F U L L

    Our poll

    Rate my site
    Total of answers: 32

    Statistika


    Cəmi: 1
    Qonaq: 1
    İstifadəçi: 0

    Login form

    E-mail:
    şifrə:

    Kataloq

    Main » Files » Məqalə

    Qanunqüvvəli aktların anlayışı
    2010-08-26, 2:28 AM
             Ümumiyyətlə normativ-hüquqi aktlar hüququn normal , rəsmi ,yazılı,icbari və "milli” mənbəyidir.Normativ-hüquqi aktlar Azərbaycan dilinə rus və alman dillərindən keçmişdir.Hüquqi aktlar çoxdur.Ancaq "normativ-hüquqi aktlar” daha fərqlidir.
            Qeyri-normativ aktlar birdəfəlik aktlardır.Belə ,yəni qeyri-normativ aktlar icra orqanları tərəfindən qəbul olunur. Qeyri-normativ aktlar heç bir norma yaratmır,dəyişdirmir və ləğv etmir.Qeyri-normativ aktların hüquqi qüvvəsi onu qəbul edən orqanın səlahiyyətlərindən asılıdır.Qeyri-normativ aktlar,yəni qeyri-normativ aktlar konkret məsələyə həsr olunur və bir qayda olaraq müddətli aktlardır.
            Normativ aktlar əsasən ünvansızdır və əhatə dairəsi genişdir.Belə aktlar konkret şəxslərə deyil,sosial qruplara aiddir.Normativ aktlar dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulur.Həm icra ,həm qanunverici və həm də məhkəmə orqanları tərəfindən qəbul olunur.Normativ aktlar hüquq normalarını müəyyən etmək, dəyişdirmək və ləğv etmək imkanına malikdir.Normativ aktların hüquqi qüvvəsi onu qəbul edən orqanın səlahiyyətlərindən, onun təyinatı və mahiyyətindən ibarətdir.
            Normativ aktlar müəyyən münasibətlər dairəsini nizamlamaq üçün nəzərdə tutulur.Normativ aktlar əsasən müddətsizdir,burada büdcə qanunu istisnadır.Normativ-hüquqi aktlar müvafiq dövlət orqanı tərəfindən qəbul edilimiş,hüquq normalarında yaranan,dəyişdirilən və davamlı tətbiq üçün nəzərdə tutulan aktlardır. Normativ hüquqi aktlar içərisində qanunlar və qanunqüvvəli aktlar xüsusi yer tutur.Bu iki anlayışın həm oxşar,hə də fərqli cəhətləri var.İndi isə bu cəhətləri nəzərdən keçirək.
               Qanun sözü ərəb dilindən,ərəb dilinə isə latın dilindən keçmişdir.Qanun normativ-hüquqi aktın bütün xüsusiyyətlərinə malikdir.Qanunun xüsusi qəbuledilmə qaydası var.Burda iki məsələ ortaya çıxır.
            · subyekt:qanunu parlament və ya xalq qəbul edir( mütləq monarxiyalarda isə monarx)
           · prosedur:qanunvericilik prosesi ,əsasən 4 mərhələdən ibarətdir. Bu mərhələlər ardıcıllıqla keçirilməlidir.
            Hüquq nəzəriyyəsində hüquqi qüvvəsinə görə qanunların aşağıdakı növləri var:
             1. qanunlar,
             2. qanunqüvvəli aktlar,
            Bəzi müəlliflər isə normativ hüquqi aktların başqa bir təsnifatını aparır.Dövlət hüquqyaratmasının əsas subyektlərinə görə normativ-hüquqi aktları qanunverici hakimiyyət aktlarına; icraedici hakimiyyət aktlarına (qanunqüvvəli aktlar);məhkəmə hakimiyyəti aktlarına (ümumi xarakterli məhkəmə aktları) bölmək.
            Qanunqüvvəli aktlardan fərqli olaraq qanun müasir dövrdə dövlətin əsas normativ-hüquqi aktdır.O,ictimai həyatın və dövlət həyatının ən mühüm tərəflərini tənzimləyən hüquq normalarını özündə əks etdirir.Qanunun tərifini aşağıdakı kimi ifadə etmək olar: "Qanun dövlətin ali nümayəndəli orqanı tərəfindən xüsusi qanunvericilik qaydasında qəbul edilən, ali hüquqi qüvvəyə malik, ölkə əhalisinin maraq və tələbləri baxımından ən mühüm ictimai münasibətləri tənzimləyən normativ-hüquqi aktdır. Bu tərifdən hüququn əsas mənbəyi və ali hüquqi qüvvəyə malik normativ-hüquq akt kimi qanunun əlamətləri aşkar olunur:
     a) qanun dövlətin ali nümayəndəli orqanı tərəfindən və ya bilavasitə xalq tərəfindən referendum nəticəsində qəbul edilir;
    b) qanun şəxsiyyətin maraqlarının daha məqsədəuyğun şəkildə təmin edilməsini tələb edən,ictimai həyatın əsas,ən mühüm məsələləri üzrə qəbul olunur;
     c) qanunqüvvəli normativ-hüquqi aktlara xas olmayan xüsusi qanunvericilik qaqydasında qəbul edilir.
          Qanunun qəbulu dörd mərhələni əhatə edir:
    --qanun layihəsinin qanunverici orqana təqdim edilməsi;
    --qanun layihəsinin müzakirəsi ;
    --qanunun qəbul edilməsi;
    --qanunun dərc edilməsi və ya elan edilməsi.
             Qanunun referendum yolu ilə qəbul edilməsi də referendum haqqında qanunla nəzərdə tutulmuş qanunvericilik qaydasında həyata keçirilir;
