuşdur.[77] Lakin bu hadisədən bir neçə ay sonra Albaniya ərazisinə Roma imperiyasının ordusu soxulmuşdur.[78] Pompeyin rəhbərlik etdiyi Roma ordusu ilə Aruzun (yunan-roma mənbələrində Oroys) rəhbərlik etdiyi Albaniya ordusu arasında e.ə. 66 - cı ildə döyüş olmuşdur.[79][80] Daha sonra İberiyaya doğru irəliləyən alban ordusu ikinci dəfə e.ə. 65 - ci ildə Alazan çayı sahilində Aruzun qardaşı Sebərin (yunan-roma mənbələrində Zober) rəhbərlik etdiyi Albaniya ordusu ilə toqquşmuş və böyük itki verərək İberiya ərazisinə keçmişdir.[81]

    Roma ordusunun Xəzər sahillərinə irəliləməsi haqqında mənbələrdə heç bir məlumat yoxdur.[82] Lakin qobustanda üstündə latın dilində yazı yazılmış XII legiona aid kitabənin tapılması Roma ordusunun xəzər sahillərinə də gəlib çıxdığını syləməyə əsas verir. Bundan başqa Azərbaycanın müxtəlif regionlarında, xüsusilə Qəbələ və Şəki ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan pul dəfinələrindən Roma imperatorlarına məxsus xeyli sikkə əldə edilmişdir.[83]
    [redaktə / تحریر]
    Arşakilər sülaləsi

    Albaniya (Antik dövr) e.ə.I əsr - e.I əsri[84]

    E.ə. II-I yüzilliklərdə, Parfiyanın hərbi cəhətdən qüdrətli dövründə, tabelikdə olan ölkələrə nəzarət etmək üçün formalaşmış inzibati aparatın olmadığı bir şəraitdə Parfiya Arşakiləri üçün mümkün olan yeganə düzgün qərar həmin məmləkətlərdə yerli sülalələri hakimiyyət başında saxlamaq idi. Sonralar vassal çarlıqların separatizmi gücləndikcə Parfiyanın mərkəzi höküməti yeni siyasətə - vassal məmləkətlərdə yerli sülalələri taxtdan götürüb əvəzinə öz adamlarını, Arşakilərin nümayəndələrini təyin etmək siyasətinə əl atdı. Persida, Elimaida, Atropatena, Hirkan, Ermənistan, Hindistan, Gürcüstan və Maxeloniyada Arşakilərin şaxələri, kiçik Arşaki sülalələri belə yarandı.[85]

    Arşaki sülaləsi nnümayəndələrinin bir qolu da həmin dövrdə (63-cü il) Albaniyada bərqərar oldu. Alban Arşakiləri haqqında əldə edilən məlumatların əsas mənbələri Moisey Kalankatlı, Favstos Buzand, Yegişe, Moisey Xorenli, Aqafangel, Kirakos Gəncəli və Mxitar Qoşun əsərləri, habelə "Müqəddəslərin həyatı” (aqioqrafik əsərdir) və "Carıntir”dir. Alban Arşakiləri haqqında elmdə belə bir mülahizə mövcuddur ki, bu sülalənin alban qanadı IV yüzillikdə bərqərar olmuş və onun əsasını Kalankatlının yazdığı kimi I Cəsur Vaçaqan yox, Sanatruk tərəfindən qoyulmuşdur.

    M.Brosse belə hesab edir ki, Sanatruku Albaniyanın hökmdarı kimi qəbul etmək və onun adını Alban Arşakilərinin sırasında I Cəsur Vaçaqandan əvvəl yazmaq lazımdır.[86]

    S.T.Yeremyana görə Albaniyada Məsqət (Məsküt, Massaget) Arşakiləri şahlıq etmişlər. O, belə hesab edir ki, həmin sülalə Albaniyada hakimiyyət başına 388-ci ildə gəlmişlər, yəni S.T.Yeremyan Parfiya Arşakilərinin Alban budağı olduğunu inkar edir.[87]

    E.A.Krımski belə hesab edir ki, Alban Arşakiləri "eran şah”, yaxud "eran şahin” titulunu daşıyırdılar və "eran şah” ifadəsi "aran şah” sözünün təhrifidir. Bu isə "Aran hökmdarı”, ”Alban hökmdarı” deməkdir, başqa sözlə, Aranşahilər (Aranilər) elə Arşakilərdir. N.Akinyan və B.A.Ulubabyan isə bu haqqda tamamilə başqa fikirdədirlər. Məsələn N.Akinyan Alban Arşaki hökmdarlarının siyahısını "redaktorun” uydurması sayır. O, göstərir ki, tarixə (müəllif erməni mənbələrini nəzərdə tutur) Alban Arşakilərindən yalnız iki nəfər məlumdur. Bunlar Urnayr (IV əsr) və Asuagendir (V əsr). II Vaçe və III Mömün Vaçaqana gəlincə, onların adı yalnız Alban ölkəsinin tarixində çəkilir və buna görə də N.Akinyanın fikrincə, onlar Moisey Kalankatlının uydurmasıdır. Digər Alban Arşakilərindən danışanda N.Akinyan göstərir ki, onların adları alban zadəganlarının VIII-X yüzilliklərə aid siyahısından götürülmüşdür. Yəni yenə də uydurma sayılmalıdır.[88]

