F U L L

    Our poll

    Rate my site
    Total of answers: 32

    Statistika


    Cəmi: 1
    Qonaq: 1
    İstifadəçi: 0

    Login form

    E-mail:
    şifrə:

    Kataloq

    Main » Files » YADDAŞ

    Napoleonu çökdürən qadınlar
    2010-07-23, 1:37 AM
              

               Maraqlıdır ki, qadın qüvvəsi qarşısında aciz qalan Bonapartın həyatında elə də çox zərif cinsin nümayəndəsinə rast gəlinmir. Onun ilk xanımı Jozefina olub. Yəqin ki, bir çoxunuz bu adı eşitmisiz. Napoleon hələ general olmamışdan əvvəl bu xanımla rastlaşmışdı. Josefinanın keçmiş həyat yoldaşı Boqarneni bir il əvvəl edam eləmişdilər. Bununla da, dul gözəlçə Barrasanın məşuqəsi olmaqdan başqa özünə təsəlli tapa bilməmişdi. Napoleonla tanışlığa qədər bu münasibətlər davam edirdi. Görkəmli sərkərdə ona pərəstiş edərkən, onunla münasibət yaradarkən evlənmək ağlının ucundan belə keçməmişdi. Bonapartın bu xanıma vurulması üçün onda bütün keyfiyyətlər var idi. Zadəgan təbəqəsindən olması, gözəlliyi, cazibədarlığı, generaldan dul qalması və daim möhtəşəm geyimlərlə diqqəti cəlb etməsi kobud bir hərbçinin necə xoşuna gəlməyə bilərdi?! Napoleon sonda Jozefinaya aşiq olur və getdikcə onda daha çox müsbət keyfiyyətlər tapmağa başlayır.
     
              Evlilik, xəyanətlər, övladsızlıq və boşanma

            Qısa müddətdən sonra sözügedən cütlük evlilik həyatına qədəm qoymaq qərarına gəlir və çox keçmir bu fikir reallaşır. Yalnız bundan sonra fransız hökmdar nəyin necə olduğunu başa düşür. Imperatorun xanımı öz davranışı ilə Bonapartı tez-tez narahat edirdi. Əvvəlcə baş verənlərə məhəl qoymayan Napoleon sonradan hadisələrlə daha da yaxından maraqlanmağa başlayır. O, həyat yoldaşının ona başqaları ilə xəyanət etməsi şayiəsinin həqiqət olduğunu biləndə çox pis olur. Amma məşhur sərkərdə Jozefinanın danışıqlarından sonra boşanmaq qərarından vaz keçir. Napoleon İtaliyadan qayıtdıqdan sonra sevgilisinin onu aldatması fransız hökmdarı adekvat addımlar atmağa məcbur etmişdi. O, həyat yoldaşını özü ilə İtaliyaya aparmaq istəyir, amma ərköyün və nazlı xanım Parisi daha çox bəyənirdi və "sevgililər şəhəri”ni tərk etmək fikrində deyildi. Öz tilsimli dili ilə Bonapartı fikrindən daşındıran Jozefina yenə də xəyanətlərinə davam edirdi. Bir dəfə Misirə yollanan Napoleon bir neçə gündən sonra həyat yoldaşının onu aldatması xəbərini hətta fironun vətənində də eşitdi. Bu xəbərdən sonra özündən çıxan Fransanın lideri boşanmaq qərarını qətiləşdirərək geri qayıdır. Amma bu dəfə də dünyaya meydan oxuyan görkəmli sərkərdə qadın qüvvəsi qarşısında aciz qalır və bu dəfə də sevgilisinə "bəsdir” deyə bilmir. Amma bu hadisədən sonra Napoleon Jozefinaya nəzarəti gücləndirir və onun yanına qadınlardan ibarət mühafizə xidməti qoyulmasını təşkil edir. Bundan sonra Fransanın ərköyün və nazlı xanımı imperatora bir daha xəyanət etməmişdi. Amma bu evlilik sona qədər getmədi. Məlumdur ki, hər bir hökmdar özünün oğlan varisi olmasını istəyir ki, sülalənin davamı olsun və hakimiyyət əldən çıxmasın. Jozefinanın dünyaya uşaq gətirə bilməməsi evlilik həyatının başa çatması ilə nəticələndi.
               Bundan sonra Napoleon övladının olması üçün ailə qurmaq haqqında düşünməyə başlayır. Köməkçiləri və yaxınları ona Mariya-Luizanı məsləhət görür. İmperator sözügedən qadını yalnız şəkildən tanıyırdı. Mariya mavigözlü, açıq çəhrayı rəngli yanaqları olan bir xanım idi. Doğrudur, o, xarici görünüşü ilə kişiləri cəlb etmirdi. Onun çəkisinin artıq olması mənfi cəhət kimi qiymətləndirilsə də, sağlamlığı bütün mənfilərə göz yummağa imkan verirdi. Napoleon üçün əsas sağlam övladın dünyaya gəlməsi idi. Fransız hökmdar ona evlilik təklif etmək üçün sağ əli marşal Berteni Venaya göndərir. Özü isə böyük həyəcanla gələcək həyat yoldaşının yolunu gözləyirdi. Zaman keçdikcə imperator daha da gərgin duruma düşürdü, sıxılırdı. Nəhayət ki, Mariya gəlir və bütün bu əzablar bitir. Mariya ilə Napoleonun münasibətləri əvvəl-əvvəl yalnız simvolik xarakter daşısa da, sonradan Bonapart Luiza xanıma aşiq olur, ona xoş sözlər deyir, nəvazişlərini və oxşamalarını əsirgəmir. Mariya imperatora Jozefindan fərqli olaraq heç vaxt xəyanət etməmişdi. Onun soyuqluğu bəzən Napoleonu özündən çıxarsa da, o, sevgilisindən ayrılmaq fikrində deyildi. Napoleon onunla xoşbəxt idi. Amma bir müddət keçdikdən sonra Fransa hökmdarının işləri axsamağa başlayır, Fransanın taleyi sual altına düşür. O, Elba adasına getməli olur. Həyat yoldaşını yanına çağırmaq üçün dəfələrlə maktub yazmaq məcburiyətində qalır, ancaq bütün bu cəhdlər boşa gedir. Mariya heç bir məktuba cavab vermir. Napoleon isə məktubun çatmadığını və ya atasının münasibətlərə qadağa qoyması qənaətinə gəlir. Bütün baş verənlərə isə Mariya çox soyuqqanlı yanaşırdı və demək olar ki, heç bir reaksiya vermirdi. Napoleon Parisə gəlir və Fransaya əvvəlki qüdrətini qaytarmaq istəsə də, buna nail olmur. Bununla yanaşı, sevgilisi haqqında düşüncələr də onu rahat buraxmırdı. Bir neçə dəfə həyat yoldaşını qaytarmaq istəsə də, Mariya bir daha geri dönmür. Hökmdarın həyatının və fəthlərinin qürub çağı idi. Son zərbə isə Vaterloo döyüşü ilə qoyulur. Bundan sonra İngiltərəyə üz tutan Bonapart bir daha nə Luizanı, nə də oğlunu gördü. Beləliklə, Fransa imperiyası ilə birgə Napoleon da həm imperator kimi, həm də insan kimi çökmüş oldu.
    Category: YADDAŞ | Added by: full
    Views: 1029 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Axtar

    Dostlarımız