F U L L

    Our poll

    Rate my site
    Total of answers: 32

    Statistika


    Cəmi: 1
    Qonaq: 1
    İstifadəçi: 0

    Login form

    E-mail:
    şifrə:

    Kataloq

    Main » Files » Şəxsiyyətlər

    BARAK HÜSEYN OBAMA
    [ Download from this server (1.8 Kb) ] 2010-11-08, 9:28 PM
    20 yanvar 2009 — -
    Vitse-prezident: Cozef Bayden
    Sələfi: Corc U. Buş

    Partiya: Demokratlar partiyası
    Təhsili: 1) Harvard Hüquq Məktəbi
    2) Kolumbiya Universiteti
    Dini: Protestant
    Təvəllüdü: 4 avqust 1961
    Honolulu, Havay, ABŞ
    Atası: Barak Hüseyn Obama (ata)
    Anası: Stenli Enn Danhem
    Həyat yoldaşı: Mişel Obama (1992-dən)
    Uşaqları: qızları Maliya Enn (d.1998), Nataşa ("Saşa") (d.2001)

    Saytı: «White House»

    Barak Obama

    Barak Hüseyn Obama (ing. Barack Hussein Obama II [bərəːk huːseyn obːmə];; 4 avqust 1961, Honolulu, Havaya ştatı, ABŞ ) - 20 yanvar 2009 - cu il tarixindən Amerika Birləşmiş Ştatlarının 44-cü Prezidenti.Prezident seçilənə qədər ABŞ Senatının İllinoys ştatından kiçik senatoru olub. 2009-cu ildə Nobel Sülh Mükafatını alıb.

    Həyatı

    4 avqust 1961-ci ildə Havay adalarında anadan olan Barak Hüseyn Obamanın qaradərili atasının adı da Barak Hüseyn Obama (ata), ağdərili anasının adı isə Stenli Enn Danhem olmuşdur. Keniyadan olan atası ilə Kanzasdan olan anası Havay Universitetində tanış olmuşlar.

    Barak Obama 1983-cü ildə Kolumbiya Universitetini bitirmiş və 1985-ci ildə Çikaqoya köçərək orada cinayətkarlıq və işsizliyin bürüdüyü məhəllələrdə yaşayış şəraitinin yaxşılaşdırılması uğrunda mübarizə aparan kilsə qrupunda işləməyə başlamışdır. 1991-ci ildə Obama Harvard Hüquq Məktəbini bitirir. O, həm də Harvard Hüquq İcmalı jurnalının redaktoru olmuş ilk qaradərili amerikalıdır.

    1992-ci ildə Barak Obama İllinoys VOTE (tərc. "səsvermə") layihəsinin direktoru olur. Növbəti il isə o, "Davis, Miner, Barnhill & Galland" firmasında vəkil olaraq səsvermə hüquqları və məşğulluq işləri üzrə ixtisaslaşır. Hazırda da o, bu firmanın məsləhətçisi olaraq qalmaqdadır. 1993-cü ildə Obama həmçinin Çikaqo Hüquq Universitetinin mühazirəçisi olur və indiyə kimi bu vəzifəni paralel olaraq icra etməkdədir. 1995-ci ildə onun "Atamdan xatirələr" adlı xatirə kitabı nəşr olunmuşdur.

    1996-cı ildə Obamanın Senat karyerası start götürür. Həmin il Obama 13-cü dairədən İllinoys Ştat Senatına üzv seçilir. Bu dairədə əsasən yoxsul Cənubi Afrika zənciləri məskunlaşmışlar, lakin bir neçə zəngin məhəllə də vardır.

    1997-2004-cü illərdə İllinoys Senatında xidmət etməzdən əvvəl mülki hüquqlar müvəkkili kimi təcrübədən keçir. 1992-2004-cü illərdə Çikaqo hüquq elmləri İnstitutunda konstitusiya hüququ fənnindən dərs demişdir.

    Obama 2004-cü ildə özü də daxil olmaqla üç namizədin qoşulduğu seçkiləri 53% səslə udaraq Demokratlar partiyasından ABŞ Senatına seçilir və 2005-ci il yanvarın 4-dən senator fəaliyyətinə başlayır.

    2008-ci il prezident seçkiləri zamanı Birləşmiş Ştatlar Prezidentliyinə namizəd göstərilən ilk afro-amerikalı olmuşdur.

    2008-ci ilin noyabrın 4-də respublikaçı rəqibi Con Makkeynə qalib gələrək ABŞ-ın 44-cü prezidenti seçilmişdir.

    2009-cu il üçün Nobel Sülh Mükafatı ona verilib. Obama "beynəlxalq diplomatiyanın və xalqlar arasında əməkdaşlığın gücləndirilməsinə sərf etdiyi böyük əməyə görə” bu mükafata layiq görülüb.

    Mişel Obama ilə evlidir, iki qızları vardır.

    Category: Şəxsiyyətlər | Added by: roppi
    Views: 833 | Downloads: 140 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Axtar

    Dostlarımız