F U L L

    Our poll

    Rate my site
    Total of answers: 32

    Statistika


    Cəmi: 1
    Qonaq: 1
    İstifadəçi: 0

    Login form

    E-mail:
    şifrə:

    Kataloq

    Main » Files » Şəxsiyyətlər

    Soyuducusunda insan əti saxlayan diktatorun zəif yeri
    2010-09-12, 1:24 AM

    O, öz bioloji növündən olanları optimal qida mənbəyi hesab edir, öldürdüyü insanların başlarını yanında saxlayaraq onlarla uzun "söhbətlər aparırdı”

    70-ci illərdə - Avropada ilk personal kompüterlərin istifadə edildiyi, amerikan lunoxodlarının Ayda araşdırma apardığı dövrdə bəzi Afrika diktatorlarının soyuducularında təzə insan ətinin antrekotu saxlanılırdı. Lakin qaniçən dövlət başçıları üçün də futbol məfhumu yad deyildi. 8 il Uqandaya rəhbərlik etmiş İdi Amin belələrindən olub. Paranoik ruhlu dövlət başçısının ölkəsində insanların böyük qismi aclıq və terrordan ölür, idmançılar isə komfortlu şəraitlə təmin olunurdular.

    Sadizm

    İdi Aminin hakimiyyət dövrü (1971-1979) Uqandada müsəlmanlığın yayılması, "qara faşizm”in təbliği ilə xarakterizə olunur. Hitleri öz idealı elan edən diktatorun baxışlarında islam geniş mənada, bütün tərəfləri nəzərə alınmaqla deyil, dar çərçivədə, yalnız müəyyən radikal tezislər əsas götürülməklə yer alırdı. Onun siyasi idarəçilik üslubu sahib olduğu psixoloji strukturun xüsusiyyətlərini əks etdirirdi. Təbiətcə insan həyatının əhəmiyyətini qəbul etməyən Amin terroru rəqiblərinə, ümumiyyətlə, arzu olunmayan bütün şəxslərə münasibətdə ən effektiv vasitə hesab edirdi. Onun zamanında yarım milyon uqandalı bu və ya digər səbəblərdən fiziki məhvə düçar oldu. Bir çox məqamlarda ölüləri basdırmağa vaxt olmadığından cəsədlər Nil çayına atılırdı. Bəzi hallarda yerli hidrostansiyaların turbinlərində çoxsaylı meyitlərin yığılması (Cinca bölgəsində) bu qurğuların fəaliyyətini iflic vəziyyətə salırdı. Amini isə su ehtiyatlarının ekoloji vəziyyəti narahat etmirdi. O, nəinki insanların birbaşa məhvini həyata keçirir, həm də ağır iqtisadi-sosial şərtlərdə yaşayan ölkə vətəndaşlarının aclıqdan ölməsinə dırnaqarası baxırdı.

    Uqanda diktatorunun sadist təbiətinin digər aspekti onun insan ətini digər məhsullardan yüksək qiymətləndirməsi ilə bağlı idi. Daim soyuducusunda təzə antrekot saxlanılmasını tələb edən Amin qorxunc ehtiraslarına görə, məşhur Valaxiya knyazı Vlad Drakulanı da üstələyirdi. Onun öz bioloji növündən olanlara qarşı nümayiş etdirdiyi bilavasitə davranış forması yalnız qida tələbatının ödənilməsinin qeyri-ənənəvi üsulu ilə məhdudlaşmırdı. Amin siyasi rəqiblərinin fiziki məhvində iştirak etməkdən zövq alırdı. Opponentlərinin kəsilmiş başlarını qanlı vəziyyətdə əlinə götürən Amin onlarla "söhbətləşir”, ürəyindən keçən sualları verirdi. Bəzi mənbələrə görə, diktator 2 minə yaxın düşmənini öz əlləri ilə öldürüb. "Nil” restoranının siyasi qətllər teatrı olduğu bildirilir. Daim öz nazirlərindən xəyanət gözləyən Amin şübhələndiklərini bu məkana dəvət edir, sonra isə terroru reallaşdırırdı.

    Aminin zamanında yaradılan Dövlət Təhqiqatlar Bürosunun fəaliyyət prinsipləri də diktatorun idarəçilik üslubunun dəhşətli təbiətini nümayiş etdirir. Bu qurum yalnız müxalifətdən gələ biləcək təhlükəni zərərsizləşdirmir, eləcə də adi əhalini nəzarətdə saxlayırdı. Təşkilatın maddi ehtiyaclarının ödənilməsi məqsədi ilə Amin avtoritar rejimlər tarixinin ən qeyri-insani metodunu ixtira etmişdi: DTB əməkdaşları istənilən təsadüfi şəxsi saxlayıb, öldürmək səlahiyyətinə malik idilər. Meyitlərin qohumlara qaytarılması üçünsə pul tələb edilirdi. Metod yaxşı işləyirdi. Belə ki, patriarxal qaydalara önəm verən, əcdadlarının torpağa tapşırılmasının vacibliyini qəbul edən uqandalılar əksər hallarda yaxınlarının cəsədlərini əldə etmək üçün tələbləri yerinə yetirirdilər.

    Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, Aminin sadizminin kökləri anormal psixoloji struktur, eləcə də qeyri-adekvatlıq hissindən qaynaqlanırdı. Qətl aktını siyasi vasitə ilə yanaşı, zövq mənbəyi hesab edən diktatorun xarakteristikası yerli araşdırmaçı Frederiko Quvedekko tərəfindən belə verilib: "O, əsl hannibal idi. İnsanları öldürəndə, yaxınlarının meyitini almaq üçün əziyyət çəkənlərin əzabını eşidəndə əhvalı yüksəlirdi. Aminin özünü həqiqətdən uzaq titullarla mükafatlandırması da bundan xəbər verirdi. "Britaniya imperiyasının fatehi”, "Şotlandiya kralı” kimi adlar diktatorun qeyri-adekvatlıq hissinin nümayişi idi. ABŞ-la müharibəyə başladığını elan edən, həmin günün səhərisi isə dünya ictimaiyyətinə qələbə qazandığını bildirən Uqanda lideri əcnəbi jurnalistlər tərəfindən gülüşlə qarşılanırdı”.

    İdman sevgisi, siyasi hesablar və qorxu

    Paranoik-diktatorun adı gələndə əksər uqandalıların damarlarında qan dayansa da, idmançılar şərəfli 70-ci illəri nostalgiya ilə xatırlayırlar. Burada qeyri-adi heç nə yoxdur. Belə ki, Aminin dönəmində idman ən yüksək zirvəyə qaldırılmış, bu peşənin sahibləri isə böyük qayğı ilə əhatə olunmuşdular. Əsas maraq dairəsinə futbol, boks, reqbi və üzgüçülüyü daxil edən diktatorun sözügedən istiqamətdəki entuziazmının kökləri gənclik illərinə gedib çıxırdı. Bir zamanlar boks üzrə ağır çəkidə ölkə çempionu adını qazanan Amin öz etirafına görə, 100 yard məsafəni 9,8 saniyəyə qaçırmış. Elə ölkə rəhbəri olduğu vaxtlarda da idmandan uzaqlaşmayan siyasi liderin avtomobil yarışlarında iştirak etməsi məlumdur.

    Uqanda futbol millisinin 70-ci illərdəki yüksəlişi diktatorun dəstəyi ilə bağlı idi. İdmançılarla görüşlərində "Sizin qələbələriniz mənim mövqeyimi möhkəmləndirir” deyən diktatorun idman sevgisində müəyyən hesabların, siyasi ambisiyaların təmin edilməsi faktorunun mövcudluğu da şübhə obyekti deyil. "Durnalar” ləqəbli komanda (Uqanda millisinin qeyri-rəsmi adı) sözügedən dövrdə 3 dəfə Afrika kubokunun final turnirində iştirak edib, Amin rejiminin devrilməsindən sonra milli bir dəfə də olsun yekun mərhələyə vəsiqə qazana bilməyib. Yığmanın zəfərlərinin pik nöqtəsi isə 1978-ci ilə təsadüf edir. O zaman "Qara qitə”nin ikincisi olan uqandalıların uğuru çoxlarını təəccübləndirmişdi. Belə ki, hətta rejimin hərtərəfli qayğısı belə qısa zaman ərzində istedadlı oyunçulardan ibarət nəslin formalaşmasına səbəb ola bilməzdi. Mütəxəssislər triumfun qorxu hissinə söykəndiyini düşünürlər. Bu isə istənilən dopinqdən daha güclü effektə malikdir. Belə ki, insan məğlubiyyət təqdirində başının Amin məclislərinin birində ən ləzzətli yeməklərdən ola biləcəyini anlayanda daha böyük səylə mübarizə aparmağa, inanılmaz şücaət göstərməyə məcbur olur.

    Daxili mübarizə

    Futbol millisini birmənalı qaydada dəstəkləyən Amin ölkə daxilində diskriminasiyaya yol verirdi. 1977-ci ildə onun silahdaşlarından hərbi zabit Nasur Abdallanın birbaşa iştirakı ilə arzuolunmaz "Ekspress” klubunun ləğvi bu siyasətin nümunəsi idi. İş orasında idi ki, sözügedən kollektiv diktatorun sevimli "Simba” komandasını məğlub edərək, onu çempionluqdan məhrum etmişdi. Aminin xəyal qırıqlığına səbəb olan klub bağışlana bilməzdi. Bu səbəbdən "Eskpress” rəhbərliyini düşmən Tanzaniya ilə əlaqələrdə ittiham edərək, cəzalandırdı. Klubun iki üzvü – Con Ntensibe və Mayk Kiqanda isə həbsxanaya salındılar. Dustaqları timsahlara yem etməklə ad çıxaran Makende dustaqxanasına yerləşdirilən futbolçuların taleyi ipdən asılmışdı. Lakin Aminin futbol sevgisi bu məqamda iki insan həyatının xilasına səbəb oldu. Həbs Zambiya ilə keçiriləcək milli matç ərəfəsində reallaşdırılmışdı. Futbolçuların həbsxanada əziyyət çəkdiyindən xəbər tutan Amin onların azadlığa buraxılması ilə bağlı göstəriş verdi. Qeyri-insani yaşam fəlsəfəsi ilə ad çıxaran diktator idmançılara qarşı humanizm nümayiş etdirmişdi. Həyatının sonuna kimi bu sahə onun zəif yeri olaraq qaldı...

    Orxan Amaşov\Lent.az
    Category: Şəxsiyyətlər | Added by: LaZa
    Views: 1012 | Downloads: 0 | Comments: 4 | Rating: 4.5/2
    Total comments: 1
    0  
    1 $Ad$   (2012-10-25 10:25 AM) [Daxil]
    Для того чтобы получить ответы на интересующие вопросы зайдите на наш сайт http://expert-mo.com/

    оценка автомобиля химки
    оценка авто дорохово
    автотехническая экспертиза внуково
    экспертиза автомобиля лобня
    автоэксперт звенигород
    экспертиза автомобиля кратово
    независимая оценка яхрома
    автоэксперт мечниково
    авто экспертиза кокошкино
    оценщик подольск

    Only registered users can add comments.
    [ Registration | Login ]

    Axtar

    Dostlarımız