F U L L

    Our poll

    Rate my site
    Total of answers: 32

    Statistika


    Cəmi: 1
    Qonaq: 1
    İstifadəçi: 0

    Login form

    E-mail:
    şifrə:

    Kataloq

    Main » Files » YADDAŞ

    QƏDİM MİSİR
    2010-10-18, 10:19 PM
    Qədim Misir - Afrikanın şimal-şərqində, Nil çayının aşağı axarında qədim dövlət.

    Dövlətin tarixi 6 dövrə bölünür: Erkən padşahlıq (e.ə. təqr. 3000 - e.ə. təqr. 2800), qədim padşahlıq (e.ə. təqr. 2800 - e.ə. təqr. 2250), orta padşahlıq (e.ə. təqr. 2050 - e.ə. təqr. 1750), yeni padşahlıq (e.ə. təqr. 1580 - e.ə. təqr. 1070), Liviya-Sais və İran dövrü (e.ə. təqr. 1070 - e.ə. təqr. 332) və Yunan-Roma dövrü (e.ə. 332 - e. 395).

    Misirin həyat damarı olan Nil çayı Mərkəzi Afrikada yerləşən böyük göllərdən başlayır. Çay 700 km məsafədə dərin vadi ilə axaraq Aralıq dənizinə tökülür. Dənizə töküldüyü yerdə Nil qollara ayrılaraq delta əmələ gətirir. Yuxarı hissələrdən başlayaraq dənizədək Nil vadisində və deltasında qədim Misir yerləşirdi.

    Bir çox dillərdə işlənən "Eqipet" sözü Misir dövlətinin qədim paytaxtı Xikupta şəhərinin (Xet-Ka-Ptax — "Ka-Ptaxın evi", yun. — Memfis) adından götürülmüşdür. Yunan dilinə bu söz "Ayqyuptos" kimi daxil olmuş, oradan isə digər Avropa dillərinə keçmişdir. Misirlilər özləri ölkələrini «Ta Kemet» – «Qara torpaq» adlandırırdılar. Herodota görə, "Misir Nilin töhfəsidir". Çünki Nilsiz Misiri təsəvvür etmək qeyri-mümkündür. Nil vadisini əhatə edən dağlar da müxtəlif daş növləri ilə zəngin idi. Misirin özündə metal yox idi. Metal qonşu vilayətlərdən gətirilirdi; Sinay yarımadasından mis, Nillə Qırmızı dəniz arasındakı səhradan qızıl, Qırmızı dənizin sahillərindən sink və qurğuşun əldə edilirdi. Gümüş və dəmir isə Kiçik Asiyadan gətirilirdi. Əsrlər boyu yayın başlanğıcında yağan yağışların hesabına Nilə tökülən sular artdığından daşqınlar başlayır. Daşqından sonra vadidə torpaq həm çox rütubətli olur, həm də qalın lay halında qara və çox məhsuldar lillə ötürülürdü. Təsadüfi deyildir ki, bütün bunlara görə Qədim Misiri Qara torpaq adlandırırdılar.

    Qədim misirlilər qumluq və bataqlıqlarla həmişə mübarizə aparmışlar. Misirlilərin başlıca məşğuliyyəti əkinçilik olmuşdur. Bunlardan əlavə arıçılıq, maldarlıq və digər sənət sahələri də inkişaf etmişdir. Ümumiyyətlə, insanların əməyi Nil vadisinin simasını köklü surətdə dəyişdirmişdir. Misir yaşayış üçün, demək olar yararlı olmayan bir yerdən, artıq b.e. əvvəl IV minillikdə əhalisi sıx olan bir ölkəyə çevrilmişdir. Elə həmin dövrdən başlayaraq Misirdə quldarlıq, onun ardınca da quldarlıq dövləti yaranmışdır. Misir fironların – padşahların hakimiyyəti altına düşdü. Padşahlardan biri Misirin şimalını – bütün deltanı, digəri isə ölkənin cənubunu – Nil çayının vadisini özünə tabe etmişdi.

