F U L L

    Our poll

    Rate my site
    Total of answers: 32

    Statistika


    Cəmi: 1
    Qonaq: 1
    İstifadəçi: 0

    Login form

    E-mail:
    şifrə:

    Kataloq

    Main » Files » Məsləhətlər

    TAUN
    2010-09-14, 1:26 AM

    Taun (lat. pestis),(XBT kodu A20.) – insan və heyvanlarda kəskin təbii ocaqlı, epidemik yayılmağa meyilli, taun çöpü (lat. Yersinia pesis) tərəfindən törədilən transmissiv infeksion xəstəlikdir. O, kəskin qızdırma, ağır ümumi intoksikasiya və limfatik düyünlərin, ağciyərin və başqa orqanların hemorragik-nekrotik iltihabı ilə təzahür edir. Endemik və pandemik yayılma imkanına görə taun "Beynəlxalq tibbi-sanitariya qaydalarının" şamil olduğu xüsusi təhlükəli karantin infeksiyaları qrupuna aid edilir. 1894-cü ildə fransız alimi A. Yersen və yapon alimi S. Kitazato xəstəliyin törədicisini kəşf etmişlər. Taun epidemiyaları dövri olaraq dünyanın bir çox ölkəsini əhatə edirdi. Birinci pandemiya VI əsrdə Şərqi Roma imperiyasında baş vermiş və bir çox ölkəni əhatə etmişdi. Qara ölüm adlanan ikinci pandemiya XIV əsrdə, üçüncü pandemiya isə XIX əsrin sonunda olmuşdur (xəstəliyi dəniz gəmillərindəki siçovullar yaymış və dünyanın 100-dən artıq limanında epidemiya baş vermişdi). XIV əsrdən başlayaraq Rusiyada, o cümlədən bir neçə dəfə Moskvada, XIX əsrdə Zabaykalyedə, Zaqafqaziyada, Prikaspidə, XIX əsrin sonu - XX əsrin əvvələrində Odessa və Qara dənizin başqa limanlarında (bunu da siçovullar yaymışdı), XX əsrdə isə Hindistanda taun geniş epidemiyası qeydə alınmışdır.
    Taun təbii ocaqlarla xarakterizə olunur. Taunun inkubasiya dövrü 2-6 gündür. Xəstəlik titrətmə, başağrısı, yüksək temperaturla başlayır. Diaqnostika üçün bakterioloji və seroloji üsuldan istifadə olunur.
     
    Tarixi məlumat
    Taun epidemiyası çox qədimdən, eramızdan xeyli əvvəl məlumdur. Xəstəliyin adı "cuma" (paxla) ərəb sözündən törəmişdir. Bunun səbəbi infeksiyanın tez-tez baş verən xarakterik simptomudur - iltihablaşmış limfatik düyünlərin böyüyərək xarici görünüşünə görə paxlaya bənzəmələridir. Taun çox vaxt milyonlarla insanın ölümünə bais olan, böyük əraziləri viran qoyan pandemiya xarakteri almışdır. Bəşər tarixində taunun üç pandemiyası məlumdur. 527-ci ildən 580-ci ilə qədər davam edən birinci pandemiya tarixə "Justinianın taunu" adı ilə daxil olmuşdur. O, Misirdə başlamış, Aralıq dənizinin liman şəhərlərinə və digər Yaxın Şərq ölkələrinə yayılmış və Avropaya keçmişdir. Bu pandemiya zamanı təxminən 100 min insan tələf olmuşdur. Rəvayətə görə 590-cı ildə taun epidemiyası zamanı Papa Böyük Qriqori Adrian qəsrinin üzərində Mələk Mikayılı taun epidemiyasının sonunun çatmasına işarə olaraq, qılıncını qınına qoyarkən görmüş və o vaxtdan qəsr Müqəddəs Mələk qəsri adlandırılmağa başlanmışdır.[1] "Böyük", yaxud "qara ölüm" adlı, 50 milyondan artıq insan təlafatına səbəb olmuş ikinci pandemiya 1334-cü ildə Çində baş vermiş, sonralar Hindistana, Afrikaya və Avropaya yayılmışdır. 1352-ci ildə Avropanın əhalisinin 1/3 hissəsi, 25 milyon adam taundan məhv olmuşdur.[2] 1364-cü ildə taun Asiyadan Rusiyanın şimal-qərb, mərkəzi və cənub-şərq vilayətlərinə keçmişdir... 1442-ci ildə Venesiyada və demək olar ki, eyni vaxtda Rusiyada ilk dəfə olaraq taun əleyhinə karantin tədbirləri tətbiq edilmişdir.