    K.V.Trever, onun ardınca isə K.Tumanov belə hesab edirlər ki, Alban Arşakiləri hakimiyyət başına eramızın I yüzilliyində gəlmiş və Parfiya Arşakilərinin köməyi ilə VI əsrə qədər – Alban hakimiyyəti ləğv edilib ölkə Sasani canişinlərinin ixtiyarına verilənədək hakimiyyət başında qalmışlar. Moisey Kalankatlı məlumat verir ki, Parfiyalı Valarşak Albaniya əhalisi üzərinə knyaz və hakimlər təyin etdi:
    ”Valarşakın əmri ilə İafet nəslinin Sisakan sülaləsindən çıxmış bir nəfər (Aran) onların hamısının başçısı təyin olundu ki, Erasxdan tutmuş, Xnarakertə (Xunan qalası) qədər Albaniyanın bütün dağları və düzləri ona miras qaldı..."

     

    Mehranilər sülaləsi

    Mehranilər sülaləsindən olan ən tanınmış alban hökmdarı Cavanşirin Naxçıvan ərazisindən tapılmış heykəli, tunc şamdan, hazırda Ermitajda saxlanılır

    Tiflisə yürüş edərək Bizans imperatoru İraklinin ordusu ilə birgə şəhəri mühasirəyə aldılar. Vəziyyətin ağırlığını nəzərə alan Girdman knyazı Varaz Qriqor özünü İraklinin vassalı elan etdi. Yeni hökmdarını tanımaq və onun dinini (diofizitliyi) qəbul etməklə (II Xosrov İran kilsə məclisində ona monofizitlii qəbul etdirmişdi.) Varaz Qriqor Albaniyanın tamhüquqlu hakiminə çevrildi. Bu dövrdə Sasani hökmdaı II Xosrov öldürüldü və taxta çıxan II Qubad 628 - 629-cu illərdə İrakli ilə sülh bağladı. Bu vaxt xəzərlər Albaniyanın tam sahibinə çevrildilər. 629-cu ildə Albaniyaya daxil olan xəzərlərin xaqanı Şat katolikos Vironun və Sasani mərzbanının yanına elçi göndrərək ölkəni təslim etməyi tələb etdi. Bu dəfə söhbət ölkənin xəzərlərə siyasi tabeliyindən gedirdi. Albaniya müqavimət göstərmək iqtidarında deyildi. Məzban isə itaəti rədd edərək İrana qaçmışdı.

    Alban zadəganları başda katolikos Viro olmaqla xəzərlərin ali hakimiyyətini etirf etməyə məcbur oldular. VII əsrin 30-cu illərində Xəzəristanda gedən daxili çəkişmələr (Cebu xaqanın öldürlməsi) xəzərlərin Albaniyadakı hakimiyyətinə son qoydu.

    onun belinə cəsur babası Heraklın və ulu babası Nikitanın kəmərini bağladı, imperator ona Müqəddəs xaçın bir hissəsini, şah libası və ii bayraq təqdim etdi, imperator onun oğlanlarına patrisi rütbəsi verdi. Ona səma töhfələrinin verildiyini görəndə, erməni əyanlarının və sərkərdə Amazaspın paxıllığı tutdu... İmperator onu erməni azatlarının müşayiəti ilə qul kimi yox, taxt-tac sahibi olan qardaşı kimi yola saldı..."

    — Kalankatlı, II, XX

    Moisey Kalankatlı kitabın fəslini bu sözlərlə qurtarır: ”Konstant bütün alban hökmdarlarının kənd və torpaqlarını irsi mülk kimi Cavanşirə verdi və Şərqə əsl şah kimi nəzarət etməyi ona həvalə etdi.”[122] Cavanşirə valeh olduğunu gizlətməyən Kalankatlı Albaniya və onun hökmdarının həmin dövrdə səviyyəcə Ermənistan və Gürcüstan hökmdarlarından üstün olduğunu qeyd edir. Moisey Kalankatlı Cavanşirin hakimiyyəti dövründə ölkənin sərhədlərini dəqiq göstərir:
    ”O, İberiya sərhədlərindən hun keçidinə və Araz çayına qədər əsl şah kimi əzəmətlə hökmdarlıq etmişdi.”

    Bu vaxt guya Cavanşirin qisasını almaq məqsədi ilə saysız hesabsız xəzər qoşunları hunların böyük knyazı Alp İltiverin başçılığı ilə Albaniyaya doğru hərəkət etdi. Qəbələ və Uti vilayətlərini viran qoyan Alp İltiver Lpinada məskən saldı. Varaz Trdat Cavanşirin siyasətini davam etdirərək xəzərlərlə danışığa başladı. O katolikos Yelizarı xaqanın yanına göndərib sədaqətini bildirdi. Lakin xaqanla barış çox sürmədi. Bu zaman Varaz Trdat xəzərlərin arası kəsilməyən yürüşlərinin qarşısını almaq üçün yepiskop İsraili Varaçana - Alp İltiverin yanına göndərdi. İsrailə həm də xəzərləri xristian dininə cəlb etmək tapşırılmışdı. İsrailin bu missiyası uğurla nəticəlndi. Alp İltiver başda olmaqla xəzərlərin böyük bir hissəsi xristianlığı qəbul etdi. Alp İltiver Varaz Trdata, Yelizara, eləcə də ermənilərə yazdığı məktubunda bildirirdi ki, yalnız İsrailin bizim yanımızda keşiş kimi qaldığı müddətdə bizimlə sizin aranızda mehribanlıq ola bilər.[134]

