F U L L

    Our poll

    Rate my site
    Total of answers: 32

    Statistika


    Cəmi: 1
    Qonaq: 1
    İstifadəçi: 0

    Login form

    E-mail:
    şifrə:

    Kataloq

    Main » Files » Məqalə

    PREZİDENT İLHAM ƏLİYEVİN SƏDRLİYİ İLƏ NAZİRLƏR KABİNETİNİN 2010-CU İLİN DOQQUZ AYININ SOSİAL-İQTİSADİ İNKİŞAFININ YEKUNLARINA HƏSR OLUNMUŞ
    2010-10-21, 3:56 PM

     

    Oktyabrın 20-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclası keçirilib. "2010-cu ildə nəzərdə tutulan bütün proqramlar uğurla icra olunub və Azərbaycan iqtisadiyyatı bu ilin 9 ayında da inkişaf edib” deyən dövlət başçısı bildirib ki, 2010-cu ilin ötən dövründə Ümumi Daxili Məhsul 4,1 %, qeyri-neft sektoru 5,2 %, sənaye istehsalı 3,1 % artıb. Azərbaycanda makroiqtisadi vəziyyətin sabit olduğunu və ölkədə güclü sosial siyasətin aparıldığını deyən dövlət başçısı qeyd etdi ki, bu il əhalinin pul gəlirləri 11 % artıb ki, bu da inflyasiyanı 2 dəfədən çox üstələyib. Bu il minimum əmək haqqının və pensiyanın da səviyyəsi artıb və gələcəkdə əhalinin pul gəlirlərinin artırılması üçün dövlət tərəfindən tədbirlər davam etdiriləcək. Ünvanlı sosial yardım proqramının uğurla icra olunduğunu və bu proqramın təxminən 600 min insanı əhatə etdiyini deyən Prezident İlham Əliyev 9 ayda təhsil, səhiyyə məsələlərinin həllinin, sosial infrastruktur layihələrinin icrasının diqqətdə saxlanıldığını bildirdi. Bu ilin əvvəlindən ölkədə 56 min yeni iş yerinin açıldığını deyən dövlət başçısı onu da qeyd etdi ki, 2003-cü ildən indiyə qədər Azərbaycanda 900 minə yaxın yeni iş yeri yaradılıb və bununla da işsizlik kimi çətin problemin tədricən həllinə nail olunub. Açılan iş yerlərinin 70 %-i özəl sektorda yaradılıb. Prezident İlham Əliyev hazırda Azərbaycanın valyuta ehtiyatlarının 28 milyard dollardan çox olduğunu da diqqətə çatdırdı.
    İlin sonuna qədər Azərbaycanda 50 milyon tondan çox neft, 28 milyard kubmetrdən çox qaz hasil olunacağını deyən dövlət başçısı bildirdi ki, ölkədə hasil olunan neft və qazın ixrac coğrafiyası getdikcə genişlənir. Ötən dövrdə Azərbaycanın qaz potensialının səmərəli şəkildə realizə edildiyini deyən Prezident İlham Əliyev onu da qeyd etdi ki, Azərbaycanda energetika sahəsində aparılan işlər bölgə və Avropa üçün mühüm əhəmiyyət daşıyır. Gələn ilin dövlət büdcəsinin artıq formalaşdığını deyən Prezident İlham Əliyev investisiya və sosial yönümlü olan 2011-ci ilin büdcəsində dövlət xərclərinin 12 milyard 700 milyon manat olacağını dedi. Dövlət başçısı bildirdi ki, gələn ilin büdcəsində hərbi xərclər 2 milyard 500 milyon manat təşkil edəcək. "Biz iqtisadiyyatımızı Azərbaycan xalqının zəhməti hesabına qururuq” deyən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan öz torpaqlarının işğal altında olması ilə heç vaxt barışmayacaq. Bu yaxınlarda ATƏT-in qiymətləndirmə misssiyasının işğal edilən ərazilərə səfər etdiyini xatırladan dövlət başçısı ümid etdiyini bildirdi ki, missiyanın hesabatı obyektiv, ədalətli hazırlanacaq və balanslaşdırılmış olmayacaq.
    "Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır” deyən dövlət başçısı Azərbaycanın prinsipial mövqeyindən heç vaxt dönməyəcəyini, illər keçdikcə Ermənistanla Azərbaycan arasındakı fərqin böyüyəcəyini və malik olduğu güclü hərbi potensialı ilə Azərbaycanın problemin həllinə nail olacağını diqqətə çatdırdı. Maliyyə naziri S.Şərifov, Dövlət Neft Fondunun icraçı direktoru Ş.Mövsümov və "Azərenerji” ASC-nin prezidenti E.Pirverdiyev bu ilin 9 ayında görülən işlər barədə məlumat verdilər. Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyinə görə, MDB-də I olduğunu, bu səviyyənin saxlanılması üçün ölkədə bütün imkanların mövcud olduğunu dedi. Prezident İlham Əliyev Azərbaycanın ixrac potensialının artırılması, ölkədə sənayeləşmə prosesinin sürətlə aparılması və Sumqayıt şəhərinin sənaye mərkəzinə çevrilməsi, ekologiya ili çərçivəsində yaşıllaşdırma ilə bağlı tədbirlərin davam etdirilməsi, Bakı buxtasının təmizlənməsi və buxtada yeni kanalizasiya sisteminin qurulması ilə bağlı tapşırıqlarını verdi. Prezident İlham Əliyev bu ilin mayında ölkədə baş verən təbii fəlakət nəticəsində evlərini itirən insanlar üçün qış başlayana qədər yeni evlərin inşasının davam etdirilməsi, bölgələrdə və paytaxtda yol-nəqliyyat infrastrukturu ilə bağlı yeni layihələrin icrası, paytaxtda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, sahibkarlığın inkişafına diqqətin göstərilməsi, ölkədə qazlaşdırma prosesinin daha sürətlə aparılması və bərpa olunan enerji mənbələrinin yaradılmasına dair tapşırıqlarını da verdi. Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, gələn il də Azərbaycan üçün uğurlu olacaq və nəzərdə tutulan bütün tədbirlər uğurla həyata keçiriləcək

     MƏNBƏ: WWW.AZTV.az

    Category: Məqalə | Added by: roppi
    Views: 837 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Axtar

    Dostlarımız