    Taunun üçüncü pandemiyası 1894-cü ildə Honkonqda başlamış bir milyondan çox insanın təlafatına səbəb olmuşdur. Sonrakı 10 ildə taun dünyanın bütün kontinentlərinin 87 liman şəhərlərinə yayılmışdır, 12 milyondan artıq adam qırılmışdır. Taunun üçüncü pandemiyası zamanı böyük kəşflər edilmişdir: törədici mikrob ayrılmış (Q.İ. Minx, 1878, A. İersen) S. Kitazato 1894, xəstəliyin yayılmasında siçovulların, çöl gəmiricilərinin və birələrin rolu müəyyənləşdirilmiş, taunun təbii ocaqlılığı aşkar edilmişdir. (D.K. Zabolotnı, 1912), 1802-ci ildə D. Samoyloviç birinci dəfə taun əleyhinə ilk vaksinasiya təşəbbüsü göstərmişdir. Effektiv vaksina 1926-cı ildə V.A. Xavkin və başqaları tərəfindən işlənib hazırlanmışdır.
    Taun əleyhinə elmi əsaslandırılmış tədbirlərin həyata keçirilməsi XX əsrdə dünyada taun epidemiyasını aradan qaldırmağa imkan vermişdir, lakin xəstəliyin sporadik halları bu və digər ölkələrdə təbii ocaqlarda həmişə qeyd edilir.
     
    Etimologiyası

    Taunun lat. Yersinia pestis törədici mikrobu - taun çöpü bir növ kimi proteobakteriyalar tipinin, qamma-proteobakteriyalar sinifinin, enterobakteriyalar ailəsinə məxsus lat. Yersinia cinsinə aiddir. O, 1,5-2 x 0,5-0,7 mkm ölçüsündə, avoidşəkilli, ucu dəyirmi, hərəkətsiz oid çöpdür. taun mikroblarının uzunsov, dənəvər, sapşəkilli və süzülən formalarının meydana çıxması ilə polimorfizmi təsvir edilmişdir.
    Taunun törədici mikrobu spor əmələ gətirmir, kapsulu vardır, qrammənfidir, anilin boyaları ilə asan (ucları isə daha intensiv) rənglənir (bipolyar rənglənmə). lat. Y. pestis fakultativ anaerobdur. 25-30°C-də və pH 6,9-7,2 olduqda duru və bərk qida mühitlərində yaxşı inkişaf edir. R -virulent və S -avirulent formalı koloniyalar əmələ gətirir. Qida mühitinə təzə və ya hemolizəolmuş heyvan qanı çatdıqda mikrobların inkişafına stimullaşdırıcı təsir göstərir.
    lat. Y. pestis ekzo- və endotoksin əmələ gətirir, tərkibində termostabil somatik və termolabil kapsul antigenləri və s. (cəmi 20 antigen) vardır. lat. Y. pestis-in somatik antigeni başqa persinlərin antigenlərinə identikdir. kapsul antigeni taun törədici mikrobunun virulent ştammları üçün spesifik sayılır, immunigen aktivliyə malikdir.
    Taunun törədici mikrobunun orqanizmdən kənarda davamlılığı onlara xarici mühit amillərinin təsir xarakterindən asılıdır. Temperatur düşdükcə bakteriyaların yaşama müddəti artır. Qida məhsullarında, suda və məişət əşyalarında lat. Y. pestis 3 aya qədər, bubon irinində 40 gün, qanda və bəlğəmdə 1 ay və daha çox qalır. 55°C- də onlar 10-15 dəq.-sonra 100°C-də bir neçə saniyə sonra məhv olur. Adi dezinfektantlar işçi konsentrasiyada (sulema 1:1000, 3-5%-li lizol məhlulu, 3%-li karbol turşusu, 105-li əhəng südü) və (antibiotiklər), (streptomisin, tetrasiklin, xloramfenikol) lat. Y. pestis-əöldürücü təsir göstərir.
     