     

    Məlum olduğu kimi, Sasanilər öz tabeliklərində olan Cənubi Qafqaz xristian xalqlarına sabit münasibət bəsləmirdilər. Xristianlığın Şərqi Roma imperiyasında qələbəsi (IV əsrin əvvəlində) bu münasibəti daha da gərginləşdirdi. Sasani dövləti ərazisində rəsmi kilsə ilə mübarizə aparan müxtəlif xristian təriqətləri müdafiə edilməyə başlanıldı.

    Moisey Kalankatlının məlumatına görə, alban arşaki hökmdarları Urnayr, II Vaçe, III Vaçaqan müxtəlif bütpərəstlik dinlərinin köklərini kəsmək üçün şiddətli mübarizə aparırdılar. V əsr Aquen məclisində qəbul edilmiş qanunların ikisi xristianlığaqədərki dinlərin qalıqlarının təqib olunmasına həsr edilmişdi.

    Alban çarı Urnayra təsir edərək Xristianlığın Albaniyada dövlət dini elan edilməsinə nail olmuş Müqəddəs Qriqorisin şəhid edildikdən sonra dəfn edildiyi Amaras monastırı

    VIII əsrdən etibarən Azərbaycanın Şimal hissəsi ərəblərin və İslamın təsir dairəsinə düşdü. Lakin Albaniya əhalisinin xeyli hissəsi hakim sülalənin nümayəndələri Mihranilərlə birlikdə dövlət dini elan edilmiş xristianlığa etiqad edirdilər. Qonşu xristian ölkələrində olduğu kimi, burada da yunan diofizi dini etiqadından kənara çıxan müxtəlif bidətçi cərəyanlar fəaliyyət göstərirdi; bu cərəyanların qriqorian təriqətinə düşmən olan üzvləri bu dövrdə amansızlıqla təqib olunurdular. Alban kilsəsinin təqib olunmasında, onun sərbəstlik və müstəqillik hüququnun pozulmasında Erməni Qriqorian Kilsəsi xüsusi rol oynayırdı. Alban kilsəsini öz nüfuzuna tabe etmək istəyən erməni katolikosları məqsədlərinə çatmaq üçün, Sasanilər dövründə olduğu kimi, ərəb hökmranlığı dövründə də Xilafətin hərbi qüvvələrinin köməyinə əl atırdılar.[144] Cənubi Qafqazda özlərinə arxa axtaran Əməvilər ermənilər və albanlar arasındakı təfriqəçilikdən bacarıqla istifadə edərək, alban kilsəsinin erməni kilsəsinə tabe olunması üçün şərait yaratdılar. Erməni katolikosu İlya xəlifə Əbd ül-Malikə aşağıdakı məzmunda bir məktub yazmışdı:

    "Hökmdar Əbd ül-Malik Əmir əl-Mömininə erməni katolikosu İlyadan. Qadir Allahın iradəsi ilə bizim tabe ölkəmiz Sizə qulluq edir. Biz və Alban kilsəsi bir ilahi İsa dininə etiqad edirik. Partav taxtında oturan indiki Alban katolikosu yunan imperatoru ilə sazişə girib öz ibadətlərində onun adını çəkir və ölkəni məcbur edir ki, hamı dini etiqadda ona qoşulsun və onun himayəsini qəbul etsin. İndi qoy bu Sizə məlum olsun, ta bu barədə qərar qəbul edəsiniz, çünki bu bədəfkarlıqda onun bir əyan qadın həmfikri də vardır. Böyük hökmdar, Siz öz hakimiyyətinizlə əmr buyurun onlar Allaha qarşı işlədikləri günah üstündə müstəhəqq olduqları cəzaya çatsınlar".[145]

    Onsuz da bölgədə hərbi əməliyyata başlamaq üçün bəhanə axtaran xəlifə isə bu məktubdan sevinərək erməni katolikosuna aşağıdakı məzmunda bir məktubla cavab verir:

    "Ey Allahın xadimi və erməni xalqının katolikosu İlya, sənin səmimi məktubunu oxudum və sənə mərhəmətim olduğuna görə öz sədaqətli bəndəmi çoxlu qoşunla göndərdim. Əmr etdik ki, bizim hökmranlığımıza qarşı qiyam edən albanlarda sizin dininizə uyğun dəyişiklik edilsin. Bizim hökmü bəndəmiz Partavda, sənin hüzurunda icra edəcəkdir: Nersesi və bədəfkarlıqda onun həmfikri olan qadını bir zəncirə bağlayacaq və elə şahanə mühakimə edəcəkdir ki, onlar bütün qiyamçıların yanında rüsvay olsunlar".[146]

    Hadisələrin daha sonrakı cərəyanını isə alban tarixçisi Moisey Kalankatlı öz əsərində bu cür təsvir edir:

