Qəbirqazanın tanımadığı dahi( MOTSART) - Şəxsiyyətlər - Kataloq - Azərbaycan milli internet məkanı
F U L L

    Our poll

    Rate my site
    Total of answers: 29

    Statistika


    Cəmi: 1
    Qonaq: 1
    İstifadəçi: 0

    Login form

    E-mail:
    şifrə:

    Kataloq

    Main » Files » Şəxsiyyətlər

    Qəbirqazanın tanımadığı dahi( MOTSART)
    2010-11-10, 8:13 PM
    Çox qəribə uşağıydı. Gündə bəlkə də yüz dəfə anasıyla-atasının qucağına tullanıb soruşardı ki, məni sevirsiniz yoxsa yox ? Atası zarafatla “Yox”-desə iri gözləri yaşarar, dodaqları əsməyə başlayardı. Atası arabir ona deyərdi ki, avara-avara gəzmə, gəl, gedək bir az fit çalaq...

    Ata-bala uzun-uzun fit çalardılar.

    Onlar fit çalmağa başlayan kimi dünya rəqs etməyini saxlayar, gəzərgi qaraçılar mahnılarını başqa diyarlar üçün boxçalarında gizlədər, meşə bülbüllərin səsinə “pauza”nı basardı.

    Atası Salzburq yepiskopluğunun maaşlı musiqiçisi, anası şəhərin ən gözəl qadınıydı.

    Balaca Motsart ağılasığmaz dərəcədə piano çalırdı. O hələ oxuyub-yazmağı öyrənməmiş ən xırda səs tonunu belə bir-birindən ayırmağı öyrənmişdi.

    Qonşular bu uşağın qulaqlarının sehirli olduğuna inanırdılar. Onlar ürəklərində inanırdılar ki, bu sehirli qulaqlar sabah baş verəcəklərin səsini eşidə bilər.İnanırdılar ki, bu qulaqlar İsrafilin Surunun uzaq gələcəkdən eşidilən musiqisini nota köçürə bilər...

    Motsart beş yaşında bir piano konçertosu bəstələmişdi. O qədər qüvvətli əsər idi ki, heç bir pianist ifa edə bilmirdi.

    Atası Motsartı Münhenə apardı. Motsart Avstriya kraliçası Maria Terezanın qarşısında konsert verdi. Dinləyicilər ona qulaq asmaq üçün nəfəslərini tutmuşdular.

    Sonra atasını onu Frankfurta aparıb dahi şair Höte ilə tanış elədi.

    Kiçik Motsart bir az böyüdükdən sonra musiqi təhsili almaq üçün İtaliyaya getdi. Burda musiqi qabiliyyətini inkişaf etdirib, yeni əsərlər bəstələdi. Məşhur bəstəkarların vətənində Motsart sehirli melodiyalarıyla hamının ürəyinə yol tapdı.

    Opera bəstələmək onun üçün oyuncaq oynamaq kimi asan idi.

    Yaddaşı...

    Yaddaşı dəhşətli dərəcədə qüvvətliydi. Müqəddəs Piter katedralında ifa olunması ənənə halını alan Miserere adlı qutsal əsəri nota köçürmək qadağan olunmuşdu. Motsartın qulağı elə qüvvətliydi ki, bu əsəri bir dəfə eşitməklə nota köçürmüşdü. Buna görə ona Şevalye rütbəsi verildi.

    Bolonyada Filarmoniya dərnəyi iyirmi yaşından kiçik olanları üzv qəbul etməmək prinsipini Motsarta görə pozuldular.

    Motsartın bığ yeri tərləməyə başlamışdı. Artıq o ilk vacib həqiqəti öyrənmişdi. Öyrənmişdi ki, insanlar bir-birinə dəyər vermir. Uşaqlığın o zəfər, müvəffəqiyyət, alqış, öpüş dolu günləri də başa çatmışdı.

    O artıq Salzburq yepiskopluğunda ayda 25 mark maaşa orkestr şefi işləyirdi. Yepiskop onu çox gənc hesab etdiyindən qiymət vermirdi. Yepiskop onun istedadına da şübhəylə yanaşırdı. Motsart bu mühitdən bezmişdi. Burdan ayrılıb özünə başqa bir iş tapmaq istəyirdi. Kiçik yaşlarında kralları məftun edən Motsarta yəqin ki, iş verən tapılardı. Motsartın ümidi var idi. Atası isə ümidini itirmişdi. Nə qədər düşünürdü ümidini harda itirdiyini yadına sala bilmirdi...

    Ata oğluyla yaşlı gözlərlə və gözləri yaşlı vidalaşarkən belə demişdi : “ Allahdan başqasına inanma Volfqanq ! İnsanlar haqqında bəzi acı gerçəkləri öyrənib ümidini itirməyini istəmirəm...”. Bu sözləri deyib atası itirdiyini ümidinin dalınca o dünyaya getmişdi.

    Motsartı bütün qapılardan geri çevirdilər. Motsart bütün qapıların arxasında insanların nəfəsini eşidirdi. Amma qapılar açılmırdı. Motsart bu “sahibi evdə olmayan” qapıların arxasındakı nəfəsləri nota çevirdi.

