F U L L

    Our poll

    Rate my site
    Total of answers: 32

    Statistika


    Cəmi: 1
    Qonaq: 1
    İstifadəçi: 0

    Login form

    E-mail:
    şifrə:

    Kataloq

    Main » Files » Milli Qəhrəmanlar

    MÜBARİZ SƏN DAİMA QƏLBİMİZDƏ YAŞAYACAQSAN! "ŞƏHİDLƏR ÖLMƏZ,VƏTƏN BÖLÜNMƏZ"!!!
    2010-11-06, 11:20 PM
    Həyatı

    Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.

    Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

    Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
    [redaktə / تحریر]
    Qəhrəmanlığı

    19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı 1 kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur.

    Atası Ağakərim İbrahimovun dediklərindən: "Hadisənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki. Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhəddə tərəf gedin. Sonra da məktubunu tapmışdılar..."

    Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyası Prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində, Azərbaycan Respublikasının Tərtər rayonu istiqamətində Ermənistan hərbçilərinin hücumunu dəf edərkən 18 iyun 2010-cu il tarixdə şəhid olmuş Azərbaycan hərbçi İbrahimov Mübariz Ağakərim oğlunun meyiti 6 noyabr 2010-cu il tarixdə qarşı tərəfdən alınmışdır. Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmişdir[2].
    [redaktə / تحریر]
    Dövlət tərəfindən aldığı yüksək qiymət

    Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə aşağıdakılar qərara alınmışdır:
    1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.
    2. Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.[3]

    "Azərbaycanın Milli Qəhrəmanı M.A.İbrahimovun xatirəsinin əbədiləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyul tarixli 1040 nömrəli Sərəncamının 1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alınmışdır:
    Biləsuvar Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq, Biləsuvar şəhərindəki lisey-məktəb kompleksinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun adı verilsin.[4]

    “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov tankerlərindən birinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını verib. Mübariz İbrahimovun adını daşıyacaq gəmi oktyabr ayının 15-də Türkiyədə "Beşiktaş" gəmiqayırma zavodundan suya endiriləcək. Türkiyədə suya endiriləcək gəmi Milli Qəhrəman Mübariz İbrahimovun adını dünya sularında tanıdacaq.[5][6]
    [redaktə / تحریر]
    Son məktubu

    "Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin". [7] [8]
    [redaktə / تحریر]
    Haqqında

    VƏTƏN SAĞ OLSUN

    Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə

    Bir körpə dil açaraq Biləsuvar elində,
    Oddan-alovdan keçib böyüdü at belində.
    Çinartək boy ataraq igid pəhləvan oldu,
    Fərəhdən atasının gözü sevinclə doldu.
    İdman yarışlarından qayıdırdı üzü ağ,
    Onu görən deyirdi, arxamızdı, gəlir dağ.
    Çempion olan vaxtı dostları sevinirdi,
    Ana, üzərrik yandır, bacısı deyinirdi.
    Göz dəyməsin xalqımın qəhrəman övladına,
    Allah yetsin mərdlərin həmişə imdadına.
    Könüllü xidmət etdi, sərhəd bölgələrində,
    Gözləyirdi səngərdə, kəndin döngələrində.
    Azğınlaşmış erməni bizə pusqu qururdu,
    Türkü arxadan vurub, üzlərinə dururdu.
    Mübariz haqsızlığa dözə bilmədi, əlbət,
    Düşmənin qarşısında sinəsi sipər, həm sədd.
    Məktub yazdı "ay ana məndən qalma nigaran,
    Vətən sağ olsun” – dedi, göynəsədə qəlb yaram.
    Əgər mən qayıtmasam, məni bağışla, ana!
    Görən ana dərdindən alovlanıb kim yanar?
    Xeyir-dua alaraq anasından Mübariz,
    Ona tanış gəlirdi, işğalda qalan hər iz.
    Cəsur kəşfiyyatçıtək irəliyə şığıdı,
    Kolda-kosda gizlənən terrorçu bic-dığadır.
    Vətəni qoruyaraq düşmənin cəbhəsinə,
    Vəlvələ salıb çökdü mənfurun sinəsinə,
    Xeyli kafir qıraraq qisas aldı həmin an,
    Düşmənlər çaşqın qalıb, deyirdilər oy1 aman:
    - Bunu Allah göndərib bəlkə bizi qırmağa?
    Diri tutaraq onu tez keçirin qarmağa!
    Qırıb, çapdı düşməni, şəhid oldu qəhrəman.
    Hər an anılacaqdır keçdikcə zaman-zaman,
    Yağılar əsirdilər igidin nərəsiylə,
    O, düşmən gülləsini susdurdu sinəsiylə.
    Cəsədindən qorxurdu ermənilər həmin an,
    Görün neçə saqqallı yerdə gəbərib, inan!
    Ağır seyid övladı düşmənlə cihad etdi,
    Bir günəştək saçaraq dünyadan rahat getdi.
    Ali Baş Komandanım Qəhrəman adı verdi
    Mübariz uyan məkan əbədi cənnət yerdi.
    Tarixə qəhrəmantək şərəflə yazdı adın,
    Əbədi yaşayacaq mübariztək soyadın.
    Rauf İlyasoğlu - şair.
    Bütöv Azərbaycan qəzeti. 6 oktyabr 2010-cu il. № 38(37)

    MÜƏLLİF: ROPPİ
    MƏNBƏ :wikipedia.org

    Category: Milli Qəhrəmanlar | Added by: roppi
    Views: 1083 | Downloads: 0 | Comments: 1 | Rating: 3.5/2
    Total comments: 1
    0  
    1 $Nik$   (2010-11-06 11:21 PM) [Daxil]
    moonw

    Only registered users can add comments.
    [ Registration | Login ]

    Axtar

    Dostlarımız