    Böyük erməni patriarxı Albaniya paytaxtı Partava gəlib böyük kilsədə oturdu və əmr etdi ki, Nersesi onun hüzuruna gətirsinlər. Lakin Nerses gizlənmişdi və onu tapa bilmirdilər; onda böyük din xadimi, Alban knyazı Şeroy onun yaxın adamlarını tutub əmr etdi ki, Nersesi gətirsinlər; sonra onu böyük yığıncağın ortasında İlyanın qarşısına gətirdilər. Lakin bu aciz adam cavab verə bilmədiyi üçün padşahın əmri ilə dəhşətli əzab çəkdi, həmin qadınla addım - addım gətirildi və onların sürgün edilməsi qərara alındı. Nerses buna dözə bilmədi, 8 gün heç bir şey yemədi və öldü. O vəsiyyət etdi ki, özünü ayağındakı zəncirlə basdırsınlar. Nerses Şeroya lənət yağdırdı, çünki hakimiyyət üstündə Şeroy və Sprama arasında başlayan çəkişmədə, o [Şeroy], Nerseslə Spramanın məhv olmasına səbəb oldu. Nerses pravoslav məzhəbinin patriarx taxtında 14 il oturdu və 3 il yarım günahkar qaldı (688-704-cü illər). Bütün bunlardan sonra dini yığıncaq həlim adam Simeonu seçdi və onu Albaniyanın katolikosu etdi. O, ölkədə Nersesin hərcmərcliyini dayandırdı və yolunu azmış kilsəyə çoxlu həqiqi etiqad qərarı verdi. O özünün Bərdəkür adlanan yay iqamətgahında əmr etdi ki, Nersesin bidət dolu bütün kitablarını sandıqlara doldurub Trtu [Tərtər] çayına atsınlar. [147]

    1511-ci ildən 1836[148]-cı ilə qədər Alban Katolikoslarının[149][150][151] iqamətgahı olmuş Gəncəsər monastırı

    Erməni kilsəsi Alban ruhanilərini tutduqları mövqelərdən sıxışdırıb çıxarmış və ölkədə ərəblərin əlləri çatmayan dağlıq yerlərdə yaşayan albanları möhkəm qriqoryanlaşdırmağa başlamışdı. Erməni ruhaniləri Arran kilsəsinin nüfuzunu yerli əhali arasında tədricən heçə çıxarmış və ərəb hakimlərinin əli ilə albanların bütün ədəbi abidələrini dağıdıb Alban mədəniyyətini, heç olmazsa, azacıq xatırlada biləcək hər şeyi məhv etmişlər. Bütün bu işlər, əvvəlcə Xilafətin köməyi ilə, sonralar isə digər istilaçıların icazəsi və köməyi ilə görülmüşdür.[152] Qriqoryan kilsə xadimləri Arran ədəbi abidələrini məhv edərkən, əvvəlcə bu abidələri qrabara çevirirdilər.[153]

    Arranın dağlıq vilayət və rayonları olan Sünik , Artsak, Xaçın, Şəki, Girdiman əhalisi ilə indiki Gəncə, İsmayıllı, Qəbələ, Oğuz rayonlarının və Azərbaycan Respublikasının bir sıra digər rayonların əhalisi, həmçinin Ermənistan Respublikasında Sisian, Basarkeçər və digər rayonların bəzi kənd yerlərinin əhalisi indi erməni olsa da, bu əhalinin adət və ənənələri, qonşuluqda yaşayan və ata-babaları müxtəlif səbəblər üzündən müsəlman olan Azərbaycan türklərinin adət və ənənələrinin eynidir. Bu rayonların əhalisi məhz onlardır ki, "erməni dini kilsəsinə qoşulmuş və ermənilərlə qarışmışlar”[154] [155] [156]

    İ.P.Petruşevski göstərir ki, erməni kilsəsi Albaniyada "ölkəni erməniləşdirmək aləti olmuşdur. Onun bu rolu VIII əsrin başlanğıcından etibarən xüsusilə nəzərə çarpır, yəni o zamandan sonrakı erməni monofızit katolikosu Yegi xalkedonçuluq edən Alban katolikosu Nersesi (Bakuru) ərəb xəlifəsinin köməyi ilə devirmişdi və Albaniyada ruhanilər və knyazların bir hissəsinin, Alban kilsəsinin erməni kilsəsindən müstəqilliyini qorumaq cəhdini əks etdirən xalkedonçuluq (pravoslav, yunanpərəst, gürcüpərəst) hərəkatı ermənipərəst monofızitlər tərəfındən yatırılmışdır".[157]

    Bütün bu çətinliklər və ağır mübarizə şəraitinə rəğmən Alban Həvari Kilsəsi öz varlığını 1836 - cı ilə kimi qoruya bilmişdir. Lakin 1836-cı ildə Rusiya tərəfindən erməni Qriqorian kilsəsinin tabeçiliyinə verilərək fəaliyyəti tam dayandırılmışdır. Bununla belə, 2003-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Alban Həvari Kilsəsi yenidən qeydiyyata alınaraq fəaliyyətini bərpa etmişdir.
    [redaktə / تحریر]
    Alban mədəniyyəti
    [redaktə / تحریر]
    Alban bütləri