    Bir ara bir ümid yarandı. Bir qraf ona bir opera bəstələməyi təklif elədi.Bu operayla birgə bir teatrın əsası qoyulmalıydı. Lakin bu layihə alınmadı.

    Motsart bir-birinin dalınca şedevrlər bəstələyirdi. “Fiqaronun toyu” böyük şöhrət qazandı. Artıq bütün şəhər bu mahnıyla rəqs eləyirdi. Lakin o yeni alman operasının aclıqdan nəfəsi it iyi verən Apollonuydu. Bütün şəhər onun mahnılarıyla rəqs eləyirdi.Motsart da rəqs eləyirdi...

    Bir gün onu ziyarətə gələn bir dostu Motsartın bir vals zümzümə edə-edə öz-özünə rəqs elədiyini görür. Təəccüblənir.Motsart dostuna baxaraq gülümsəyib deyir: “ Üşüməmək üçün məsrəfsiz bir yol tapmışam. Hava çox soyuqdur. Evdə yandıracaq odun qalmayıb. Mən də rəqs eləyərək qızışıram.”

    Bu müddətdə Motsart ən yaşı əsəri olan “Don Juan”ı bəstələdi. Əsər çox popluyar oldu. Motsartı qısqanclıqdan tənqid edənlər də çox idi. Kral da bu tənqidçilərin təsirində qalmışdı. Amma xalqın Motsarta sevgisini görə formal da olsa ona sarayda iş vermişdi. Kral ölən kimi onu işdən atdılar. Maddi vəziyyəti dəhşətli dərəcədə pis idi. Acından ölməyin bir addımlığındaydı. Bircə addım kifayət idi ki, acından ölsün. Amma acından o qədər taqətsiz idi ki, heç o bir addımı da ata bilmirdi...

    Bu sıralarda Şikanader adlı bir mason Motsartdan hekayəsini özünün yazdığı “Sehirli opera” adında bir opera yazmağı sifariş etdi. O günəcən “Sehirli opera”ni bəstələyə bilən olmamışdı. Motsart tərəddüddəydi. Uğursuzluqdan qorxurdu. Lakin Şikanader onu razı saldı. Bu Gecə Kraliçasının macəralarından danışan bir pəri nağılı olmalıydı. Motsart işə başladı.

    Motsart var gücüylə “Sehirli operanı” tamalamağa çalışarkən, bir gün başdan-ayağa qara geyinmiş, əsrarəngiz bir adam Motsartın evinə gəlib ona bir zərf uzatdı. Bu adam Motsartın bir ölüm marşı bəstələməsini istəyirdi. Bu marşın kimin üçün bəstələndiyi isə açıqlamaq istəmədi. Məsələ əslində çox sadəydi. Məşhur bəstəkarların əsərlərinin altına öz imzasını qoyan varlı bir həvəskar bəstəkar, bu dəfə də ölən arvadı üçün bir ölüm marşı sifariş eləmişdi. Bütün bunlardan xəbəri olmayan Motsart marşı öz ölümü üçün bəstələdiyini düşünür, o qara geyimli adamın da Əzrayıl olduğu düşüncəsini beynindən çıxara bilmirdi. ”Sehirli opera”nı bitirənə qədər o marşı beynindən çıxara bilmədi.” Sehirli opera” (Sehirli fleyta) tamamlandı və böyük şöhrət qazandı. Bundan sonra ölüm marşını yazmağa başladı.

    Amma artıq Motsartın gözləri bulanıq görürdü. Öz yeməyini belə yeməyə çətinlik çəkən aciz bir adama çevrilmişdi. Motsart ölümdən başqa heç nəyi düşünmürdü.

    Xəstələndi. Ölüm marşını tamamlamış gözlərini və qulaqlarını bu dünyaya əbədi yumdu. Öləndə cəmi 35 yaşı var idi. Cibindən 38 dollar dəyərində bir neçə şey çıxdı.

    Dostlarından biri cənazə məsrəflərini öz boynuna götürdü. Onun bu dostu musiqini çox sevirdi, amma xəsis idi.

    Motsartın cənazəsi kasıb bir kəndlinin cənazəsi kimi götürüldü. O gün hava dəhşətli dərəcədə soyuq idi. Onsuz da az olan insanlar yolda yavaş-yavaş aradan çıxırdılar. Tabut torpağa veriləndə məzarçılardan başqa heç kim qalmamışdı.

    Bəstəkarın arvadın Konstansa xəstə olduğu üçün cənazəyə gələ bilməmişdi.

    Bir-iki gün sonra gənc qadın məzarlığa getdi. Ağır addımlarla məzarların arasında gəzib, həyat yoldaşının məzarını axtardı. Heç nə tapa bilmədi.Məzarlıq qarovulçusunun daxmasına getdi. Titrək bir səslə “ Yoldaşımı harda dəfn ediblər bilmirsiniz ? Adı Motsart idi”-deyə soruşdu.

    Məzarçı mızıldadı : “ Kim ? Motsart ? eşitməmişəm, tanımıram...”

    Tanımırdı.Çünki eşitməmişdi...

    MÜƏLLİF: ROPPİ

    Category: Şəxsiyyətlər | Added by: roppi
    Views: 359 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Axtar

    Dostlarımız