F U L L

    Our poll

    Rate my site
    Total of answers: 32

    Statistika


    Cəmi: 1
    Qonaq: 1
    İstifadəçi: 0

    Login form

    E-mail:
    şifrə:

    Kataloq

    Main » Files » Məsləhətlər

    Verilən sualdan Diplomatikcəsinə necə yayinmaq olar
    2010-08-26, 2:36 AM

            Gündəlik həyatımızda özümüzdən asılı olub-olmamasına baxmayaraq,tez-tez başqalarına sual verib cavab almağa,eyni zamanda bizə verilən suallara cavab verməyə çalışırıq.Bəzən isə,sərfəsiz suallar verə bilərlər və deyəcəyiniz istənilən fikrin sizin əleyhinizə yozula bilinəcəyindən ehtiyat edib, cavab labirintində dolaşıb qala bilərsiniz. Bəs, onda nə etməli? 
          
    a) Mövzuya əlavə mövzu daxil edib (yəni «söz arasına söz qatıb»), diqqəti getdikcə onun üzərinə yönəldin. Məs., bu cür: «Yeri gəlmişkən qeyd edim ki, o vaxt filan hadisə mənə bundan daha çox təsir etmişdi», «Siz soruşduğunuzdan daha maraqlı olanı budur ki,..», «Hə, elə əsas olanı budur,...» və s. Yaxud, «Yaxşı yadıma saldınız» deyib, bayaqkı söhbətlərdən hansısa birinə qayıdın və ona bəzi əlavə-düzəliş etməklə, diqqəti bu istiqamətdə yönəltməyə çalışın;
    b) «Bir qədər sonra bu məsələyə ətraflı şəkildə qayıdacağıq» – deyib, məsələni təxirə salın və sonra da, həmişəlik itirib-batırın;
    c) Cavabı müxtəlif tabular, yasaqlarla əlaqələndirin. Məs., bu cür: «Bu, çox şəxsi məsələdir və mən bunun geniş müzakirəyə çıxmasını istəmirəm», və ya bu cür: «Bilirsiniz, belə şeylər barədə nəinki danışmaq, hətta düşünmək belə mənim təbiətimə ziddir», yaxud da zarafatla bu cür: «Bu, çox ‘‘məxfi’’ informasiyadır». Eyni qayda ilə, onu açıqlamağın hələ vaxtının çatmadığını, bunun zamana ehtiyacı olduğunu və s. bildirmək də, bu qəbildən olan cavablardandır;
    d) Sualı ondan daha çətin olan digər bir sualla qarşılayın və hücumu onun öz üzərinə yönəldin. Məs., bu cür: «Bəs, siz bu sualı filan vaxtı niyə vermirdiniz?», «Bəs, siz özünüz bu barədə nə düşünürsünüz (fikirdəsiniz)?», «Siz nəyə görə bunu bilməyə belə can atırsınız?» və s;

    e) Sualı səviyyəsiz hesab edib, belə cılız şeylərə vaxt itirməyi özünə yaraşdırmadığınızı bəyan edə bilərsiniz: «Sən yazığın ağlına bundan daha yaxşı sual gəlmir?» və ya «gələ bilməz!»;
    f) Cavabdan birbaşa olaraq qaça və ya sual kiminsə bir başqasının üstünə yönəldə bilərsiniz. Məs., bu cür: «Bu, filankəsin sahəsinə aid məsələdir və elə onun özündən də soruşun», və ya: «Mənim diskussiya (polemika, bazar...) açmağa vaxtım yoxdur», yaxud: «Xahiş edirəm mövzuya (söhbətə) birbaşa aidiyyatı olmayan suallar verməyəsiz» və yaxud: «Bu cür suallara bir başqa vaxtda təklikdə cavab verərəm» və s..;
    g) Sualı təkrar soruşub, bu müddətdə onu başdan etməyin yollarını götür-qoy etmək üçün vaxt qazanın;
    h) Nəhayət, istənilən sualdan yayınmağın daha bir və ən kəsə metodu – «yadımdan çıxıb» deməkdir. Bu, məhz elə bir cavabdır ki, hətta cinayət məcəllələrində də, ona qarşı heç bir maddə nəzərdə tutulmur, hansı ki, cavabdan yayınmağın digər üsullarına, eləcə də, yalan ifadəyə görə, qanunla cinayət məsuliyyəti nəzərdə tutulur.
    Category: Məsləhətlər | Added by: full
    Views: 788 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Axtar

    Dostlarımız