    Ağdam rayonu Boyəhmədli kəndində aşkar edilmiş alban daş heykəli

    Alban daş heykəllərin xüsusi mövzu çərçivəsində arxeoloji tədqiqinə 1982-ci ildən başlanılmış və mövzuyla əlaqədar bir sıra əsərlər nəşr edilmişdir.[158][159][160][161]Azərbaycan arxeoloqları tərəfindən Qarabağda daşdan yonulmuş 19 insan heykəli qeydə alınmışdır.[162] Bu abidələr Mollalar, Şəfibəyli, Suma, Güllücə (Ağdam rayonu), Şatırlı (Bərdə rayonu), Canyataq (Ağdərə rayonu), Seysulan (Tərtər rayonu) kəndləri yaxınlığında aşkar edilmişdir.

    Bu heykəltəraşlıq abidələri qədim zamanlarda Qarabağın dağlıq və düzənlik hissələrinin vahid etno-mədəni məkana daxil olduqlarını təsdiq edir. Mütəxəssislər qeyd edirlər ki, «Alban tarixi» əsərində Artsak bütləri dedikdə Qarabağ daş heykəllərinin bir qrupu nəzərdə tutulmuşdur. Bu tarixi mənbədən məlum olur ki, 487-ci ildən etibarən bütpərəstliyə qarşı mübarizə apararaq xristianlığın mövqeyini möhkəmləndirən Albaniya hökmdarı III Mömin Vaçaqan «öz hakimiyyəti altında olan Artsak vilayətində yaramaz bütlərə qurban kəsib sitayiş etməkdən əl çəkməyi əmr etmişdir»[163].

    Alban bütləri Avrasiyanın «daş babalar» şərti adı altında cəmlənmiş daş heykəllər dairəsinə daxildir. Albaniya dövləti və alban mədəniyyətinin mövcud olduğu dövrdə bu tip abidələr Monqolustandan Rumıniyaya kimi çox geniş bir ərazidə qədim skit, sarmat, sak və habelə Türk xaqanlığı qəbilələri arasında yayılmış, ikonoqrafiya və yonulma üslubundakı bəzi fərqlərlə ümumi bir ideya əsasında yaradılmışdır. Şərqi Avropa çöllərindəki qıpçaq daş heykəlləri nəsildən-nəsilə ötürülən bu ideyanın XIII əsrədək Avrasiya məkanında etno-mədəni varisliyi əks etdirdiyini göstərir. Bəzi rus arxeoloqları hətta Qarabağ heykəllərinin bir sıra əlamətlərə görə qədim türk daş heykəllərinə, habelə Mərkəzi Asiyanın erkən dəmir dövrünə aid heykəltəraşlıq abidələrinə oxşadığını qeyd etmişlər.[164][165]

    Xankəndi şəhər Tarix muzeyinin həyətində saxlanan Seysulan kənsindən gətirilmiş iki alban bütü

    Qarabağ heykəlləri hörüklü saça malik kişi təsvirləridir. Hələ e. ə. XXIII əsrdə indiki Cənubi Azərbaycan ərazisində məskunlaşmış qəbilələrdən olan lullubeylərdə kişilərin uzun hörük saxlaması onların daş üzərindəki təsvirlərindən məlumdur. Tarixi Manna ərazisində, Arcaq-qala abidəsində aşkar edilmiş daş heykəllər də (e. ə. I minilliyin əvvəli) uzun saçlı kişi fiqurlarıdır. Erkən alban dövrünə aid uzun saçlı kişi heykəlləri Şamaxı rayonunun Çıraqlı kəndi yaxınlığında tapılmışdır.[166]

    Qədim yunan müəllifi Lukianın (II əsr) məlumatına görə, uzun saç saxlamaq skit kişiləri üçün xarakterik idi.[167] «Alban tarixi» əsərində xəzərlər və digər türk qəbilələri onların kişilərinə də xas olan əlamətə görə «hörüklülər xalqı» adlandırılmışlar [168]. Bütün bu məlumatlar Qarabağdan və Azərbaycanın digər yerlərindən tapılmış uzun saçlı kişi heykəllərinin Avrasiya çöllərində yaşamış «köçərilərə» yaxın olan Albaniya və habelə Mannanın yerli qəbilələrinə mənsub olduğunu göstərir. Bu oxşar abidələr Manna, Albaniya qəbilələrinin uzaq keçmişdə Avrasiya «köçəriləri» ilə eyni kökdən intişar taparaq sonralar müstəqil tarixi-mədəni inkişaf yolu keçdiklərini güman etməyə əsas verən amillərdəndir.

