F U L L

    Our poll

    Rate my site
    Total of answers: 32

    Statistika


    Cəmi: 1
    Qonaq: 1
    İstifadəçi: 0

    Login form

    E-mail:
    şifrə:

    Kataloq

    Main » Files » DİN

    Həzrəti Nuh Peyğəmbər (ə.s.)
    2010-10-19, 0:22 AM

    Yer üzündə fitnə-fəsad tüğyan etdiyi və bütlərə sitayiş edildiyi bir vaxtda Uca Allah bəndəsi və rəsulu Nuhu (ə.s.) Allaha heç bir şərik qoşmadan təkcə Ona ibadət etməyə və qeyri-tanrılara ibadəti qadağan etmək üçün peyğəmbər olaraq göndərdi.

    Nuh (ə.s.) Uca Allahın yer üzünə göndərdiyi ilk rəsul idi. İki səhih kitabda (Buxari, № 4712; Muslim, № 194) şəfaət haqqında olan hədisdə Peyğəmbərin (ə.s.) belə dediyini rəvayət edir: "İnsanlar Adəmin (ə.s.) yanına gələrək deyəcəklər: Ey Adəm! Sən bəşəriyyətin atasısan, Allah səni Öz əli ilə yaradıb, ruhundan üfürüb, mələklərə əmr edib onlar da sənə səcdə edib, səni cənnətdə məskunlaşdırıb. Rəbbinin yanında bizim üçün şəfaətçi ola bilmərsən? Bizim nə kökdə olduğumuzu görürsən".

    Adəm (ə.s.) cavabında deyir: Rəbbim heç olmadığı kimi çox qəzəblənib. Əvvəl heç vaxt belə qəzəblənməyib. Heç bundan sonra da belə qəzəblənən deyil. Rəbbim mənə o ağacdan yeməyi qadağan etdi, mən isə Ona asi oldum. Ah nəfsim, ah nəfsim. Başqasının yanına gedin. Nuhun (ə.s.) yanına gedin.

    Onlar Nuhun (ə.s.) yanına gəlib deyəcəklər: Ey Nuh! Sən yer əhlinə göndərilmiş ilk rəsulsan. Allah səni "şükür edən bəndə" adlandırıb. Sən bizim halımızı görürsən. Sən işin nə yerə gəlib çatdığını görürsən. Sən bizim üçün Allahın yanında şəfaətçi ola bilərsənmi?

    Nuh (ə.s.) cavabında deyir: "Rəbbim heç olmadığı kimi çox qəzəblənib. Əvvəl heç vaxt belə qəzəblənməyib. Heç bundan sonra da belə qəzəblənən deyil. Ah nəfsim, ah nəfsim".

    Sonra hədisin ardı qeyd olunur. Bunu Buxari Nuhun (ə.s.) hekayəti (№ 3340) barədə danışarkən qeyd etmişdir.

    Uca Allah Nuhu (ə.s.) göndərdikdə o insanları ibadəti tək Allaha məxsus etməyə və heç bir şeyi ona şərik qoşmamağa çağırmağa başladı. O deyirdi ki, Allahla bərabər heç bir bütə, heykələ və ya tağuta ibadət etməyin. Allahın vəhdaniyyətini etiraf edin. Ondan başqa haqq tanrının və rəbbin olmadığını təsdiq edin. Uca Allah Nuhun (ə.s.) zürriyətindən olan bütün peyğəmbərlərə eyni təbliğatı aparmağı əmr etmişdir. Uca Allah buyurur: «Məhz onun nəslini baqi etdik» («Saffat» surəsi, 77).

    Nuh və İbrahim (ə.s.) haqqında isə belə deyilir: «Peyğəmbərliyi və kitabı onların nəslinə verdik» («Hədid» surəsi, 26). Nuhdan sonra gələn hər bir peyğəmbər, o cümlədən də İbrahim onun nəslindəndir.

    Uca Allah buyurur: «Biz hər bir ümmətə: "Allaha ibadət edin və tağutdan çəkinin" - deyə əmr edən rəsul göndərdik» («Nəhl» surəsi, 36).

    «Səndən öncə göndərdiyimiz peyğəmbərlərimizdən soruş: "Biz Rəhmandan başqa ibadət olunacaq bir tanrı yaratmışıqmı?" («Zuxruf» surəsi, 45).