    Epidemiologiyası

    Taunun təbii, birincili ("vəhşı taun" - lat. Silvalia plagne) və sinantrop ikincili ("şəhər", "port taunu") ocaqları ayırd edilir. Vəhşi gəmiricilər (tauntörədici mikroblarının təbii rezervuarları) və onların eksparazitləri (birələr) ilə əlaqədar olan təbii ocaqlar, Avstraliya istisna edilməklə bütün qitələrdə, çöl, yarımsəhra və səhra zonalarında mövcuddur. Gəmiricilərin və onların birələrinin populyasiyasının mövcudluğu imkanının müəyyənləşdirən coğrafi iqlim şəraitindən asılı olaraq təbii ocaqlarda lat. Y. pestis qalır.
    Təbii ocaqlarda taun mikrobunun daşıyıcıları olan vəhşi gəmiricilərin 300-ə yaxın növü və yarımnövü aşkar edilmişdir. lat. Y. pestis-in mühafizə edilməsində əsas rolu sünbülqıran, marmot (tarbaqan), qum siçanı, dağ siçanı, çöl siçanları oynayır. Bundan əlavə Afrikada bəzi siçanların: qara, həbəş, çoxməməli və kolluq siçovulların mühüm rolu qeyd edilməlidir.
    Taun sinantrop ocaqlarında taun infeksiyasının əsas rezervuarı və mənbəyi hələ qədim dövrlərdə vəhşi təbiətdən insan məskənlərinə keçmiş, taun mikrobunu da özləri ilə gətirmiş boz siçovul və ya siçovul (lat. Rattus norvegicus), qara siçovul (lat. Rattus rattus) və kürən siçovullardır (lat. Rattus alexandrinus). Nəqliyyat vasitələrinin, xüsusən dəniz nəqliyyatının inkişafı siçovulların birinci toplandığı yerdən dünyanın bir çox ölkələrinə yayılmasına səbəb olmuşdur. Taun vəhşi gəmiricilərdən siçovullara keçdiyi kimi, siçovullardan da vəhşi gəmiricilərə keçir.


    Hər iki tip taun ocaqlarında törədici mikrobların yayıcıları birələr sayılır. lat. Y. pestis ilə spontan infeksiyalaşma birələrin 120-dən artıq növündə və yarımnövündə aşkar edilmişdir. Taun törədici mikroblarının daha aktiv yayıcıları siçovul birələri (lat. Xenopsylla cheopis), insan mənzil birələri (lat. Pulex irritans) və marmot yuvası gənələridir (lat. Oropsylla silativc).
    Birələrin taun mikrobu ilə intensiv yoluxması gəmiricinin məhv olmasından əvvəl nəzərə çarpan bakterimiya dövründə baş verir. İnfeksiyalaşmış birə ancaq taun bakteriyaları onun mədəönündə artıb çoxaldıqdan sonra yoluxdurucu olur. Mikroblar mədəönü boşluğunda artıb çoxaldıqdan sonra əmələ gətirdikləri həlməşik kütlə ("taun bloku və ya tıxacı") ilə onu tamamilə doldurur. Belə birələr qan sormağa çalışır lakin "taun tıxacı" qanın mədəyə daxil olmasına mane olur, bunun nəticəsində qan və onunla yuyulmuş bakteriyalar güclü təkanla birənin dişlədiyi yerdə yaraya geri qayıdır.