    Bu gün Qarabağ ərazisi ermənilər tərəfindən işğal edildiyindən alban daş heykəllərinin taleyi qaranlıq olaraq qalmaqdadır. . Hələ 1973-cü ildə Qarabağda qeydə alınmış 10 heykəl məlum idi [169] Bu heykəllərdən 7 ədədi Canyataq kəndi yaxınlığında tapılmışdır. Canyataq heykəllərindən biri vaxtı ilə Bakıya gətirilmiş və hal-hazırda Qız qalası yanında, açıq səma altında saxlanılır. Sonrakı araşdırmalar nəticəsində Ağdam rayonu ərazisindən isə səkkiz ədəd alban daş bütləri aşkarlanmışdır.
    [redaktə / تحریر]
    Alban əlifbası

    Alban dilində və alban əlifbası ilə yazılmış Mətndar MS 7117 əlyazmasından bir səhifə
    Əsas məqalə: Alban əlifbası

    Qafqaz albanlarına məxsus olan və alban dilinə uyğunlaşdırılmış əlifba olan alban əlifbası, IV-V əsrlərdə parf mənşəli maarifçi Mesrop Maştots tərəfindən təkmilləşdirilmişdir. Lakin əlifbanın nə zaman və kim tərəfindən yaradılması məsələsi hələ də həll edilməmiş olaraq qalmaqdadır.

    Alban tarixçisi Moisey Kalankatuklu yazısı olan xalqlar içərisində midiyalıları və albanları xüsusi qeyd etmişdir:
    «Yazıya malik olan xalqlar budur: yəhudilər, romalılar (bunların yazısından bizanslılar da istifadə edirlər), ispanlar, yunanlar, madaylar, ermənilər və albanlar».

    — M. Kalankatlı, I, III

    1937-ci ildə filologiya elmləri doktoru, professor İ.V.Abuladze XV əsr əlyazmalarını öyrənərkən 7117 nömrəli əlyazmada alban əlifbasını əldə etmişdir. Sonra Mətndardakı bu əlyazmanın iki başqa surəti üzərində T.İ.Ter-Qriqoryan da tədqiqat aparmışdır. Bunlar XV əsrdə ruhani Mkrtıçın göstərişi ilə monastrın şagirdləri üçün dərslik kimi monax Foma Metsopski tərəfindən tərtib edilmişdir. Əlyazmada ərəb, suriya, erməni, gürcü əlifbaları ilə yanaşı, 52 hərflik alban əlifbası da vardı. 1938 və 1957-ci illərdə ciddi araşdırmalardan sonra akademik A. Q. Şanidzenin alban əlifbası haqqında yazıları çap olunmuşdur. T. M. Məmmədov göstərir ki, bu tapıntı akademik R. Açaryanı da maraqlandırmış, o bu əlifbanın həqiqətən alban əlifbası olması barədə məqalə ilə çıxış etmişdir. Alban yazısının, alban dilində tərcümə əsərlərinin olduğunu tarixi mənbələr də təsdiq edir.

    Alban yazısının çiçəklənmə dövrü V-VI yüzilliklər sayılır. A. Q. Şenidze yazır: bu dövrdə albanlar Qafqazın siyasi və mədəni həyatında gürcülərlə birgə fəal iştirak edirdilər. Koryun göstərir ki, Maştos Qərbi Ermənistanda olanda onun yanına mənşəcə alban olan iyerey Benyamin gəldi.O Benyamini sorğu-suala tutdu,qarqar dilinin barbar sözlərini tədqiq edərək onlar üçün əlifba yaratdı.[170]

    Alban əlifbası Ərəb Xəlifəsinin göstərişi ilə Alban Həvari Kilsəsi Erməni Qriqoryan Kilsəsinə tabe edildikdən sonra erməni katolikosu İlyanın göstərişi ilə məhv edilmiş, alban əlifbasıyla yazılmış kitablar qədim erməni dilinə tərcümə edildikdən sonra məhv edilmişdir.[171][172][173]

    Uzun müddət Alban əlifbası itmiş hesab edilirdi, lakin 1937-ci ildə gürcü alimi İliya Abuladze Mətndarda XV əsrə aid MS No. 7117 şifrəli əlyazmada 52 hərfdən ibarət alban əlifbasına rast gəlmiş və onu aşkara çıxarmışdır.

    Az sonra 1948-ci ildə Mingəçevir qazıntıları zamanı üzərində alban yazısı olan daş tapılmış və bu barədə S. M. Qaziyev məlumat vermişdir. Lakin həm tapılmış əlifbada (Matenadaran 7117), həm Mingəçevir yazılarında qüsurlar olduğu üçün yazıları düzgün oxumaq mümkün olmamışdır. 1956-cı ildə A. Q. Abramyan həmin yazıları oxumaqla məşğul olmuş, bu yazıları cəmi iki kənddə - Qutqaşen rayonunun Nic, Vartaşen rayonunun Vartaşen kəndində yaşayan udinlərin dili əsasında oxumağa çalışmışdır. Udinlər heç vaxt ölkədə bütün Şimali Azərbaycanı əhatə edən vahid dilə və dövlətə malik olmamış, daim türkdilli utilərlə qarışdırılmışdır. Müəllifin oxuduqları inandırıcı deyildir və istədiyi yerə alban əlifbası adlandırılan 52 hərfli əlifbanın istədiyi hərfini qoymuşdur.[174]
    [redaktə / تحریر]
    Alban xaç daşları

    Xudavəng monastır kompleksində olan Xaçın tipli qoşa alban xaç daşı
    Əsas məqalə: Alban xaç daşları