    ç) qanun dövlətin hər hansı başqa bir orqanının təsdiqinə məruz qalmır.O yalnız qanunverici hakimiyyət tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər.Konstitusiya məhkəməsi və ya başqa anoloji məhkəmə parlamentin qəbulu etdiyi qanunu konstitusiyaya zidd hesab edə bilər, lakin həmin qanunu ancaq qanunverici orqan ləğv edə bilər;
    d) qanun dövlətin bütün hüquq sisteminin özəyidir:qanunlar normativ- hüquqi aktların bütün məcmusunun quruluşunu,onların hər birinin hüquqi qüvvəsini,onların bir-birinə münasibətdə qarşılıqlı subordinasiyanı müəyyən edirlər.
             Dövlətin normativ-hüquqi aktları sistemində qanunların aparıcı və müəyyənedici vəziyyəti qanunauyğunluğun əsas tələblərindən birini-ictimai münasibətlərin tənzimlənməsində qanunun aliliyini ifadə edir.Heç bir qanunqüvvəli akt qanunverici tənzimlənmə dairəsinə müdaxilə edə bilməz.O,qanuna uyğunlaşdırılmalı və ya təcili ləğv edilməlidir.
              Qanunlar öz növbəsində konstitusiyaya və adi qanunlara ayrılır.Konstitusiya qanunları dövlət və ictimai quruluşun əsaslarını,şəxsiyyətin və təşkilatların hüquqi vəziyyətini müəyyən edirlər.Konstitusiya qaydaları əsasında normativ-hüquq aktlarına,o cümlədən qanunlara münasibətdə ali hüquqi qüvvəyə malikdir.Adi qanunlar konstitusiya qanunlarına və aktlarına müvafiq surətdə qəbul edilir və fəaliyyət göstərirlər, ictimai həyatın müəyyən və məhdud sahələrini tənzimləyirlər.
            Qanunqüvvəli aktlarla qanunların fərqi eyni zamanda onların qanunvericilik sistemində tutduqları mövqe və yerdə də özünü biruzə verir.Qeyd etmək lazımdır ki, bu və ya digər ölkənin qanunvericilik sistemi fərqlidir və ölkənin forma və quruluşundan asılı olaraq dəyişkəndir.Bəs qanunvericilik sistemi nədir?Qanunvericilik sitemi ölkədə qüvvədə olan bütün normativ hüquqi aktların məcmusundan,əgər belə demək mümkündürsə ,onların müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmış toplusundan ibarətdir.
             Azərbaycan Respublikasının müvafiq qanuna əsasən normativ hüquqi akta aşağıdakı məzmunda anlayış verilmişdir; "Azərbaycan Respublikasının normativ hüquqi aktı səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilmiş,göstərişləri ümumi məcburi xarakter daşıyan,hüquq normalarını müəyyən edən ,dəyişdirən və ya ləğv edən,dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan rəsmi yazılı sənəddir”.
             Normativ – hüquqi aktlar xalqın və dövlətin iradəsini maddiləşdirir və özündə əks etdirir.Cəmiyyətin inkişafına və maraqlarına uyğun olaraq (xalqın iradəsi) dövlət ictimai münasibətləri qanuna gətirir,tanıyır və müdafiə edir(dövlətin iradəsi).Buna müvafiq olaraq sistemdə ən yüksək yer məhz konstitusiyaya məxsusdur.O,xalqın iradəsinin bilavasitə əks etdirir və referendum yolu ilə qəbul olunur.Ona görə də onun göstərişləri bütün digər qanunlar üçün məcburidir.
                Azərbaycan Respublikasının Konstitusiyasının 147-ci maddəsində onun qanunvericilik sistemində yeri dəqiqləşdirilir.Konstitusiyanın 147-ci maddəsində deyilir: I. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. II. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. III. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sistemini əsasıdır.
           İstənilən normativ hüquqi aktla konstitusiya arasında ziddiyyət yaranatsa,bu zaman konstitusiyanın norması götürülməlidir. Konstitusiyanın 147-ci maddəsinə əsaslanan bu müddəa de-lege prinsipinə əsaslanır.Yəni, aşağı hüquqi qüvvəyə malik olan akt yüksək hüquqi qüvvəyə malik olan akta əsaslanmalıdır. Konstitusiyanın birbaşa hüquqi qüvvəyə malik olması onun norma və müddəalarının hər hansı bir digər akta möhtac olmadan,onun tərəfindən konkretləşdirilmədən bilavasitə müxtəlif həyati məsələlərə tətbiq olunma imkanını nəzərdə tutur.
                                                                   
         14.05.2008                                                                                     Zaur Tağıyev
                                                                                                                 Hüquqşünas
                  
    Category: Məqalə | Added by: full
    Views: 1305 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Axtar

    Dostlarımız