    Misirdə həndəsə, astronomiya, təbabət inkişaf etmişdir. Onlar təqvim yaratmışdılar. Bir daşqından o biri daşqına qədər olan vaxt il hesab olunurdu ki, onu da on iki aya bölürdülər. Onların hesablamasına görə, il 365 gündən ibarət idi. Gündüzü və gecəni onlar 12 saata bölürdülər. Misirdə günəş və su saatı ixtira edilmişdir.

    Ümumiyyətlə, elmi biliklər kənd təsərrüfatının, sənətkarlığın, tikinti işinin, gəmiçiliyin, ticarətin yüksəlməsinə böyük kömək etmişdir. Yazı biliklərin, bədii əsərlərin qorunub saxlanmasına, onların nəsillərdən nəsillərə, bir xalqdan başqa xalqlara keçməsinə imkan vermişdir.
    [redaktə / تحریر]
    Erkən padşahlıq

    Firon II Ramzesin (e.ə. 1279-e.ə. 1213) Əbu-Simbel məbədindəki daş təsviri

    Bu dövründə ilk iki sülalə hökmranlıq etmişdir. Misirin birinci fironu Narmer (Qədim Misir tarixçisi Manefonun məlumatına görə Mina) Aşağı Misir üzərində qələbə çalaraq ölkəni vahid dövlətdə birləşdirdi. Birinci Misir sülaləsinin hakimiyyəti dövründə Misirdə süni suvarma əkinçiliyi inkişaf etmiş, daş və mis alətlər təkmilləşdirilmiş, Memfis şəhərinin əsası qoyulmuş, mərkəzləşdirilmiş dövlət yaradılmış və işğalçılıq müharibələrinə başlanılmışdı.

    Təqribən b.e.ə. 3000-ci ildə cənub padşahlığının padşahı Şimal padşahlığını məğlub etdi və deltanı tutdu. Beləliklə, qüdrətli Misir dövləti yarandı. Dövlətin paytaxtı Memfis şəhəri oldu. Bundan sonra işğalçı yürüşlər başlandı. Şimali Afrikanın xeyli hissəsini tutan Misir padşahları ehramlar – sərdabələr tikməyə başladılar. Bu və ya digər padşahın böyüklüyünü ehramların böyüklüyü təcəssüm etdirirdi. Ən böyük ehram b.e.ə. 2600-cü ildə firon Xeops üçün Memfis yaxınlığında tikilmişdir. Ehramın hündürlüyü 150 m-dir. Onun ətrafına fırlanmaq üçün 1 km yol getmək lazımdır. Tikintidə 2300 daş işlənmişdir ki, onlardan da ən kiçiyinin çəkisi 2,5 tondur. 1889-cu ildə Eyfel qülləsi istifadəyə verilənədək Xeops ehramı yer üzündə insan əli ilə yaradılmış ən böyük tikili olaraq qalmaqda idi.

    Ehramların yaxınlığında boyük bir qayadan sfinks – insan başlı nəhəng aslan heykəli yonulmuşdur. Sfinksin hündürlüyü 20 m-dən çoxdur. Fironlardan biri sfinks şəklində əks olunmuşdur. Bu daş heykəl böyük vahimə yaratdığından yunan tarixçisi Herodot onu «dəhşətlər atası» adlandırmışdı. Ehramlar və sfinks misirlilərə fironun adi adamlar yox, qüdrətli allahlar olması fikrini aşılayır. Bundan əlavə, ehramlar və sfinks Misir fironlarının amansız hakimiyyətinin dilsiz şahidləri kimi indi də səhranın ortasında ucalmaqdadır.

    Üç min il bundan əvvəl Finikiya şəhərinin hakimi demişdir: "Amon bütün torpaqları yaratmışdır. Lakin Misir torpağını onların hamısından əvvəl yaratmışdır. Həmin yerdə ilk incəsənət və təlimlər meydana gəlmişdir".

    Fiva Misir padşahlığının yeni paytaxtı olarkən, artıq Misir öz inkişafının zirvəsinə çatmışdı. Qüdrətli hökmranlığı dövründə Misirdə elm və mədəniyyət inkişaf etməyə başlamışdı. İşarə-şəkillər – heroqliflər yaranmış, papiruslarda – yazılar yazılırdı.

    Category: YADDAŞ | Added by: roppi
    Views: 832 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Axtar

    Dostlarımız