    Azərbaycan Respublikası və Ermənistan Respublikasının müxtəlif bölgələrində toplu və tək halda yayılmış xatirə daşları və stellalar olan alban xaç daşlarının memarlıq-kompozisiya, konstruktiv və dekorativ-plastik həlli onların məna və simvolik özümlülüyündən ayrılmazdır. Qafqaz Albaniyasının erkən və yetkin orta əsr xatirə plastikasında xristianlıqdan əvvəlki müəyyən dünya görüşü və simvolik təsəvvürlər əks olunmuşdur. Alban xaç daşlarnın obrazları bir çox əsrlər ərzində, əvvəlcə dini simvolika stellalarının obrazlarında üzvi şəkildə çarpazlaşmış iki, sonra üç dinin təsiri altında təşəkül etmişdi. Xaç daşlarının bütün özümlülüyü, orijinallığı və erməni xaçkarlarından əsaslı fərqi də bundan irəli gəlir. Alban qəbir, xatirə və sərhəd stellalarının, xaç daşlarının yaranmasında, göstərildiyi kimi, üzərində dünyanın quruluşu haqqında təsəvvürlər və bütpərəstlik simvolikasının təsvirləri qalmış xristianlıqdan əvvəlki stellalar müəyyən rol oynamışdır. Əvvəllər günəş, məhsuldarlıq, həyat ağacı simvolu olan xaç onların yeni xristian dininə aid olduğunu təsdiq edir. [175]

    Alban xaç daşları plastikliyi, fikir dərinliyi və əsrlər ərzində formalaşmış xalq etiqadı və ənənələri əsasında yaranmış memarlıq, inəsənət və dini simvolikanın üzvi sintezi nəticəsində meydana çıxan memarlıq-bədii məsələlərin həllindəki cəsarətliliyi ilə heyrət doğurur.

    Araşdırmalar göstərir ki, xaçların yaranmasında hələ xristianlıqdan çox-çox qabaq qədim türk tayfalarının böyük rolu olmuşdur. O zamankı insanların günəş obrazını yerdə, torpaq üzərində yaradaraq, ağac, daş üzərində yüksəyə qaldıraraq yenidən göylərə qovuşdurmaq istəyi xaçların indiki formasının meydana gəlməsinə səbəb olmuşdur.

    Məhz bu səbəbdəndir ki, alban xaçları özünün daha çox klassik ənənələrinə uyğunlaşdırılırdı. Belə ki, alban xaçları xristianlığaqədərki elementlər və dini ayinlərlə birbaşa bağlıdır.

    Xaç obrazı, alban xaç daşlarında sanki müxtəlif bir-birinə aidiyyatı olmayan dekorativ tərtibatları qovuşdurur. Alban xaçı dünyada yeganə xaçdır ki, xristianlığaqədərki inamların və kainatı dərketmənin əlamətlərini özündə cəmləşdirən işarələrə malikdir. Bu xaçların bütün kompozisiyaları göylə yerin əlaqəsi, günəş, işıq, nur və məhsuldarlıq simvolu kimi əks olunmuşdur.

    Qarabağ ərazisindən aşkarlanmış və ermənilər tərəfindən oğurlanaraq Eçmiədzinə aparılmış Xaçvari Artsak xaç daşı

    Mütəxəssislər Cənubi Qafqaz ərazisinə səpələnmiş alban xaç daşlarını əsasən dörd qrupda cəmləşdirirlər ki, onlar da Xaçın, Artsak, Cuğa və Yenivəng xaç daşlarıdır.

    Cuğa xaç daşlarından nümunə

    Culfa Alban məzarlığında yerləşən Cuğa tipli alban xaç daşlarından biri

    Xaçın xaç daşları Xaçın alban knyazlığı dövründən yadigar qalmış xaç daşları əsasən Kəlbəcər rayonu ərazisində tədqiq edilmişdir. Bu tədqiqatı ilk dəfə memarlıq elmləri doktoru D. A. Axundov və fəlsəfə elmləri namizədi M. D. Axundov aparmışdır. Xaçın xaç daşlarının ən maraqlı nümunəsi Xudavəng monastır kompleksində yanaşı olan iki xaç daşıdır.

    Artsak xaç daşları tarixi Artsak vilayəti ərazisində yerləşən xaç daşlarıdır. Onlardan ən məşhuru və elmi ədəbiyyatda böyük marağa səbəb olanı xaçvari Artsak xaçdaşıdır. Xaçvari şəkilli Artsak xaçdaşı (1633-cü il) olduqca maraqlı və orijinaldır, o Qafqaz Albaniyasının hər yerində qəbul olunmuş kanonlar çərçivəsində həll olunmuşdur (haqqında danışılan xaçdaş hələ SSRİ dövründə Eçmiədzinə aparılmış və bu gün də dünyaya erməni təfəkkürünün bədii nümunəsi kimi təqdim edilməkdədir). Onun forması daş xaç şəkilli olmasına baxmayaraq, stelanın obrazında əsas bədii və simvolik dominantı xaçın ortasındakı üç dairədən ibarət böyük xonça təşkil edir. Orta dairə səkkiz bərabər hissəyə bölünmüş həndəsi hörmə şəklində həll olunmuşdur.