    Müalicəsi

    Tunun bubon formasında ölüm halları 27-95%, ağciyər forfasında demək olar ki, 100%-dir. Hal hazırki dövrdə düzgün müalicə fonunda ölüm halları 5-10% təşkil edir.
    Tauna tutulmuş xəstələr ciddi təcrid edilməli və məcburi hospitallaşdırılmalıdırlar.
    Taunun etiotrop müalicəsində antibiotiklər: yüksək dozalarda təyin olunan tetrasiklin, streptomisin və levomisetin əsas əhəmiyyət kəsb edir. Taun üzrə ÜST (Ümumdünya Səhiyyə təşkilatı) ekspertlər komitəsi (1917) birinci iki sutka ərzində tetrasiklini 4-6 q dozada yeritməyi məsləhət görmüşlər. Xəstəliyin ağır forması zamanı preparatı birinci sutka ərzində vena daxilinə vurur, sonralar daxilə təyin edirlər.
    Streptomisin taunun bütün formalarında effektlidir. Bubon formasında streptomisinin başlıca dozası hər 8 saatdan bir 1000000-1500000 TV (təsir vahidi), sonradan 500000-1000000 TV təşkil edir. Sutkalıq doza 2,5-3,5 q-a bərabərdir. Bədən temperaturu düşdükdən sonra, adətən, müalicənin əvvəlindən 36-48 saat preparatı sutkalıq dozanın yarısı qədər 3-5 gün ərzində yeridirlər. Taunun septik və ağciyər formalarında streptomisini 4,5-5 q, bədən temperaturu düşdükdən sonra sutkada 2-2,5 q (5-7 gün) təyin edilir.
    Streptomisinə alternativ monomisin və ya tetrasiklin törəmələri ola bilər, monamisin əzələ daxilinə 250000-500000 TV (gündə 4 dəfə), oksitetrasiklin əzələ daxilinə 200000 TV (hər 6 saatdan bir) və ya oksitetrasiklin, xlortetrasiklin, dibiomisin 500000-1000000 TV (gündə 6 dəfə) daxilə təyin olunur. Başqa antibiotiklərdən morfosiklin, ampisillin, ampioks, ikinci infeksiya ilə ağırlaşma hallarında isə kefzol, separin, oksasillin, metisillin məsləhət görülür.
    Taunun orqanizmə yayılmış formalarında 8 saatlıq interval ilə sutkada 3 dəfə streptomisinlə (250000-500000 TV) xlortetrasiklinin (500000 TV) birlikdə təyin edilməsi effektlidir. Taunun birincili ağciyər və ya birincili septik formasının müalicəsi üçün streptomisinin sutkalıq dozasını 1000000-2000000 TV-nə qədər, tetrasiklininkini 2 q-a artırırlar.
    Taun mikroblarına antibiotik terapiyanın effektivliyini və məqsədyönlü təsirini artırmaq üçün tauntörədici mikrobların antibiotiklərə qarşı imkan daxilində həssaslığını müəyyənləşdirmək faydalıdır. Bu zaman yüksək həssas antibiotiklər və ya birləşdirilmiş preparatlar təyin edilir.
    Taun bubonlarının tədricən sorulması ilə əlaqədar olaraq antibiotiklərin "yerli", yəni bubon daxilinə təyin edilməsini məsləhət görmək olar. Antibiotiklər 3-5 dəfə yeridildikdən sonra bubon daha tez sorulur. Yerli olaraq həmçinin müxtəlif məlhəm sarğıları tətbiq edilir.
    Bubonların özbaşına deşilməsi hallarında nekrotik və irinli kütlələrin daha yaxşı çıxması üçün natrium-xloridin hipertonik məhlulu və furasilinlə hopdurulmuş salfet sarğı müvəffəqiyyətlə tətbiq olunur.
    Antibiotiklərlə müalicə ilə yanaşı dezintoksikasion patogenetik terapiya da aparılır. Müalicə qurtardıqdan üç dəfə (2, 4, 6 gün sonra) bəlğəm, tənəffüs yolları seliyi və nəcis kütləsi punktatını mütləq bakterial nəzarətdən keçirirlər. Xəstələr stasionardan tam klinik sağalandan və bakterioloji müayinə mənfi nəticə verdikdən sonra evə buraxılırlar. Taun xəstəliyinin rekonvalessentləri 3 ay müddətində dispanser nəzarətində qalırlar.
     
     
     
     
     
    Category: Məsləhətlər | Added by: LaZa
    Views: 919 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Axtar

    Dostlarımız