    «Səndən əvvəl göndərdiyimiz hər bir elçiyə: "Məndən başqa haqq tanrı yoxdur, Mənə ibadət edin!" - deyə vəhy edirdik» («Ənbiya» surəsi, 25).

    Bu səbəbdən Nuh (ə.s.) öz qövminə belə deyirdi: «Tək Allaha ibadət edin, sizin Ondan başqa tanrınız yoxdur. Mən başınıza gələcək böyük günün əzabından qorxuram» («Əraf» surəsi, 59).

    «Ondan başqasına ibadət etməyin. Mən başınıza gələcək ağrılı günün əzabından qorxuram» («Hud» surəsi, 26).

    «Nuh dedi: Ey qövmüm! Mən sizi açıq-aşkar xəbərdarlıq edən peyğəmbərəm. Allaha ibadət edin, Ondan qorxun və mənə itaət edin...» («Nuh» surəsi, 2-14).

    Nuh Peyğəmbərin (ə.s.) öz tayfasını müxtəlif üsullarla: gecə və gündüz, gizli və aşkar, bəzən rəğbət, bəzən isə qorxu ilə dəvət edirdi. Amma bu üsulların heç biri onlara fayda vermirdi. Onların əksəriyyəti öz azğınlığında israr edir, bütlərə və heykəllərə sitayiş edir, üstəlik Nuha (ə.s.) qarşı hər an üçün düşmənçilik planları cızırdılar. Onu və iman gətirənləri təhqir edir, onları daşqalağa basmaq və sürgün etməklə təhdid edirdilər. Əzab-əziyyət verib hədlərini aşırdılar.

    «Qövmün ağaları və adlı-sanlı adamları dedilər: Biz sənin açıq-aşkar azdığını görürük. Nuh isə dedi: Ey qövmüm! Mən heç yolumu azmamışam. Mən sadəcə olaraq aləmlərin rəbbi tərəfindən göndərilmiş rəsulam» («Əraf» surəsi, 60-61). Mən sizin iddia etdiyiniz kimi, yolumu azmamışam. Mən düz hidayət yolundayam. "Bir şeyə ol deyib əmr etməklə dərhal var edən aləmlərin rəbbi Allah tərəfindən peyğəmbər kimi göndərilmişəm". «Mən sizə rəbbimin buyurduqlarını çatdırır və öyüd-nəsihət verirəm. Allahdan gələn vəhy ilə sizin bilmədiklərinizi bilirəm». («Əraf» surəsi, 62). Peyğəmbər fəsahət, öyüd-nəsihət sahibi olmalı və Allahı hamıdan yaxşı tanımalıdır.

    Qövmü ona qarşı çıxır və deyirdilər: «Biz səni özümüz kimi adi bir insan sayır və içimizdən yalnız ən səfil insanların düşüncəsiz halda sənə tabe olduqlarını görürük. Sizin bizdən heç bir üstünlüyünüz yoxdur, əksinə biz sizin yalançı olduğunuzu zənn edirik» («Hud» surəsi, 27).

    Onlar bəşər övladının peyğəmbər olmasını təəccüblə qarşılayır, ona tabe olanlara hörmətsizlik edir və onları ən səfil insanlar hesab edirdilər. Rəvayətlərdə də ona tebe olanların zəif təbəqənin adamları olduğu deyilir. Necə ki, Herakl (Yəqin ki, müəllif burada Peyğəmbərin (s.a.v.) məktub göndərdiyi Heraklı nəzərdə tutur. O da Peyğəmbər (s.a.v.) haqqında soruşanda belə bir ifadə işlətmişdi. (tərc.)) demişdi: "Onlar peyğəmbərlərin tərəfdarlarıdır". Çünki, bu kimi insanların haqqa boyun əymələrinə heç nə mane olmur.

    Onlar «Düşüncəsiz halda tabe olublar...» - deməklə, sən onları dəvət edən kimi onlar da düşünmədən tələm-tələsik addım atıblar. Onların bu ittihamları əslində həmin adamların təriflənməsi üçün işlədilən məqamdır. Allah onlardan razı olsun. Çünki, açıq-aşkar surətdə deyilən haqqı qəbul etmək üçün dərin düşünmək və ya götür-qoy etmək lazım deyil. Haqqa tabe olmaq və dərhal əməl etmək lazımdır.

