F U L L

    Our poll

    Rate my site
    Total of answers: 32

    Statistika


    Cəmi: 1
    Qonaq: 1
    İstifadəçi: 0

    Login form

    E-mail:
    şifrə:

    Kataloq

    Main » Files » Psixoloji testlər

    BİR TƏBƏSSÜM YETƏR
    2010-09-15, 1:28 AM

    Bir təbəssüm yetər bizi bürüyən və bürüdükcə üzən, usandıran, məhv edən sıxıntılardan, bəlalardan, dərdlərdən uzaqlaşmağa.

    Bir təbəssüm yetər dünyanı qəmi, kədəri ilə bir kənara qoyub, xəyallar aləmində xoş gəzintilərə çıxmağa. Gözəl görüb, gözəl düşünməyə...

    Bir təbəssüm yetər "dünyəvi çirklərin” örtdüyü bir qəlbi işıqlandırmağa, sevgi, şəfqət, mərhəmət hisslərini oyandırmağa...

    Bir təbəssüm yetər bağlanmış ürəklərin kilidlərini sındırmağa, qəfəsdən pərvaz etmiş göyərçin tək onu "azadlığa” buraxmağa...

    Bir təbəssüm... Bir təbəssüm yetər, amma...

    Amma bu gün iş, vəzifə, var, dövlət, şan, şöhrət və s. bu kimi düşüncələrlə qəlblərini əsir etmiş bəşərdən bir təbəssüm, bir xoş söz, səmimi rəftar almaq artıq bir yuxuya, əl çatmaz bir arzuya çevrilib. Artıq ətrafa yayılan "səmimiyyətin” arxasında "sui-istifadə”, "xoş sözün” arxasında "riyakarlıq”, "təbəssümün” arxasında isə saxtakarlıq gizlənmişdir. İnsanlar insan olduqlarını, insanlığı unutmuşlar. Sanki, bu adda məfhum tarixlər boyu mövcud olmamımşdır. Bütün insani keyfiyyətlərini maddi zənginliklərə qurban vermiş bəşər öz məcrasından tamamilə çıxmış, insanlığın ən yüksək nöqtəsindən ən "alçaq” pilləsinə süqut etmişdir. Heyvanlarda belə mövcud olan vəfa, sədaqət duyğuları bəşər üçün yad kəlimələrə çevrilmişdir.

    Bütün bunlara göz yummaq, "çaqqalsız meşə olmaz” deməklə özümü aldatmaq istəsəmdə, bəşərin bu "tərs” özünə aldanmaq əlimdə deyil. Çünki, "çaqqalsız meşə olmaz” ifadəsi ilə təskinlik tapsamda, "çaqqalı çox olan meşədən də meşə olmaz” ifadəsi ilə ruhdan düşürəm. Ruhdan düşürəm, amma ümidimi itirmirəm, itirmərəm!

    Bardağın dolu tərəfindən baxaraq, nadirdə olsa "səmimi” insanların, "könül” insanlarının varlığı ilə rahatlıq tapıram. Nadirdə olsa bu gün bir təbəssümlə belə dünyanı, dünyaları qurtarmaq istəyi ilə yaşayan insanlarla könlümüz fərəhlənir, ümidlənirik.

    O insanlar ki, "bir təbəssüm belə yetər” deyərək insanların, insanlığın qəlbinə yol taparlar.

    O insanlar ki, çöhrələrindən heç bir zaman təbəssüm əskik olmaz... və hər bir kəsə açıqdır onların "bəşərin zülmətindən” qaralmayan ürəkləri.

    O insanlar ki, körpə uşaqlar kimi ətraflarına gülüşlər, təbəssümlər yayarlar.

    O insanlar ki, bir "şam” kimi yox, bir "günəş” tək parıldarlar. Həm özlərini nurlandırar, həm də ətraflarına nur saçarlar.

    O insanlar ki, bəzən istəmədən bir "tikanla” qəlbinizə toxunsalar belə, arxasından bir "qızıl güllə” bağışlanmalarını diləməyi də unutmazlar.

    O insanlar ki, ağıllarını qəlblərindən, qəlblərini də ruhlarından ayrı tutmazlar. Bu üç ölçü ilə həyata baxar, həyatlarını mənəvi zənginliklərlə həyatlandırarlar.

    "Əməl” qəhrəmanıdır onlar. Amma əməllərinin qarşılığını ağıllarından belə keçirməzlər. Nəticəyə yox, vəziflərinə diqqət yetirərlər. Vəzifələrinin təməlini isə qətiyyətlə vurğuladıqları "az”, lakin "öz” sözlərlə inşa edərlər.

    Bir təbəssüm yetər!

    Bəli, inanan, sevən insan üçün bir təbəssüm yetər, bəşərin bu çöküşünə son deməyə...

    Bir təbəssüm yetər yıxılanı "doğrultmağa”, doğrulanı isə ümidləndirməyə...

    Bir təbəssüm yetər sevgidən yoxsul düşmüş ürəkləri yenidən canlandırmağa, həyatlandırmağa.

    Bir təbəssüm yetər insana "insan” olduğunu xatırlatmağa, insanlığı qurtarmağa...

    Çünki, həyatın, bəşərin gözəlliyi o təbəssüm dolu çöhrələrdə gizlənmişdir...

    Category: Psixoloji testlər | Added by: LaZa | Tags: səmimi rəftar al, şan, bir xoş söz, var, Amma bu gün iş, şöhrət və s. bu kimi düşüncələrlə q, dövlət, vəzifə
    Views: 1014 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Axtar

    Dostlarımız