    Cuğa xaç daşları əsasən Güney Azərbaycanla sərhəddə, Araz çayı sahilindədir. Maraqlı və özümlülü həllə malik Cuğa xaçdaşlarının əksəriyyətində eyni bir təsvir olunur: qarşı-qarşıya durmuş iki qanadlı əjdahanın bədəni buynuz zirehlə örtülmüşdür, onların adətən açıq ağızları yana çevrilmişdir. İki əjdaha arasında qanadlı halə, yaxud da haləyəbənzər saçı olan kişi başı təsvir olunmuşdur. İkonaqrafik əlamətlərinə görə o, İsanın başına oxşayır. D.A.Axundov qeyd edir ki, bu mürəkkəb təsvirdə bir neçə din və etiqadın (zərdüştlük, mitraizm, xristianlıq, islam) birləşməsindən yaranan simvolik qrup alban sənətkarları tərəfindən təsvir edilmişdir. Təsvirlər xristian qəbir daşlarında – xaçdaşlarda yerləşdirilib - bir xaç və ya xaçlar bunu təsdiq edir. Bu təsvirdə İsanı əvvəlki dinlərin qalığı olan əjdahalar mühafizə edirlər. Dişlərini qıcamadan ağızlarını bir qədər açmış əjdaha başlarının İsanın başına tərəf çevrildiyi təsvirlər buna sübutdur. Bu xristian-bütpərəst kompozisiyalar bir xalq içərisində müxtəlif dinlərin mövcud olması nəticəsində yaranmışdır. Cənubi Qafqazda yeganə belə xalq Qafqaz albanları idi. Bununla belə ermənilər Azərbaycan xalqına məxsus olan və onun bədii təfəkkür dünyasını əks etdirən Cuğa xaç daşlarının guya onlara məxsus olmasını və Azərbaycan əsgərləri tərəfindən dağıdılmasını bəyan edirlər.

    Yenivəng (ermənilər hazırda bu məbədi Noravəng adı ilə dünyaya qədim erməni məbədi kimi təqdim edirlər) xaçdaşlarının əsas səciyyəvi və fərqləndirici cəhəti xaçın təpəsində və əsasında kişi (güman ki İsa) sifətinin təsviridir. Bu təsvirlərin başı üzərində ay, çox güman ki, mitraist haçalar yerləşir. Xristian simvolikası baxımından ən son və kamil Yenivəng xaç daşları XIII əsrə aiddir. Əksərinin üzərində alban yazıları olan bu xaçdaşları əraziyə ermənilərin köçürülməsindən sonra ya tamamilə məhv edilmiş, ya da alban yazıları sındırılaraq daşların tarixi əhəmiyyəti öldürülmüşdür. Bu xaç daşlarından görünür ki, erkən orta əsrlərdə Qafqaz Albaniyasında səcdə edilən xristian tanrısı və Mitra vahid dini-bədii obrazda birləşən eyni bir tanrının törəmələridir. Qeyd edilməlidir ki, haqqında bəhs etdiyimiz bu alban stelalarının mühüm bədii sənət nümunəsi və tarixi əhəmiyyəti olanları hələ SSRİ dövründə xüsusi canfəşanlıqla Ermənistana daşınmışdı.
    [redaktə / تحریر]
    Alban memarlığı
    Əsas məqalə: Alban memarlığı

    Alban memarlığınn nümunələri Azərbaycan Respublikası, Ermənistan Respublikası və Dağıstan ərazilərində aşkarlanmış və tədqiq edilmişdir. Alban memarlıq nümunələrinin dövrümüzə çatan ən maraqlı nümunələri müdafiə tipli qala və istehkamlar və dini xarakterli tikililər olan kilsə və monastırlardır. Türk tayfalarının alban dövlətinin idarə olunmasında, onun mədəniyyətinin və memarlığının inkişafında danılmaz rolu olmuşdur. Ona görə də bir çox tarixçilər alban memarlığından danışarkən "Alban-türk memarlığı" ifadəsini işlədirlər ki, bu da o dövrlə tam qanunauyğunluq təşkil edir. Albaniya ərazisində yaşayan bu tayfaların bir qismi xristianlığı qəbul edərək xristianlaşmış, bir hissəsi isə sonradan İslamı qəbul etmişdi. Alban mədəni irsinə məxsus müdafiə tikililərindən öz möhtəşəmliyi ilə bu gün də seçilən Dərbənd qalası, Cavanşir qalası, Çıraqqala və başqalarını göstərmək mümkündür.

    Alban memarlıq sənəti özünəməxsus mürəkkəb koloriti, texnikası, təkrarolunmaz gözəlliyi və üslubu ilə həmişə maraq doğurmuş və seçilmişdir. Həmişə diqqət çəkən yenilik öz məzmununa görə maraq doğurduğundan digər Qafqaz xalqları da qədim alban mdəniyyətindən faydalanaraq özlərinin memarlıq və mədəniyyətləini inkişaf etdirmişlər.

    Category: YADDAŞ | Added by: roppi
    Views: 977 | Downloads: 124 | Comments: 1 | Rating: 5.0/1
    Total comments: 1
    0  
    1 $Nik$   (2010-10-15 9:22 PM) [Daxil]
    wink

    Only registered users can add comments.
    [ Registration | Login ]

    Axtar

    Dostlarımız