    Nuh (ə.s.) qövmünün kafirləri ona və iman gətirənlərə deyərdilər: «Sizin bizdən heç bir üstünlüyünüz yoxdur», yəni, siz iman gətirdiyinizi dedikdən sonra üzərimizdə heç bir əmriniz və ya üstünlüyünüz görsənmir. «Biz sizin yalançı olduğunuzu zənn edirik».

    «Nuh dedi: "Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir möcüzəyə istinad etsəm, O da Öz tərəfindən mənə bir mərhəmət bəxş edibsə, siz onu görmək istəməyib kor qaldığınız bir halda, biz sizi ona inanmağa məcburmu edəcəyik?» («Hud» surəsi, 28). Bu onlarla xoş danışıq və dəvətdə mülayimlik nümunəsidir. Uca Allah buyurur: «Onunla mülayim danışın. Bəlkə öyüd-nəsihət qəbul edər və ya Allahdan qorxar» («Taha» surəsi, 44). «Rəbbinin yoluna hikmət və gözəl sözlərlə dəvət et. Onlarla ən gözəl şəkildə mübahisə et» («Nəhl» surəsi, 125). Nuhun (ə.s.) bu sözləri də ayələrdə deyilən dəvət üsulundandır.

    Nuh (ə.s.) onlara deyir ki, «Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir möcüzəyə istinad etsəm, O da Öz tərəfindən mənə bir mərhəmət bəxş edibsə...» yəni, peyğəmbərlik bəxş edibsə, «siz onu görmək istəməyib kor qaldığınız bir halda», yəni, siz onu başa düşmək istəmədikdə, «biz sizi ona inanmağa məcburmu edəcəyik?» Bu halda sizi dəvət etmək üçün heç bir yol qalmır.

    «Ey qövmüm! Mən buna görə sizdən mal-dövlət istəmirəm. Mənim mükafatımı Allah verəcəkdir» («Hud» surəsi, 29). Mən dünyada və axirətdə sizə fayda verəcək işləri təbliğ etdiyim üçün sizdən mal-dövlət istəmirəm. Mənim Allahdan savab diləməyim sizin mənə verəcəyinizdən daha xeyirli və daimidir.

    «Mən iman gətirənləri qovan deyiləm. Onlar rəbblərinə qovuşacaqlar. Lakin mən sizi cahil bir toplum görürəm» («Hud» surəsi, 29). Kafirlər Nuhdan (ə.s.) tələb edirdilər ki, iman gətirənləri başından etsin. Əgər o bunu etsə, onda onlar iman gətirəcəklər. Amma Nuh (ə.s.) bundan imtina etdi və dedi: «Onlar rəbblərinə qovuşacaqlar». Yəni, qorxuram, əgər onları qovsam, onlar da məndən Allaha şikayət edərlər.

    «Allahın xəzinələrinin məndə olduğunu demirəm, nə qeybi bilmirəm, nə də mələyəm demirəm («Hud» surəsi, 31). Yəni, mən qul, bəndə peyğəmbərəm. Mən yalnız Allahın mənə bildirdiyini bilirəm, bundan başqa Onun elmindən heç nə bilmirəm. Onun verdiyi güc daxilində hərəkət edirəm, Onun istəyi olmadan özümə nə bir xeyir, nə də ziyan verə bilirəm. «Gözünüz götürməyən adamlar haqqında demirəm ki, Allah onlara xeyir bəxş etməyəcək. Onların ürəklərində olanları Allah daha yaxşı bilir. Əks halda mən zalımlardan olaram» («Hud» surəsi, 31). Yəni, mən qiyamət günü Allahın yanında onlar üçün heç bir xeyirin olmadığını demirəm. Onların halını Allah daha yaxşı bilir. Ürəklərində olanın, xeyirdirsə xeyirli, şərdirsə şərli qarşılığını verəcəkdir. Onlar bu sözlərini başqa yerdə də təkrar deyiblər. «Sənə ən səfillər tabe olmuşkən, biz sənə imanmı gətirəcəyik - dedilər. Nuh dedi: Mən onların nə etdiklərini bilmirəm. Əgər dərk edirsinizsə, onların hesabı Allaha aiddir. Və mən möminləri qovan deyiləm. Mən sadəcə açıq-aşkar xəbərdarlıq edən peyğəmbərəm» («Şuəra» surəsi, 111-115).


    İbn Kəsirin «əl-Bidayə vən Nihayə» kitabının «Peyğəmbərlərin həyatı» adlı bölümdəndir...

    Category: DİN | Added by: LaZa
    Views: 834 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Axtar

    Dostlarımız